Bakıda polislə sürücü arasında qalmaqal

Bakıda polislə sürücü arasında qalmaqalBakıda sürücü ilə Yol Polis Xidmətinin əməkdaşı arasında mübahisə baş verib.

Sonxeber.az baku.ws-yə istinadən xəbər verir ki, istirahət günü YPX əməkdaşı sürücü Bəxtiyar Hacıyevi saxlayıb ödənməmiş cəriməsi olduğunu deyib.

Sürücü YPX əməkdaşına maşında xanım olduğunu, cərimə barədə məlumat verməsini və telefonla, internetdən ödəməsini bildirib. Sürücü sosisal şəbəkədə YPX əməkdaşı ilə mübahisəsini canlı olaraq yayımlayıb.

"İstirahət günü YPX saxlayıb, deyir ödənməmiş cəriməniz var, avtomobil üzərinə həbs qoyulub, cərimə meydançasına aparılmalıdır. Deyirəm ki, maşında xanım sərnişin var, istirahət günüdür, cərimə barədə məlumat verin, telefonla və internetdən ödəyirəm. Deyir yox, mən məlumat verə bilmərəm sənə. Getməliyik cərimə meydançasına. Açarı verdim, maşından düşdük ki, aparın. Dirəşdi ki, yox, özün də gəlməlisən. Sonra mübahisə başladı, canlı yayım etdim və başladı "nəzakətli" olmağa, arada "sərxoşsunuz, gözləriniz qızarıb, maşından alkoqol iyi gəlir, sənədləriniz yoxdur" dedi. PPX ilə bölməyə getdik, izahat yazdım, sabah məhkəməyə gedəcəyik.

Maraqlıdır, konstitusiyamıza görə şəxsi mülkiyyətin toxunulmazlıq hüququ var. DYP məhkəmə qərarı olmadan bu mülkiyyətə niyə həbs qoymalıdır ki? Bunun özü səhvdir və dəyişməlidir.

Maşında xəstə, qadın, uşaq olmasına baxmayaraq, istirahət günü olmasına baxmayaraq adını və rütbəsini yaza bilməyənləri buraxırlar yollara, düşürlər camaatın üstünə ki, cərimə meydançasına getməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1148   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

Sabirabadda istixanada FACİƏ: Gənc oğlan öldü

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb. APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 28 yaşlı Məmmədov Ramil Mübariz oğlunu istixanada elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır

29 aprel
.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. axşam.az-a istinadən xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29 aprel
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

28 aprel
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Qaynarinfo"nun məlumatına görə, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminind

29 aprel
.

Evdən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi saxlanıldı

Nizami rayonu ərazisində mənzillərin birindən 60 00 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyə

29 aprel
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29 aprel
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28 aprel
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29 aprel