Kişmiş qutularının arasında gizlədilən yarım ton heroin: məhkəmənin bəraət hökmü - FOTO

Kişmiş qutularının arasında gizlədilən yarım ton heroin: məhkəmənin bəraət hökmü - FOTO"Ömür boyu zəhmətkeş insan olmuşam, halal yolla pul qazanmışam. 54 yaşım var, uşaq deyiləm. Heç bir ağıllı adam avtomaşına yarım ton heroin yükləyib gömrükdən keçməyə cəsarət etməz. Yaşımın bu çağında özümü təhlükəyə atan vaxtım deyil. Günahsız yerə həbs olunmuşam. Yükü aparmaq üçün mənimlə qiymət danışan, pul ödəyən adamlar məlumdur. Amma onlar istintaqa cəlb edilməyiblər. Sadəcə məni həbs etməklə kifayətləniblər".

Bu sözləri yarım ton heroini qaçaqmalçılıq yolu ilə sərhəddən keçirməkdə ittiham olunan və məhkəmənin hökmü ilə bəraət alan şəxs deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 54 yaşlı Hacıbala Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər veirr ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Tağıyev 15 noyabr 2014-cü ildə "Sınıq Körpü" gömrük postunu qanunsuz keçdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni ittihama görə, H.Tağıyev ötən ilin mart ayında İran İslam Respublikasının şəxsiyyətləri istintaqa məlum olmayan vətəndaşları ilə əlbir olaraq, yarım tona yaxın narkotik vasitə olan heroini qaçaqmalçılıq yolu ilə Ukraynaya daşımaqla bağlı razılığa gəlib. İdarə etdiyi "DAF" markalı, 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı yük maşını ilə Azərbaycan Respublikasından "tranzit" qaydada keçməklə tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17800 kq çəkidə "kişmiş" yükünü İrandan Ukraynaya apararkən həmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun terminalındakı stasionar-rentgen qurğusundan keçirilib və "kişmiş" yükünün arasında əks olunmuş görüntü şübhə doğurduğundan yükə baxış keçirilməsi qərara alınıb.

Avtomaşının yük yerinə keçirilmiş baxış zamanı orada 918 bağlamada 1800 qutu "kişmiş" yükünün 114 ədəd qutusunda sellofan paketə qablaşdırılmış, üzərilərinə qırmızı istiot səpələnmiş, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub. Həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilib və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.

Həm istintaq, həm də məhkəmə zamanı Hacıbala Tağıyev ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, iri tonnajlı DAF markalı avtomaşının sürücüsü işlədiyini, son vaxtlar bir neçə dəfə İran İslam Respublikasına və digər xarici dövlətlərə yük daşıdığını göstərib. Sonuncu dəfə terminalda çayxanada olarkən Tohid adlı İran vətəndaşı ona Ukraynaya kişmiş yükü aparmağı təklif edib. O da 2500 dollara malı aparmağa razılaşıb: "On kiloqramlıq qutulardan birini açıb içindəki kişmişi boşaldıb dedi ki, görürsənmi təzə və keyfiyyətli kişmişdir, gərək vaxtında çatdırasan. Fəhlələr kişmişi maşına yüklədilər. Maşına 18 ton kişmiş vurdular. Bundan sonra maşını gömrük terminalına sürdüm. Gömrük işçiləri maşının hər tərəfinə baxdılar, yük yerini möhürlədilər. Tohid mənə 1000 dollar verdi, 1500 dolları da Dimanın verəcəyini dedi".

H.Tağıyev martın 17-də Bakıdan Rusiya sərhədinə doğru irəliləyib. Gömrükdə rentgen qurğusundan keçərkən işçilər yükdən şübhələniblər və yük yerinin möhürlərini qırıblar. Yoxlama zamanı yükün orta hissəsindən kişmişlərin arasından 114 qutunun içərisindən narkotik maddələr aşkarlanıb: "Mən özüm də təəccübləndim, qutulardan xəbərim olmadığını dedim. Məni həbs etdilər. O, qutuların içərisindəki narkotik maddələrdən mənim heç bir xəbərim olmayıb. Ömür boyu zəhmətkeş insan olmuşam, halal yolla pul qazanmışam. 54 yaşım var, uşaq deyiləm. Heç bir ağıllı adam avtomaşına yarım ton heroin yükləyib gömrükdən keçməyə cəsarət etməz. Belə ağılsızlığı ancaq dəlilər edər. Yaşımın bu çağında özümü təhlükəyə atan vaxtım deyil. Bu işdə heç bir təqsirim yoxdur. Məni günahsız yerə həbs ediblər. Yükü aparmaq üçün mənimlə qiymət danışan pul ödəyən adamlar məlumdur. Amma onlar istintaqa cəlb edilməyiblər. Sadəcə məni həbs etməklə kifayətləniblər".

H.Tağıyev ifadəsində 2014-cü ilin yayında yük avtomobili almaq və xarici ölkələrə yük daşımaq üçün dostunun yaşadığı mənzili girov qoyub bankdan 34 min dollar götürdüyünü, həmin pulların 29 min dollarını avroya çevirdiyini və avtomaşın almaq üçün Almaniyaya, oradan da Hollandiyaya getdiyini göstərib: "Oradan DAF markalı avtomaşın alıb gətirdim. Həmin vaxt gömrük məntəqəsindən keçərkən həmin pul məbləğini bəyənnamədə göstərməmişdim və sərhəddən gizli keçirmişdim".

Məhkəmənin qərarı ilə H.Tağıyevin ittiham olunduğu qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham üzrə təqsirliliyi sübuta yetirilməyib və ona həmin maddələrlə bəraət verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1578   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdl

27 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel
.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Bakıda avtomobil yanır, yolda tıxac yaranıb - VİDEO

Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır. -a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb. Hazırda yanğının tam söndürülməsi üçün iş aparılı

27 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel
.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel