Kredit götürmək istəyənlərin nəzərinə - Bu banklar daha sərfəli kredit verir - SİYAHI

Kredit götürmək istəyənlərin nəzərinə - Bu banklar daha sərfəli kredit verir - SİYAHIKredit götürən şəxs üçün kreditin faiz dərəcəsi, məbləği və müddəti, sözsüz ki, ən əhəmiyyətli məsələlərdir. Faiz dərəcələri müştərilərin kredit tarixçəsinə əsasən müəyyən olunur.Nağd pula ehtiyacı olan müştərilər bəzi şərtlər altında müəyyən banklardan kredit ala bilərlər. Sistemə uyğun olaraq, bankdan verilən borcla birgə qoyulan faiz dərəcəsi də banka geri ödənilməlidir.Qeyd olunan banklar krediti yalnız Azərbaycan vətəndaşlarına təklif edir. Bəzi hallarda borcalanın Azərbaycan vətəndaşlığı olmadıqda isə zamini mütləq Azərbaycan vətəndaşı olan şəxslər xidmətlərdən yararlana bilir. Bütün banklarda kredit əldə etmək üçün kreditora şəxsiyyət vəsiqəsi, iş yerindən və ya gəliri təsdiq edən sənəd təqdim edilməlidir.

Azərbaycan Beynəlxalq Bank ı(ABB) müştərilərə 36 ay müddətinə 29-27% dərəcəsi ilə 15.000 manatadək kredit təklif edir. ABB-dən ilk dəfə kredit alan müştərilər 29%, onun zamini ABB-nin kartı vasitəsilə əmək haqqı və ya pensiya alan şəxs olduqda isə 27% ödəyir.

Kapital Bank müştərilərə 3-48 ay intervalında 29,84% dərəcəsi ilə 300-20.000 AZN məbləğində kredit təklif edir.Nağd pul krediti maaş və pensiya kartı Kapital Bank-dan olan şəxslərə verilir. Yalnız xüsusi hallarda zamin tələb olunur.

Bank Respublika müştərilərə maksimum 24 ay müddətinə 26%-dən başlayaraq 500-10.000 AZN məbləğində kredit təklif edir. Bu bankda 5000 AZN-ədək kredit götürmək üçün zamin tələb olunmur.

Azər-Türk Bank müştərilərə 36 ay müddətinə 26-29% dərəcəsi ilə 15.000 manat həcmində kredit verir. Bu bankdan kredit götürmək üçün borcalan əmək haqqını Azər-Türk Bank-dan almalıdır.

Access Bank müştərilərə minimum 6 – maksimum 24 ay müddətinə 29%-lə 500-20.000 AZN məbləğındə kredit təklif edir. Borcalanın son iş yerində minimum 1 illik əmək stajı mütləq olamlıdır.

Bank of Baku müştərilərə 3-36 ay daxilində 23-25% dərəcəsi ilə minimum 3000 – maksimum 70.000 AZN məbləğındə kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir.

Express Bank müştərilərə 3-36 ay müddətinə 30% dərəcəsi ilə 10.000 manatadək həcmində kredit təklif edir.

Rabitə Bank müştərilərə maksimum 24 ay müddətinə 26-30% dərəcəsi ilə rəsmi iş yeri olan şəxslərə 3000 manat həcmində kredit verir.

Unibank müştərilərə 24 aya qədər 27% dərəcəsi ilə 300 -10.000 AZN məbləğındə kredit təklif edir. Əmək haqqısı minimum 175 manat olan şəxslər Unibank-a müraciət edə bilərlər.

AG bankmüştərilərə ödəmə dövrü 3-36 ay daxilində 15-27% dərəcəsi ilə 300-10.000 AZN kredit təklif edir.

AFB Bank müştərilərə 12 ay müddətinə 25% dərəcəsi ilə minimum aylıq gəlirin 3 misli – maksimum 5000 AZN məbləğində kredit təklif edir.

Ziraat Bankımüştərilərə ödəmə dövrü 12-36 ay olmaqla, 26-28% dərəcəsi ilə 15.000 AZN-dək dəyərində kredit təklif edir.

Azərbaycan Sənaye Bankı (ASB) müştərilərə 36 aya qədər 27% dərəcəsi ilə 500 -15.000 AZN məbləğində kredit təklif edir. 15.000 manatdan çox kredit üçün yüksək daşınmaz əmlak girovu lazım gəlir.
YapıKredi Bank Azərbaycan müştərilərə 6-36 ay müddətinə 28% dərəcəsi ilə 300 AZN-dən başlayaraq kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir. Bu bankdan kredit almaq üçün bankda əmanət hesabınız olmalıdır.

Nikoil Bank müştərilərə 6-36 ay müddətinə faiz dərəcəsi 25%-dən başlayaraq minimum 500 – maksimum 30.00 AZN mıəbləği daxilində kredit təklif edir. Bu bankda kredit verilməsinin xüsusi hallarında ikinci şəxsin zaminliyi tələb oluna bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 8063   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel