Xanım deputatlar Salyanda 5 qadının qətlindən şoka düşüblər: "O ata adam deyil, manyakdır"

Xanım deputatlar Salyanda 5 qadının qətlindən şoka düşüblər: "O ata adam deyil, manyakdır"Son zamanlar məişət zorakılığı zəminində ölümlə nəticələnən cinayətlər çoxalıb. Bu cinayətlərin əksər qurbanları isə qadınlar olur. Ən son hadisə barədəki məlumatlar - Salyanda ana və 4 qızının dəhşətli qətlinin üstünün açılması demək olar ki, bütün ölkəni şoka salıb.
Salyanda 3 il əvvəl törədilmiş dəhşətli qətlin 5 qurbanı indiyədək itkin sayılırmış. Mehparə Əliyeva və qızları - Ümidə, Rəqibə, Sevda və İradə ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetiriliblər. Bu tükürpədici əməldə F.Əliyevə onun oğlu Fəqan Əliyev də kömək edib. Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Ata və oğlu saxlanılıb. Faktla bağlı araşdırılma aparılır.

Ailə-məişət zəmində cinayətlər niyə çoxalıb, bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır? Qanunvericiliyə daha ağır cəza tədbirlərinin əlavə olunmasına ehtiyac varmı?

Bu suallarla Milli Məclisin bir neçə qadın deputatına müraciət edib.

Gövhər Baxışəliyeva ailə-məişət zəmində cinayətlərin artmasından çox narahat olduğunu vurğulayıb:

"Mən ailə-məişət zəmində cinayətlərin artması ilə bağlı bir neçə dəfə də çıxışlar etmişəm. Bunlar dəhşətli faktlardır. XXI əsrdə Azərbaycanda belə hadisələr baş verməməlidir. Hesab edirəm ki, belə hadisələr iki səbəbdən baş verə bilər.
Birincisi, bu cinayəti törədən şəxslərin bəziləri psixi xəstə olur. Elə xəstələr yanındakılara işgəncə verməyə, qətl törətməyə başlayırlar. Bu zaman çox diqqətli olmaq lazımdır. Elə insanlar barəsində həkimlərə tez xəbər vermək, müalicəyə cəb etmək və psixi xəstəxanalara yerləşdirmək lazımdır. Həmçinin, hüquq-mühafizə orqanlarına xəbər vermək vacibdir. Ailələri bu cür insanların zorakılığından qorumaq lazımdır.
İkincisi, biz müsəlman xalqıyıq. XXI əsrdə nə qədər müasirləşsək , inkişaf yolu keçsək də, mentalitetimizdə kişinin qadından üstün olmağı qalır".

Deputat deyib ki, bir çox ailələrdə oğlan uşaqlarına körpəlikdən elə tərbiyə verilir ki, "sən kişisən, nə dedinsə o olmalıdır! Ailədə mütləq üstünlüyə sən maliksən!" kimi... bu da düzgün deyil.

"Həmin adamlar da ömür boyu o fikirlə yaşayırlar ki, "mən kişiyəm, düz də desəm, səhf də etsəm qadın tabe olmalıdır!". Qadın tabe olmayanda da belə zorakılıq halları baş verir. Mən düşünürəm ki, orta məktəblərdə ya ayrıca fənn, ya da hansısa fənnin daxilində uşaqlara ailə etikası haqqında dərslər keçrilməlidir. Sivil boşanma, bir-biriləri ilə yola getmə məsələləri insanlara öyrədilməlidir. Nə qədər şahidi oluruq ki, kişi qadından ayrılır, daha sonra bunu özünə sığışdırmır və hardasa həmin qadını tapıb qətlə yetirir. Bizdə belə hadisələr çox olur".

G.Baxışəliyeva Salyandakı qətl hadisəsindən də danışıb.

"Bu dəhşətli bir hadisədir. Bu insan manyak imiş. Bildiyimiz kimi, manyaklar psixi xəstələr olurlar. Bir insanın yoldaşını və 4 qızını dəhşətlə öldürməsi heç bir çərçivəyə sığmır. Psixi insanlar ailədən və cəmiyyətdən təcrid olunmalıdır. Dözün, dözünlə düzələr deyil... Mən cəmiyyətimizdə bu cür zorakılıq hallarının baş verməsinə çox acıyıram. Bu bizim cəmiyyətimizdə olmamalıdır. Belə hallara qarşı bütövlükdə mübarizə aparmalıyıq".

Məlahət İbrahimqızı deyib ki, istənilən halda qadına qarşı ən kiçik zorakılıq belə, cinayət sayılır:

"Salyandakı məlum qətl hadisəsi isə insanlığa sığmır. Bir ata necə qəddarlıqla həyat yoldaşını və qızlarını öldürə bilər? Bu insanlığa sığmayan əməldir. Bu ən ağır cinayətdir və sözün bitdiyi yerdir. Onu deyə bilərəm ki, qadına qarşı zorakılığın hər bir növü cinayətdir. Bununla bağlı Azərbaycan qanunvericiliyi
çox təkmilləşib. Cəmiyyətin maarifləndirilməsinə çox böyük ehtiyac var. Qadınların kişilər üzərində nə qədər məsuliyyət daşıdığını kişilər bilməlidir. Hesab edirəm ki, insanlığa sığmayan belə cinayətlərə qarşı hüquq-mühafizə orqanları ən kəskin qərarlar verməlidir".

Jalə Əliyeva bildirib ki, elə məsələlər var ki, onunla bağlı hansısa tədbir görmək hələ hər şey demək deyil.

"Məsələn, son zamanlar məişət zorakılığı hallarının sayının artması kimi hadisələr. Belə məsələlərin fəlsəfəsinə baxsaq görərik ki, insan oğlu yaradılışdan bəri kimliyindən və harada və hansı zamanda yaşamasından asılı olmayaraq, hər zaman cəmiyyətdə güclünün gücsüz üzərində zorbalığı mövcud olub. Bu gün təkcə bizim cəmiyyətdə deyil, dünyada baş verən tendensiya onu göstərir ki, kişilərin qadınlar , böyüklərin uşaqlar üzərində zorakılığı halları var. Burada da söhbət güclünün gücsüz üzərində güc nümayişindən söhbət gedir. Milli Məclisdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun da qəbul edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox beynəlxalq konvensiyalara qoşulub. Azərbaycanda dövlət səviyyəsində bu sahədə məqsədyönlü siyasət aparılır. Bununla bağlı Azərbaycanda xüsusi qurumlar fəaliyyət göstərir. Özünü ziyalı və cəmiyyətin bir parçası sayan hər bir şəxs bu kampaniyaya qoşulub. Amma bütün bu təbliğatlara baxmayaraq, hələ də belə hadisələr baş verir".

Deputat bildirib ki, bəzi şəxslər belə hadisələr baş verərkən cəmiyyəti, məkəbi , ətraf mühiti günahlandırırlar.

"Amma mən düşünürəm ki, həmin şəxs yetkinləşənə qədər hansısa bir ailədə doğulur. Özündə bir gen daşıyır. Düşünürəm ki, birinci növbədə problemi ailənin kökündə axtarmaq lazımdır. Ya bu gendən gəlmə bir şey olur, ya düzgün verilməyən tərbiyə, ya da gördüyü pis şeylərlə bağlı olur. Hər bir ana oğlan övladına tərbiyə verərkən mütləq deməlidir ki, "oğlum, özndən gücsüzə, böyüyə, qadınına, bacına, övladına, anana əl qaldırsan südümü sənə halal etmərəm".
Biz mental düşüncələrimizə, kökümüzə, ənənələrimizə çox bağlı olan xalqıq. Düşünürəm ki, bir oğlan uşağı ailəsindən davamlı olaraq bu şəkildə tərbiyə görərsə, gələcək həyat üçün daha yaxşı formalaşar. Ailələr övladının kimlərlə oturub-durmağına da diqqət yetirməlidirlər. Biz şahidi oluruq ki, belə hadisələrin çoxunun adını namus məsələsi qoyurlar. Axı bu çıxış yolu deyil. Bunun üçün hüquq-mühafizə orqanları var. Həmin orqanlara müraciət edərək, məsələni sivil yolla həll etmək olar. Hesab edirəm ki, məişət zorakılığı halları ilə bağlı daha geniş təbliğatlar aparılmalıdır. Biz daha ucqar bölgələrdən, rayonlardan başlamalıyıq. Bu istiqamətdə bizim ən böyük dəstəyimiz Kütləvi İnformasiyalar Vasitələridir. Biz Milli Məclisdə də təklif etdik ki, televizya kanalları bir neçə dəqiqəlik çox təsirli sosial çarxlar çəksinlər. Burada məişət zorakılığının nələrə gətirib çıxardığı öz əksini tapa bilər. Təəssüflər olsun ki, hələ də bu problem öz həllini tapmayıb".

Mənbə: modern.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1939   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021