Kür-Araz ovalığında bataqlıq təhlükəsi

Kür-Araz ovalığında bataqlıq təhlükəsiMütəxəssislər Respublikanın su mənbələrindən və yararlı torpaqlarından səmərəli istifadə olunmasını tövsiyyə edirlər

"Hazırda ölkə ərazisində Kür-Araz ovalığını əhatə edən ərazi torpaqları bataqlıq təhlükəlidir".

Sonxeber.az apa-ya istinadla bildirir ki, bunu AMEA Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Əliyev deyib.

Z. Əliyevin sözlərinə görə, vaxtı ilə ən intensiv inkişaf tapmış əkinçilik zonası sayılan Kür-Araz ovalığını əhatə edən ərazi torpaqları uzun müddət nizamsız qaydada, müasir elmi əsaslara söykənməyən torpaqdan istifadə üsullarının dominə olunması nəticəsində bataqlıq təhlükəliliyi ilə üzləşib: "Əsasən də burada həyata keçirilən suvarmanın qeyri-konstruktivliyi, yəni suvarma rejim və normalarının tənzimlənməməsi, becərilən bitkinin su tələbatı nəzərə alınmadan böyük su itkisinə yol verilərək izafi suvarmalar aparılması, mütərəqqi suvarma üsullarından istifadə etməmək, torpaqda duz-su rejiminin tənzimlənməməsi və torpaqların yuyulma prosesində müvafiq texnologiyaların gözlənilməməsi səbəbləri üzündən acınacaqlı vəziyyət yaranıb. Əsasən səbəblər bunlardır".
Z. Əliyev qeyd edib ki, bataqlıq təhlükəli ərazi torpaqları xüsusi qayğı tələb edir: "Bataqlıq təhlükəli ərazi torpaqlarına böyük kapital qoyuluşu lazımdır ki, problemin həllində müasir tətbiqi əhəmiyyətli texnologiyalardan istifadə olunsun".

Kürdə su axını azalsa…

"Kür və Araz çaylarının yuxarı hövzələrində yerləşən dövlətlər - Türkiyə, Gürcüstan və Ermənistan Helsinki konvensiyasını imzalamayıb. Bircə Azərbaycan bu konvensiyaya qol çəkib. Burada suların inteqrasiyalı idarə olunması məsələsi var ki, yuxarı hövzədə yerləşən ölkələr Kür və Araz çaylarının suyundan istədikləri qədər istifadə edə bilməz. Bu ölkələr Kür və Araz çaylarının suyundan istifadəni tənzimləməsə, Azərbaycanın vəziyyəti gərginləşə bilər".

Bunu isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Məhəmməd Abduyev deyib. M. Abduyevin sözlərinə görə, bu üç ölkənin Kür və Araz çaylarının suyundan kor-təbii şəkildə istifadə etməsi Azərbaycanın ən böyük hidrotexniki qurğusu olan Mingəçevir su anbarının doldurulmasına problem yarada bilər: "Kürdə su axını azalsa, Mingəçevir su anbarının bütövlükdə su ilə doldurulması prosesi zəifləyəcək. Su anbarı da dolmayacağı təqdirdə ordan əldə edilən enerji azalacaq. Habelə, Qarabağ, Yuxarı Şirvan kanalına da suyun çıxması çətinləşəcək. İstər-istəməz bu, aşağı axında da özünü göstərəcək. Salyan, Sabirabad, Neftçala ərazisindəki qəsəbə və kəndlərin suvarılması Kür suyu hesabına aparılır. Kürdə səviyyə aşağı düşəcəksə, həmin ərazilərdə suyun çıxması da zəifləyəcək".

M. Abduyev qeyd edib ki, su kanallarına suyun vurulması üçün əlavə enerji lazım olacaq: "Həmin kanallara su vurulması üçün motor lazım olacaq. Motor qoymaq üçün də əlavə enerji lazımdır. İkinci növbədə gərək çayın özündə də su olsun. Çayda su yoxdursa, motor yerləşdirməyin də faydası olmayacaq".

Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə…

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Asif Verdiyev "Bizim Yol"a açıqlamasında bildirdi ki, Cənubi Qafqaz ölkələri, əsasən də Gürcüstanla müqayisədə, Azərbaycanda su ehtiyatları çox azdır: "Həmçinin, son illərdə ölkəmizdə əhalinin sayının artması, suya olan tələbatın çoxalması, sudan istifadə hallarının genişlənməsi kimi amillər də su ehtiyatlarının səviyyəsinə öz təsirini göstərir. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə bizim departament tərəfindən mütəmadi monitorinqlər aparılır. Eyni zamanda, hər ilin mart ayında departamentimiz tərəfindən Böyük və Kiçik Qafqaz dağlarında qarölçmə işləri aparılır. Bu qarölçmə işləri 28 marşrut üzrə həyata keçirilir. Bu işlərin nəticəsi olaraq, yaz-yay gursululuq dövrləri üçün proqnozlar tərtib olunur və aidiyyəti qurumlara göndərilir. Eyni zamanda, Böyük Qafqazın şimal-şərq ərazilərində yerləşən buzlaqlar üzərində də müşahidələr aparırıq, həmin ərazilərdə buzlaqların vəziyyətinin öyrənilməsi məqsədilə hər ilin yay mövsümündə müşahidələr təşkil olunur, buzlaqlarda baş verən proseslər izlənilir. Bildiyiniz kimi, Azərbaycanın su ehtiyatları, əsasən yağıntılar və dağlardakı buzlaqlar qar vasitəsilə təmin olunur. Həmin mənbələr çaylarımızın və yeraltı sularımızın gursululuğunu təmin edir və nəticədə içməli su ehtiyatı yaranır. Bilirsiniz ki, 2014-cü il çox quraqlıq il oldu. Yağıntıların səviyyəsi azaldı, dağlardakı buzlaqların və qarın səviyyəsində azalma müşahidə olundu. Nəticədə bəzi çaylarımızın aşağı hissələrində quruma halları baş verdi. Temperaturun artması, yağıntıların azalması, təbii ki, su ehtiyatlarının həcminə - həm yerüstü, həm də yeraltı su ehtiyatlarının həcminə öz təsirini göstərir".

"Kür çayı, əsasən Gürcüstan ərazisində formalaşır"

Nazirlik rəsmisinin sözlərinə görə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından, həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir: "Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhədindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km2-dir. Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m2/s və ya 3,82 km2-dir.

Ümumiləşdirsən, Kür və Araz çayları Azərbaycanın su ehtiyatının təxminən 70-75 faizini təşkil edir. Bu çaylarda gursululuq dövrü aprel-may aylarında başlayır. Həmin çaylarda yaz-yay aylarında gözlənilən sel, daşqın, hansısa təhlükəli proses barədə həmin çayların keçdiyi qonşu ölkələrdən məlumatlar alırıq. Kür çayı, əsasən Gürcüstan ərazisində formalaşır. Biz Gürcüstanla əlaqə yaradırıq, yaz aylarında Gürcüstandakı yağıntılar, qar barədə məlumatlar alırıq. Bu məlumatlar nəticəsində gursululuq dövrünün proqnozunu veririk ki, yaz-yay aylarında nə gözlənilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1125   Tarix: 15 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

"Behin məbləğindən asılı olmayaraq, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır" - AÇIQLAMA

"Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Beh anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlə

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr