Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTO
ABŞ-ın Florida ştatındakı Yupiter şəhərində isti, bürkülü avqust günü idi. Yerli idman barında Harrouf ailəsi onlara baş çəkməyə gəlmiş oğulları, 19 yaşlı tələbə Ostin Harroufla nahar edirdilər.
Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, Ostin qıcıqlanıb, sonra hirslənib və ata-anasını barda qoyaraq çölə qaçıb.
Dediyinə görə, yaman qorxmuşdu.
Qorxu onu təqib edirmiş.
Ostin sakit, mədəni oğlan kimi tanınırdı. Güləşlə məşğul olur, futbol oynayırdı. Amma anasının dediyinə görə, Ostində qəfil dəyişikliklər başlanmışdı: "Ostin evimizin güdüldüyünü dedi, qarajda yaşamağa başladı. Sonra fövqəladə qüvvəyə malik olduğunu, Yeri xilas edəcəyini dedi. Axırda da dedi ki, onu Daniil adlı cin təqib edir".
Buna görə də Ostin evdən qaçanda valideynləri dərhal polisə zəng vuraraq "Ostin sakit oğlandır, azıb, onu tapın!" dedilər.
Ostin isə həmin anda qızmar şosse ilə yeriyir, əynindəki paltarları soyunurdu.
Hər addımla Ostinin qorxusu daha da güclənirdi.
"Sadəcə, kimisə tapmalıydım ki, mənə harada olduğumu desin. Nə baş verdiyini anlamırdım. Qorxurdum, qorxurdum, qorxurdum..." - Ostin sonradan polisə belə söyləyəcəkdi.
Ostin 59 yaşlı Con Stivens və 53 yaşlı Mişel Mişkonun yaşadıqları evə yaxınlaşdı. Ərlə arvad eyvanda teelvizora baxır, soyuq limonad içirdilər.
Ostin bu evin qarajına girmişdi.
Niyə, nə üçün - anlamırdı. Yalnız çox qorxduğunu dərk edirdi.
Boya butulkasını götürdü, başına çəkdi. Boya onun boğazını yandıranda Ostin qışqırıb, söyüb.
Həmin an qaraja girən Mişel yad adamı görəndə qorxub, qışqırmağa başlayıb.
Ostinin qorxusu daha da artıb.
O, Mişeli yıxıb, sonra bıçağı ilə ona zərbələr vurmağa başlayıb.
Arvadının qışqırığına gələn Con qarajın döşəməsində Mişelin cəsədini və gözləri hədəqədən çıxmış, əlləri titrəyən Ostini görüb.
Con qaçaraq evə girməyə çalışıb. Amma Ostin onu haqlayıb.
Polis hadisə yerinə gələndə Con hələ sağdı, can verirdi.
Ostin onun sinəsində oturmuşdu və fısıldayaraq Conun sifətini gəmirirdi.
Polislərin dediklərini eşitməyən, elektroşokerdən sonra da qurbanından əl çəkməyən Ostini dayandırmaq üçün onun üstünə polis köpəklərini qısqırdıblar.
Amma artıq gecdi, Con keçinmişdi.
Polislər onun biləklərinə qandal vuranda Ostin qışqırırdı: "Öldürün məni! Güllələyin! Buna layiqəm".
Polis idarəsində istintaq zamanı o, ağlayıb, boğazındakı ağrılardan şikayətlənib.
Hospitala aparılan Ostin Harrouf orada koma vəziyyətinə düşüb, 11 gün özündə olmayıb, amma ölməyib.
Ostin Harroufun məhkəməsi başlanıb. Ekspertiza onun qanında narkotik maddələr qalıqları aşkarlamayıb.
Onun davranışının, qatilliyinin və adamyeyənliyinin səbəbləri araşdırılır.




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3759 Tarix: 22 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putin Yeni ili onlarla qeyd edəcək
"Rusiya Prezidenti Vladimir Putin Yeni ili yaxınlarının və doğmalarının əhatəsində qeyd edəcək". "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib. Peskovun sözlərinə görə, Putin üçün Yeni il əsl ailəvi bayramdır. Kremlin nümayəndəs
19 dekabr"Türkiyə gözəli" o oldu
"Türkiyə gözəli 2025"in qalibi bəlli olub. Axşam.az xəbər verir ki, bu il müsabiqənin birincisi Sıla Saraydemir adlı xanım olub. Bununla da o, Türkiyəni beynəlxalq arenada keçiriləcək gözəllik müsabiqələrində təmsil edəcək. Qeyd edək ki, Sılanın 22 yaş var. 1,80 metr boyundadır. O, 4-cü kur
20 dekabrMikroplastiklər Yer kürəsinin kənarına çatdı
Antarktida - dünyanın ən ucqar və ən az məskunlaşmış materiklərindən biri - artıq qlobal plastik çirklənmənin təsirini hiss edir. Mikroplastik yerli həşəratların orqanizminə daxil olur və zamanla onların enerji balansını dəyişə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə Phys.org yazır. Kentukki Universitetini
15 dekabrPutinin Yeni il planı - Belə qeyd edəcək
Rusiya Prezidenti Vladimir Putin Yeni ili ailəsi və dostları ilə keçirəcək. xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlayıb. Peskovun sözlərinə görə, Putin üçün Yeni il əsl ailəvi bayramdır. O həmçinin Putinin Yeni il müraciətinin təfərrüatları ilə bağlı məluma
19 dekabrDünya liderlərindən aldığı hədiyyələri satır
İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə
17 dekabrXirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi
Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər. Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir. Xirosima Bələdiyyəsini
16 dekabrİsti su Antarktidaya çatıb və artıq buzlaqları "yeyir"
Antarktidanın ətrafındakı nəhəng buz kütlələri bu regiona daxil olan isti sular tərəfindən tədricən yuyulub əridilir. Qaynarinfo xəbər verir ki, bu barədə " saytının məlumat yaydığı yeni araşdırmada deyilir. Alimlərin sözlərinə görə, isti su indiyədək onun üçün əlçatmaz olan şelf buzlaqlarına yo
15 dekabrSonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi
Psixoloqlar xroniki yalançıların 11 əlamətini açıqlayıb və daim manipulyasiya edən insanı necə asan və tez tanımağın mümkün olduğunu izah ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazıb. Xroniki yalan - tək-tük uydurmalar və ya "zərərsiz" şişirtmələr deyil, həm insanı
15 dekabrŞaxta Babaya inam uşağın psixikasına zərər verir? - Psixoloqlar açıqladı
Şaxta Babaya inam uşağın psixikasına zərər vermir və böyüklər bunu diqqətlə və dürüst şəkildə dəstəkləsələr, onların emosional və idrak inkişafında mühüm rol oynaya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə -ya Perm Politexnik Universitetinin mütəxəssisləri məlumat veriblər. Mütəxəssislərin fikrincə
19 dekabr