İdxal olunan emal edilməmiş gön gömrük rüsumundan azad edilir

İdxal olunan emal edilməmiş gön gömrük rüsumundan azad edilirGələn il yanvarın 1-dən Azərbaycana idxal edilən emal edilməmiş iribuynuzlu mal-qara gönləri idxal rüsumundan azad olunacaq.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən tüklü və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının emal edilməmiş gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış və ya perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir.

Gələn il yanvarın 1-dən isə idxal edilən iribuynuzlu mal-qaranın emal edilməmiş gönləri idxal rüsumundan azad olcaq. Ancaq iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, lakin sonrakı emala məruz qalmamış aşılanmış dəri və ya dəri krastı üçün idxal gömrük idxal rüsumu ləğv olunmayıb. Gələn il yanvarın 1-dən emal edilməmiş bu gönlər üçün idxal gömrük rüsumu onların hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq.

Perqamentləşdirilmiş daxil olmaqla, iribuynuzlu mal-qara (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, aşılanmadan sonra əlavə olaraq emal edilmiş dəri və ya dəri krastı şəklində dəri üçün gömrük idxal rüsumu isə belə gönlərin 1 kvadratmetri üçün 15 faiz olmaqla hesablanacaq.

Yunlu və ya yunsuz, ikilənmiş və ya ikilənməmiş, emal edilməmiş qoyun və ya quzu gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) də 15 faiz idxal gömrük rüsumundan azad edilməyib. Sadəcə, gələn il yanvarın 1-dən emal edilməmiş qoyun və ya quzu gönləri üçün idxal gömrük rüsumu hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 781   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021