"Fədayə Laçınla bağlı əhvalatın necə baş verdiyini açıqlayacağıq"

"Fədayə Laçınla bağlı əhvalatın necə baş verdiyini açıqlayacağıq""O, dəhşətli cinayət törətməyib ki, müğənnini bu qədər linç edirlər"

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçınla bağlı bir neçə xalq artisti ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Qeyd edək ki, F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Müşayiət altından qaçan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. O, Fədayə Laçının sevgilisi idi.

Digər qaçan məhkum, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami saxlanılıb.

Sonxeber.az Modern.az-a istiad istintaqın gedişi və cavabsız suallara aydınlıq gətirməsi üçün F.Laçının vəkili Türkel Süleymanlıya müraciət edib. Onunla müsahibəni təqdim edirik:

- Türkel bəy, Fədayə Laçın saxlanma şəraitindən razıdırmı? Ailə üzvlərinin onunla görüşməsinə hər hansı maneə yoxdur ki?

- Fədayə Laçının saxlanma şəraitilə bağlı heç bir problemi yoxdur. Onun nə məhkəmə administrasiyasından, nə də digərlərindən şikayəti var. Bütün münasibətlər tam qanun çərçivəsində tənzimlənir.

- Müvəkkiliniz saxlanma kamerasında tək qalır, yoxsa digər məhbuslarla birgə?

- Ümumilikdə təkadamlıq kamerada saxlanılmaq özü cəzadır. Fədayə xanım digər dustaqlarla birgə qalır, bununla bağlı heç bir problemi də yoxdur.

- Fədayə Laçının həbsxana mühitindən uzaq olduğunu nəzərə alsaq, hazırda onun üçün çətin olmamış deyil. Heç vaxt alışmadığı mühit ona necə təsir edir?

- Fədayə Laçının xəstəliyilə bağlı narahatlığı var. O, əvvəllər hepatit (sarıqlıq) xəstəliyi keçirib. Həbsxana şəraiti xəstəliyinə pis təsir edir. Özünüz də bilirsiniz ki, həbsxana "kurort" deyil. Onun həbs rejiminin dəyişdirilməsilə bağlı ən yaxın zamanda müraciət edəcəyik. Bu cəzadan azad olmaq kimi başa düşülməsin. Burada heç bir cəzadan söhbət gedə bilməz. Çünki cəzanı məhkəmə kəsir. İstintaq getdiyi üçün də Fədayə xanıma cəza kəsilməyib.

- Bu günlərdə bir neçə xalq artistinin ölkə rəhbərliyinə ünavnladığı müraciəti əksəriyyət cəzadan azad olma kimi qəbul etdi. Hətta bunun digər cinayətlərdə adı keçən şəxslərə qarşı haqsızlıq olduğu fikirlərini səsləndirdilər.

- Mən də onu demək istəyirdim. Yəni xalq artistləri öz müraciətlərində cəza kəsilərkən ona mərhəmətli davranılmasını istəyiblər. Xahiş edirəm bunu düzgün başa düşsünlər. Müraciətdə yoxdur ki, kimsə cəzadan azad edilsin. Nəinki Fədayə Laçın, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib. Onların heç birinə cəza kəsilməyib. İstintaq hələ yeni başlayıb. Ona görə də cəzadan azad olma, cəzanın yüngülləşdirilməsi kimi məsələlər müzakirə mövzusu deyil.

- Türkel bəy, Fədayə Laçının "Qoca"nın ölüm xəbərini eşidərkən reaksiyası necə oldu? Hər halda çox sevdiyi birinin ölümündən sarsılmış olar, həm də nəzərə alaq ki, hazırda müğənni məhz ona görə həbsdədir...

- Təbii ki, hər bir insan kimi, tanıdığı şəxsin ölümünə pis oldu. Amma bəzi üzdəniraq informasiya vasitələri, sensasiya xətrinə özünü reklam edənlərin iddia etdiyi kimi, guya "Qoca"nın ölümünü eşidərkən Fədayə xanım özünə qəsd edib, belə bir hal olmayıb. Kim yaxın adamının vəfatına , həlak olmasına sevinər ki? Təbii ki, təəssüf hissi keçirir. Amma yenə deyirəm, guya "Fədayə Laçın ölüm ayağında olub", "son nəfəsini verir" kimi məlumatlar yayanlar məsuliyyət daşıyırlar. Bizim sadəcə onlara ayıracaq vaxtımız yoxdur. Kim Fədayə xanım barəsində "öldü", "özünə qəsd elədi" kimi dezinformasiyaları istintaqdan, vəkildən, aidiyyatı şəxslərdən dəqiqləşdirmədən fövqəladə xarakterli məlumatlar kimi yayacaqsa, biz qanun çərçivəsində tədbirlərə başlayacağıq. Heç kimin başqa birinin özünə, ailəsinə stress yaşatmağa ixtiyarı və haqqı yoxdur. O məlumatı yayanın özü barəsində "öldü" xəbərini yazsalar, onun ailəsi hansı vəziyyətdə olar, çox maraqlıdır mənə! Onun ailəsini düşünün ki, gecə vaxtı saytlardan əzizinin ölüm xəbərini oxuyur. Bu şəxsin cinayət törədib-törətmədiyinə məhkəmə qiymət verəcək. Heç kimin məhkəmə funksiyasını yerinə yetirməyə hüququ yoxdur. Bilib-bilmədən insanlara cəza kəsmək olmaz. Fədayə dəhşətli cinayət törətməyib ki, onu bu qədər linç edirlər. O xəbəri yazanlar da mənə zəng edib dəqiqləşdirmə apara bilərdilər. Necə ki, siz indi sizə maraqlı olan suallara cavab alırsınız. Məlumatı dəqiqləşdirmədən yayanlar sadəcə dələduzdurlar.

- Maraqlıdır, Azərbaycanda kifayət qədər populyar olan Fədayə Laçın adının bu cinayətdə hallanmasından peşmanlıq duyurmu?

- Əlbəttə. Tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq. Hazırda istintaq getdiyindən müəyyən məsələləri açıqlaya bilmirəm. Mən istintaq sirrininin yayılmamasına görə məsuliyyət daşıyıram. Təbii ki, böyük təəssüf hissi keçirir. Amma artıq nə olubsa, olub. Baş verənləri dəyişdirmək iqtidarında deyilik.

- Hadisələr baş verəndə məsələ cəmiyyətdə birmənalı qarşılanmadı. Fədayə xanımı təqdir edənlər, onu qəhrəmanlaşdıranlarla yanaşı, qınayanlar, hətta təhqir edənlər də az olmadı...

- Bilirsiniz, sənət adamları elə şəxslərdir ki, cəmiyyət onlarla bağlı olan hər şeyi yanlış başa düşür. Onları qınayanlar da bəzən yanlış yoldan qınayırlar, hətta təqdir edənlər də yanlış yoldan təqdir edirlər. Sənət adamları elə adamlardır ki, onlar hər bir adamla ünsiyyətdə olurlar. Bir müğənnini toya həkim də çağıra bilər, hakim də çağıra bilər, jurnalist də çağıra bilər, fəhlə də çağıra bilər, "bandit" də çağıra bilər. Bir dəvət olanda durub anket doldurmur ki, görüm kimdir məni toya dəvət edən, ora gedim, yoxsa getməyim. Müğənnidir, çağırılıb, gedib toyunu oxuyur. Onların əhatə dairəsi, cəmiyyət arasındakı münasibətləri adi insanlardan daha sıxdır. Sənət adamının cəmiyyətin hər bir təbəqəsində dostları, yaxınları ola bilər. Onlar guya hara gedir ki, şənliyə gedirlər də. Şənlikdə kim olur olsun, yenə deyirəm "bandit" olsun, sürücü olsun, məmur olsun, insanlar dostlaşırlar, düşmən olmurlar ki... Ona görə də bunun bir kökü də şənliklə bağlıdır. Fədayə xanım o insanla şənliklərin birində tanış olub.

- Bəs Fədayə xanımın "Qoca" ilə isti münasibətlərini əks etdirən görüntülərini mətbuata kim ötürüb? Bu barədə araşdırma aparılıbmı, yaxud araşdıracaqsınızmı? Ümumiyyətlə, nə vaxta aid görüntülərdir bunlar?

- Onunla bağlı qərar verəcəyik. Bir şeyi qeyd eləmək istəyirəm ki, bəzi şəxslər elə düşünür ki, bu görüntülər "Qoca" müşayiət altından qaçdıqdan sonra çəkilib. Amma bu görüntülər çox əvvələ aiddir. Həmin şəxs müşayiət altındakı qatardan qaçandan sonra onların hər hansı kontaktı olmayıb. Daha əvvəlki videoları təqdim etməklə cəmiyyətdə elə fikir formalaşdırırlar ki, guya "Qoca" qaçdıqdan sonra o, Fədayə xanımla görüşüb. Fədayə xanım "Qoca"nın qaçması xəbərini sizin, bizim kimi efirdən, saytlardan oxuyub. Fədayə xanımın "Qoca" ilə o, qaçan günündə ölən gününə qədər nə canlı, nə audio, nə video, nə də telefon kontaktları olub.

- Belə məlumatlar da var ki, "Qoca" Ağstafanın Poylu kəndində sərhəddən Gürcüstana keçmək istəyib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman avtomobildə bir nəfər qadın da olub. Qadının məhz Fədayə Laçın olması ilə bağlı iddialar da səsləndirildi. Bildirilirdi ki, avtomobilin polis tərəfindən təqib edildiyini görən "Qoca" qaçmağa başlayıb. Sürücü və Fədayə Laçın həmin gün Bakıya gətiriliblər.

- Qətiyyən, bu məlumatlar əsassızdır. Qaçma anında Fədayə xanım nə qatarda, nə taksidə olub. İnsanlarda yanlış təsəvvür yaranıb ki, guya Fədayə Laçın həmin gün qatarda olub, orada həmin şəxslərlə görüşüb. Qətiyyən belə şey olmayıb. Fədayə xanım hər hansı nəqliyyat vasitəsində "Qoca" ilə görüşməyib. Onun qaçması barədə efirdən xəbər tutub. Ölən günə qədər də hər hansı əlaqəsi olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4226   Tarix: 27 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17 dekabr
.

Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə bağlı maraqlı hadisə yaşanıb. Canananın idarə etdiyi avtomobil Biləsuvar rayonunda hərəkətdə olarkən göndərilən yanlış məkan bildirməsi ilə başqa istiqamətə getməsi səbəbindən qəbiristanlıq ərazisinə daxil olub. Nəticədə avtomobil bir neç

20 dekabr
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14 dekabr
.

Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO

İki aydır reanimasiyada olan türkiyəli məşhur müğənni və aparıcı Fateh Ürek komaya düşüb. xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, Fateh Ürek oktyabrın 15-də evində infarkt keçirmiş və ürəyi 20 dəqiqə dayanmışdı

20 dekabr
.

İlqarə uzun zaman sonra GÖRÜNTÜLƏNDİ: Geyimi ilə diqqət çəkdi - VİDEO

Müğənni İlqarə Kazımovanın səhnə aldığı məkandan çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. xəbər verir ki, kadrlarda İlqarə Kazımova səhnədə həm öz ifalarını səsləndirib, həm də anası, pop kraliça Aygün Kazımovanın repertuarına daxil olan mahnıları təqdim edib. Sənətçinin çıxışı və səhnə tərz

15 dekabr
.

Səidə Sultan bu səbəbdən verilişlərə çıxmır

"Görürsünüz ki, nə vaxtdır heç efirlərə çıxmıram. Mən artıq baş verənləri kənardan izləyirəm. Hamını da görürəm. Heç kəs bir o qədər də xoş təəssurat bağışlamır". xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında bildirib. İnstaqramda video paylaşan sənətçi bəzi həmkarlarını

18 dekabr
.

"Xüsusi yediyim konfet vardı, Oktay alırdı"

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oktay Əliyevi xatırlayaraq kövrək anlar yaşayıb. Aktrisa açıqlamasında bildirib ki, Oktay onun üçün təkcə həyat yoldaşı deyil, eyni zamanda bir növ həyat müəllimi olub: "Oktaydan çox şey öyrənmişəm. Demək olar ki, həyat müəllimim idi". Dilar

17 dekabr
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

14 dekabr
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13 dekabr