SOCAR işçilərinə geyim qadağası qoydu - FOTO
Olar: Qolları çiyindən azı 15 sm aşağı, uzunluğu isə azı dizdən olan donlar. Olmaz: Dar və qısa, parlaq rəngli donlar.
Sonxeber.az azadliq.org-a istinadən bildirir ki, Bu Azərbaycanda Dövlət Neft Şirkəti işçiləri üçün avqustun 1-dən qüvvəyə minən "SOCAR-ın korporativ geyim forması standartı"ından nümunədir.
Geyim standartında kişilərə tünd rənglərdə (qara, boz, göy və s.) kostyum, solğun və tək tonlu köynək, rəngi geyimə uyğun olan neytral rəngli ayaqqabı, tək tonlu corab geyinə bilər. Kişilərin nişan üzüyü, sadə qol saatı taxmasına icazə verilir.
Qadınların da əsasən, tünd rəngli kostyum və ya klassik biçimli şalvar və pencək, ətəyə uyğun gələn solğun və tək tonlu köynəklərə geyinə bilərlər. rəngbərəng, naxışlı corabların geyinilməsinə, işə corabsız gəlməyə icazə verilmir.
SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyov deyir ki, avqustun 1-dən bu qaydaların tətbiqi rəsmiləşdirilib, amma bundan öncə də əməkdaşlar bu geyimlərə əməl edirdi:
"Ona görə də tətbiqlə bağlı elə də bir problem yoxdur. Bəzi media qurumları standartlar qüvvəyə mindiyi vaxt yazırdılar ki, SOCAR vahid geyim formasına keçib. Amma bu belə deyil. Vahid geyim forması bəzi, dükanlarda, restoranlarda və ya digər yerlərdə olur. Hər kəs eyni geyinir. Biz sadəcə olaraq standartlar tətbiq etmişik və işçilər bilir ki, onlara nə geyinmək olar, nə yox? Ona uyğun öz zövqlərinə uyğun geyinirlər".
Təxminən 7 bənddən ibarət olan geyim standartında işçilərin saç düzümündən tutmuş, geyindikləri corabadək bütün detallar nəzərə alınıb. Hətta qadınların makiyajı da. SOCAR-ın qadın işçilərinin makiyajı sadə, dırnaqları qısa olmalıdır. Kəskin qoxulu ətirlərdən, rəngli, böyük boyunbağı, sırğa və qolbağlarından istifadəyə icazə verilmir.
Belə geyinmək olar!
Belə geyinmək olmaz!

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO