Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir?- Maraqlı iddia

Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir?- Maraqlı iddiaSonxeber.az modern.az-a istinadən araşdırmaçı İlqar Əliyevin hazırladığı "Sirr və açar" toplusunda tarixçi alim Kamil Fərhadoğlunun irəli sürdüyü elmi iddianı təqdim edir. Alimin fikrincə, məşhur əfsanə qəhrəmanları Leyli və Məcnunun qəbirləri İçərişəhərdədir və bu qəbirlər hələ də orada durur:

"Həmin qəbiri ilk dəfə doktor Kamil Fərhadoğlu təyin edib tarixə və abidəyə heç bir xələl gətirmədən onu araşdıra bilib: "Şirvanşahlar saray kompleksi, saray məscidinin girişində təsədüfi aşkar olunan qəbr haqqında məlumat"ı "Şirvanşahlar sarayı kompleksində, məscidin girişində yağış sularının toplanıb bünövrəyə ziyan vurmaması üçün bərpa işləri aparılarkən, drenaj üsulu ilə su borusu xəttinin çəkilməsi zamanı qəbr abidəsi tapılıb".

Kamil Fərhadoğlunun özü isə bu barədə bunları deyib:

"Qəbir üzə çıxan zaman torpaq işləri dayandırıldı. Qəbri öyrənmək üçün onun üstünün götürülməsini məsləhət bilmədik. Ona görə də qəbrin şərq tərəfində açılmış deşikdən onu müşühidə edərək öyrənmək qərarına gəldik. Qəbir şərq-qərb istiqamətində yerləşib, uzunluğu 2,5m., eni 0,4m.- dir. Saray məscidin giriş qapısından 2,5m. aralıdır. Onun dərinliyi yer səthindən 0,8m.-dir. Qəbrdə üz-üzə başdırılmış 2 insan skletinin birincisinin ayaq sümükləri şərq, kəllə sümüyü isə qərb tərəfdə yerləşir. Üzü şimala baxır. O, müsəlman dini qaydalarına əsasən dəfn olunmamışdır, ikinci insan skleti tam tərsinə yerləşib. Onun ayaq sümükləri qərb, kəllə sümüyü isə şərq istiqamətində dəfn olunmuşdur. Onun üzü cənub qərbə, məscidin mehrabı istiqamətinə baxır. O, müsəlman adətinə uyğun olaraq basdırılmışdır. Əslində, 2 insanın üzbəüz dəfn olunması faktı maraq doğurur. Qəbirdəki birinci kəllə sümüyü ikinciyə nisbətən daha böyükdür. Qəbirdən saç nümunəsi tapılmamışdır. Abidə daş qutu qəbr formasında tikilmiş, üzərində daş plitə qoyulmuşdur. 1964-cü ildə Şirvanşah sarayı kompleksində bərpa işləri zamanı bəhs etdiyimiz qəbr çox güman ki, aşkar olunub. Qəbirin içində, şimal tərəfdəki divarda açılmış deşik bu fikri söyləməyə əsas verir. Hətta onu da demək olar ki, qəbri araşdırmaq məqsədi ilə, hansısa bir alətlə içəridəki skletin sümüklərini qarışdırmışlar. Bu qəbrdə skletdən başqa heç bir maddi mədəniyyət nümunəsi aşkar olunmadı. Abidəni hərtərəfli şəkildə öyrəndikdən sonra bir neçə ehtimal irəli sürmək olar:

- Belə bir ehtimal təkzib olunmaz fakdır ki, müsəlman şərqində hər kəsin yaxşı tanıdığı kafiri və yaxud düşməni öldürdükdən sonra, onu bilavasitə məscidin girişində basdırırdılar. Məqsəd, ölənin ruhunun, məscidə hər gün namaza gələn insanların tapdağı altında qalıb, təhqir olunması idi. Qəbirdə dəfn olunmuş insanlardan birinin müsəlman olmaması bu fikri söyləməyə əsas verir. Yazılı və şifahi mənbələrə istinadən onu demək olar ki, Şirvanşahlar sarayı kompleksinin aşağı həyəti ərazisində torpaq altında xeyli qəbr abidələri var".

K.Fərhadoğlu araşdırmasının nəticəsi barədə bildirdi ki, "qəbirdəki baş-ayaq yerləşmiş skletlərdən biri gənc oğlana, digəri isə gənc qıza məxsusdur. Və böyük ehtimalla bu qəbir XII əsrə aiddir" Məscidin tikildiyi dövrdə, onun bünövrəsində bu qəbrin aşkar edilməməsi mümkün deyil. Bu qəbr sonradan, bilərəkdən məscidin girişində ayaqaltı pillə kimi qoyulub.

Adıçəkilən elmi əsərdə mövzu bu cür etdirilir. Mənbə kimi Nizaminin əsəri göstərilir:
"Həmçinin, deyə bilərik ki, məscidin girişində müsəlman olmayan insanın qəbrinin, hətta ayaqaltı pillə kimi belə yerləşdirilməsi ağlabatan deyil. Onu da nəzərə almaq lazımdır ki, Şeyx Nizami "Leyli və Məcnun" əsərində Leylinin qəbri üzərində ölmüş Məcnunun yalnız sümüklərinin qaldığını və bu sümükləri sonradan Leylinin qəbrinə basdırıldığını bildirir. Bu səbəbdən deyə bilərik ki, gənc oğlanın skletinin sümükləri hansısa bir alətlə qarışdırılmayıb, o basdırılarkən belə bütöv olmayıb. Bu fakt həmin skletlərin Nizami Gəncəvinin qəhrəmanlarının qalıqları olduğunu təsdiq edir:

"Ey bütün aləmi qurub xəlq edən!
Səni əzizinə and verirəm mən,
Al dərdli canımı ya pərvərdigar!
Məni sevgilimin yanına apar!
Bu cam bərklikdən özün azad et,
Apar o dünyaya könlümü şad et".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1365   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel