Son illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTO

Son illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTOƏksəriyyət əsas artefaktların artıq tapıldığını, ən əhəmiyyətli tarixi kəşflərin də aşkarlandığını düşünür. Əslində isə bu, tamamilə yanlış qənaətdir. Çoxlarına məlum olmasa da, bu gün dünyanın müxtəlif hissələrində fəal şəkildə aparılan arxeoloji qazıntılar öz bəhrəsini verməkdədir...

Son 10 il ərzində baş vermiş 5 əhəmiyyətli arxeoloji kəşflə oxucuları tanış edir:

Ölü dənizin əlyazmaları

Arxeoloqlar 70 ildir ki, Ölü dəniz sahilinin yaxınlığında yerləşən Kəllələr Mağarasında lülə şəklində bükülmüş qədim yazılar aşkar edir. Artıq hər şeyin meydana çıxdığı zənn edilsə də, bir il öncə yeni yazılar aşkarlandı. İsrailin ən böyük xəzinələrindən biri sayılan əlyazmalar e.ə. III-I əsrlərə aid edilir.

Meksikanın Çiçen-İtsa piramidası

Yukatan yarımadasının (Meksikanın cənubu) tropik meşələri arasında yerləşən Çiçen-İtsa şəhəri nəinki Maya xalqının tarixi abidəsi, həm də ən yeni tədqiqat və kəşflərin predmeti sayılır.
Kukulkan Məbədi kimi tanınan 24 metrlik piramida Maya mədəniyyətinin ən məşhur tikintilərindən biridir. Daş bloklardan ibarət 9 pilləli piramida adi görünsə də, yaxın keçmişdə aparılan tədqiqatlar nəticəsində onun içində daha iki piramidanın olduğu ortaya çıxıb. Onlardan biri kiçicikdir. Onun əsasında eramızın 500-800-cü illərində daha bir 20 metrlik piramida inşa edilib. 1050-1300-cü illərdə isə tolteklər piramidanın hazırkı dövrdə gördüyümüz üçüncü daş "qatını" tikdi. Çiçen-İtsa şəhəri düşmənlər tərəfindən işğal edilməsəydi, aqibətinin necə olacağına dair yalnız fərziyyələr qurmaq mümkündür.

Dünyanın ən kiçik mumiyası

Qədim mumiyalaşdırma ənənəsi sayəsində tarixçi alimlər qədim misirlilər haqqında kifayət qədər məlumata malikdir. Lakin hətta klassik misirşünaslıqda belə möhtəşəm kəşflərə rast gəlinir. Kembric muzeyində (Böyük Britaniya) yaxın keçmişdə kiçik bir sarkofaq təqdim edilmişdi. Bu tapıntı təqribən yüz il öncə Cizə yaxınlığında aşkar edilib.

Uzun müddət bu sarkofaqda ölmüş bir adamın daxili orqanlarının dəfn olunduğu zənn edilirdi. Lakin KT tədqiqatı (kompüter tomoqrafiyası) keçirildikdən sonra alimlər sarkofaqın içində insan rüşeyminin mumiyasının saxlanıldığını müəyyən etdilər. Bintlərlə sarınmış kiçicik bədənin üzərinə ağac qətranı tökülmüşdü. İnkişaf vəziyyətinə görə, həkimlər rüşeymin 64-72 həftəlik olduğunu bildirib. Bu qeyri-adi tapıntı misirşünasları misirlilərin dəfn ayininə, həmçinin uşaq düşməsinə olan münasibətlərini ciddi surətdə təkrar gözdən keçirməyə vadar etdi.

Kast yüksəkliyi Makedoniyalı İsgəndərin məqbərəsidir?

Yunanıstanda, qədim Makedoniya ərazisində bir vaxtlar Amfipolis şəhəri olub. Artıq onilliklərdir ki, alimlər böyük ticarət mərkəzi olmuş qəsəbənin xarabalıqlarının qazıntılarını aparır. 2012-ci ildə isə arxeoloqlar Makedoniyalı İsgəndər dövrünün tarixini əhəmiyyətli dərəcədə zənginləşdirməyə qadir olan bir tapıntı aşkar etdi.

E.ə. 323-cü ildə vəfat etmiş görkəmli sərkərdə çarın qəbirinin olduğu yer bugünə qədər məlum deyildi. İndi isə, Amfipolis yaxınlığındakı Kast yüksəkliyinin qazıntılarından sonra, Böyük İsgəndərin məqbərəsinin məhz burada olduğuna dair artıq kimsədə şübhə qalmır. Mərmər sfinkslər, kariatidalar, divar freskaları o dərəcədə təmtəraqlı hazırlanıb ki, bu tapıntının son on ildə ən əhəmiyyətli tapıntı olduğunu iddia etmək olar.

Valdarolu sevgililər

2007-ci ildə İtaliyanın şimalında bir-birinə çox yaxın vəziyyətdə uzadılmış iki insanın birgə qəbri tapılıb. Keçirilmiş ekspertiza nəticəsində bu meyitlərin gənc oğlanla qız meyiti olduğu müəyyən edilmişdi. Öldüklərində təqribən 18-20 yaşları olardı. Arxeoloqların diqqətini bədənlərin vəziyyəti çəkmişdi: onlar üzbəüz və bir-birinə sarılmış vəziyytədə idi. Meyitlərin üzərində hər hansı bir cismani zədənin olmadığı nəzərə alınarsa, hər ikisini ölümünün zorakılıqla baş vermədiyi qənaətinə gəlinir. 6 mindən çox yaşı olan qalıqlar "Valdarolu sevgililər" adlandırılıb. (publika.az)
Son illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTOSon illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTOSon illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTOSon illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTOSon illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTOSon illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2352   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

"İnsanabənzər robot "Optimus" hələ də "Tesla"nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər". Bu barədə "Tesla"nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb. "Tesla" dünyada potensia

25 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Cənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi

"Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək". "Qafqazinfo" Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb

24 aprel
.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind

23 aprel
.

Toydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ

Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni

24 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel