Yaxın Şərqdə proqnozlaşdırılan hadisələr 10 MADDƏDƏ: Bu ölkə parçalanacaq

Yaxın Şərqdə proqnozlaşdırılan hadisələr 10 MADDƏDƏ: Bu ölkə parçalanacaq"Məsud Bərzaninin referendum keçirməsinə dəstək verənlər İran, İraq və Türkiyə üzərindən bu layihənin uğursuz olması ilə eyni vəziyyətin Suriyanın şimalında da baş verəcəyini gördülər. ABŞ-ın Suriya və İraqdakı tezisləri problemlərlə qarşılaşdı. ABŞ və İsrail cəbhəni daha da cənuba çəkdilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən yeni bir qalxan yaratdılar. Bu qalxan Səudiyyə Ərəbistanı və BƏƏ üçün deyil, ABŞ və İsrail üçün qurulub".
Bunu Səudiyyə Ərəbistanında həyata keçirilən həbsləri şərh edən Türkiyənin "Yeni Şəfəq" nəşrinin yazarı İbrahim Karagül bildirib.
İ.Karagül hesab edir ki, bundan sonra aşağıdakı proseslər baş verə bilər.
Livana hücum, Qətərdən intiqam
1. İran-Səudiyyə qarşıdurması hər sahədə bir döyüşə keçə bilər. Suudiyyə Ərəbistanının Yəməni hava, dəniz və qurudan mühasirəyə almaq barədə qərarı da bu təhlükədən xəbər verir. Yəmənə genişmiqyalı müdaxilə, İrana isə hücum cəhdi ola bilər.
2. Yeni cəbhə İsrailin istədiyi kimi, Livana hücum etməyə və "Hizbullah"ı zərərsizləşdirməyə çalışır. Livanın baş naziri Saad Haririnin istefasına da bu çərçivədə baxmaq lazımdır. Şimali İraqda kürd muxtariyyətinin üzərindən İranla qonşu olmaq planı boşa çıxdı. Beləliklə, Livanın cənubundan İsrail sərhədindəki "Hizbullah" hədəf götürüləcək. Bəlkə də qarşıdakı günlərdə "Hizbullah"ın daha tez davranaraq İsrailə hücum etdiyini görə bilərik.
3. BƏƏ və yeni cəbhə Qətərdən intiqam almağa çalışacaq. Türkiyənin dəstək verdiyi Qətəri "sındıra" bilmədikləri üçün bu ölkənin hakimiyyətini devirmək istəyirlər. Livana hücum kimi, Qətərə müdaxilə ehtimalı da böyükdür. Həm Livana, həm də Bəsrə körfəzindən Qətərə müdaxilə ilə İranla müharibə başlanmış olacaq.
4. Türkiyənin Qətərdəki bazasının bu ölkənin müdafiəsində xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin dünən Qətərə səfərinə bu çərçivədə baxmaq lazımdır. BƏƏ və yeni cəbhənin Qətərə hücum etdiyi anda Bəsrə körfəzi böyük bir savaşa sürüklənə bilər. İran raketləri BƏƏ-ni hədəf ala bilər. Ər-Riyadı bilmirəm, amma Livan və körfəzlə bağlı layihə tamamilə İsrail, ABŞ və BƏƏ planıdır və çox təhlükəlidir.
İraq və Suriyada yeni hücum
5. BƏƏ, İsrail və ABŞ-ın Suriya və İraqdakı yeni cəbhə üzərindən hücuma keçəcəyini düşünürəm. Bölgədə itirdiyi mövqelərini geri almağa çalışacaqlar. Bu, Türkiyə, Rusiya və İrana toxunacaq və üç ölkə arasında koordinasiyanı daha da artıracaq. Ən əhəmiyyətlisi, BƏƏ və İsrailin Səudiyyə Ərəbistanı üzərindən PKK/PYD-yə sıx hərbi dəstək verəcəyini təxmin edirəm. Türkiyənin yeni cəbhəyə qarşı münasibəti bu halda sərtləşə bilər.
Yeni cəbhə Səudiyyə Ərəbistanını məhv edə bilər
6. Coğrafiya böyük bir faciəyə sürüklənir. Məhəmməd ibn Salman müvəffəqiyyətli olarsa, Qırmızı dəniz sahilində Livan, Somali və Fələstin hərbi baxımdan hərəkətlənəcək. Bəsrə körfəzində Qətər və BƏƏ olmaqla iki cəbhə açılır. Bəhreyn və Səudiyyə Ərəbistanda şiələr, həmçinin Yəməndə husilər səfərbər ediləcək. İran bütün təsir sahələrindən istifadə edəcək. Əlbəttə, BƏƏ İranın hədəfi olacaq.
7. Vəliəhd şahzadə uğursuz olarsa, özü gedəcək. Layihə çökə, ABŞ və İsrailin bölgədəki nüfuzuna çox ciddi zərbə vurula, İraq və Suriyada tamamilə məğlub ola bilərlər. Səudiyyə Ərəbistanında böyük daxili qarşıdurmaları görə bilərik.
8. Amma nə olursa-olsun, yeni cəbhə Səudiyyə Ərəbistanını vuracaq. Ən böyük zərər bu ölkəyə dəyəcək, bəlkə də onu parçalayacaq. Aydındır ki, İranın Ər-Riyadla hesablaşması artıq açıq gerçəkdir. ABŞ və neocon dairələrin Səudiyyə Ərəbistanını parçalamaq planı da həmçinin. Şəxsən, Səudiyyənin böyük bir tələyə sürükləndiyini düşünürəm.
Əsas məqsəd islamın ürəyini vurmaqdır
9. "İslam müharibəsi" layihəsini hazırlayanlar bu yeni cəbhənin memarlarıdır. Məkkə və Mədinə üzərindən islamın ürəyini vurmaq, müsəlman dünyasını utandığından başını qaldıra bilməyəcək vəziyyətə gətirmək onların ən böyük hədəfi və planıdır.
10. Coğrafiyamız bir cür xaçlı istilası ilə üzləşir. Heç kim unutmasın, ABŞ-la yaxınlaşanlar parçalanır. Türkiyənin nümunəsində də görürük ki, onlar ilk növbədə müttəfiqləri atəşə tuturlar.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1381   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər. xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub. xəbər verir ki, bu təkliflə Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında çıxış edib. "Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstrukti

7 may
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Azərbaycanda vəzifəli şəxs həbs olundu

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələr

7 may
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel