Saçlarınızın tez bir zamanda uzanmasını istəyirsinizsə...

Saçlarınızın tez bir zamanda uzanmasını istəyirsinizsə...Saçlarınızın uzun və sağlam olmasını istəyirsinizsə, mütləq qida rasionunuza diqqət eməlisiniz. Çünki doğru şampundan və ya balzamdan istifadə etmək, müxtəlif maskalar çəkmək saçların uzanması üçün kifayət deyil. Sağlam qidalanan insanların saçları daha tez uzanır.

Sizə saçların sürətlə uzanmasını təmin edən qidaları təqdim edirik:

Qızıl balıq

Qızıl balıq sağlam saçlar üçün vacib olan D vitamini və zülalla zəngindir. Saçların uzanmasını təmin edən omeqa­-3 yağ turşuları ehtiva edir.

Sarı bibər

Portağaldan 5 dəfə daha çox C vitamini ehtiva edən sarı bibər saçlar üçün çox faydalıdır. Çünki C vitamini saçların qırılmasının qarşısını alır, saç tellərini gücləndirir, saç köklərini qidalandırır.

Yumurta

Həm omeqa-3 yağ turşusu, həm də "biotin" adlı maddə ehtiva edən yumurta sağlam saçlar üçün əsl möcüzədir.

Günəbaxan tumu

Saç dərisində qan dövranını sürətləndirərək saçların tez uzanmasına səbəb olur. Tərkibindəki E vitamini sayəsində saçları daha parlaq göstərir.

Şirin kartof

Tərkibindəki beta-karotin adlı maddə sayəsində sağlam və gur saçlar reallığa çevrilir.

Avokado

Bu meyvənin tərkibində çoxlu miqdarda yararlı yağ turşuları var. Həm saçlar, həm dəri üçün çox faydalıdır. Avokadonun özünü və ya yağını maskalara əlavə edərək saçlara çəkin. Avokadonu yemək də saçlara yaxşı təsir edəcək.

Badam

Badamın da tərkibində saç üçün yararlı "biotin" maddəsi var. Bu maddə saç telərini gücləndirir və saçların daha sürətlə uzanmasına təkan verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1909   Tarix: 29 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14 aprel
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar "pandemiya potensialına" malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni "meymun çiçəyi" ştammını aşkar ediblər. -ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlə

21 aprel