Ermənistan ordusunda "dedovşina" faktı - 8 əsgər yaralandı

Ermənistan ordusunda "dedovşina" faktı - 8 əsgər yaralandıQumbara partlatması nəticəsində 8 erməni əsgəri yaralanıb.

Apelyasiya məhkəməsində D.Artur adlı hərbi qulluqçunun və onun əsgər yoldaşlarının apelyasiya məhkəməsinə edilən şikayətlərinə baxılması işi davam edib.

Cinayət işinə Sünik vilayət məhkəməsində baxılıb. Ümumi yurisdiksiya məhkəməsində cinayət işinin istintaqı 2 ildən artıq davam edib. Müddətli xidmət hərbi qulluqçusu D.Artur adlı erməni əsgərinə 2 nəfərdən artıq şəxsi öldürməyə cəhdetmə maddəsi ilə cinayət işi qaldırılıb.

İttihama görə təqsirli bilinən şəxs D.Artur 2013-cü ilin 15 noyabr tarixindən 29 noyabr tarixinədək döyüş növbətşiliyinə təyin olunmaqla, post başçısı olub.

O, 16 noyabr 2013-cü ildə xidmət yoldaşları tərəfindən döyülüb. Bu hadisədən 10 gün sonra, 26 noyabr 2013-cü il saat 05:20 radələrində intiqam almaq məqsədilə 9 nəfər əsgər yoldaşları A.Narek, D.Davit, M.Tiqran, P.Samvel, Q.Kamo, N.Nikolay, N.Qor, S.Tiqran və V.Armen ön xətt döyüş mövqesindəki qazmada (blindaj) yatarkən, əl qumbarasını qazmaya atır. Qumbaranın partlaması nəticəsində qazmadakılar heç biri ölməsə də, müxtəlif dərəcəli bədən xəsarətləri alırlar.

Kamo və Armen adlı hərbi qulluqçuların sağlamlığına ciddi xəsarət yetirilib. Digərləri A.Narek, D.Davit, M.Tiqran, P.Samvel, N.Nikolay, N.Qor, S.Tiqran yüngül bədən xəsarətləri alıblar.

İttihama görə, D. Davit döyüş növbətçiliyi qaydalarını pozmaqla, onun fəaliyyəti ağır nəticələrə səbəb olub. Onunla bərabər təqsirlilər sırasında ona zor tətbiq edən erməni əsgərləri də var. Ümumi yurisdiksiya məhkəməsində blindaja qumbara atan erməni əsgəri D.Artur özünü günahkar hesab etməyib.

O qeyd edib ki, 2013-cü ilin oktyabr ayının əvvəlində döyüş növbətçiliyi zamanı gecə telefonla sosial şəbəkəyə qoşulub və görüb ki, döyüş növbətçiliyində olan əsgər yoldaşlarından biri sosial şəbəkədə aktivdir. O zarafatla bildirib ki, taqım komandirinə bu barədə bildirəcək və telefonu ondan alacaqlar. Döyüş növbətçiliyini başa vurub hərbi hissəyə qayıtdıqdan sonra sosial şəbəkədə olan əsgər ona yaxınlaşaraq danışdığı sözlərdə diqqətli olmasına xəbərdar edib. Onun bu sözlərini başqalarına çatdıranı tapmaq üçün taqım qarşısında nalayiq ifadələr işlədib, daha sonra bu şəxsin kimliyini müəyyən etməyə nail olub.

Noyabr ayında döyüş növbətçiliyinə gedərkən işlətdiyi nalayiq ifadələrinə görə onunla danışmaq istədiklərini bildirib. Döyüş mövqeyinin yeməkxanası yanıda baş tutan söhbət zamanı mübahisə yaranıb və əlbəyaxa olublar. Bu münaqişədən sonra aralarındakı münasibətin normal olduğunu və intiqam hissinin olmadığını qeyd edib.

Günahlandırılan Arturun sözlərinə görə, qumbara partlayışı zamanı o da qazmada olub. Partlayış zamanı daha ağır yaralanan əsgər yoldaşlarına kömək etdiyini, partlayış zamanı çöldə olduğu barədə komandirlərinə yalan məlumat verdiyini bildirib. Artur bildirib ki, qumbara partlayan günü onun təxris olmasına 27 günü qalırdı. Onun sözlərinə görə, istintaq zamanı ona təzyiq edilib və zorla hadisəni törətməkdə etiraf etməsini tələb ediblər.

Onun sözlərinə görə, o 2 dəfə qumbaranı partlatdığına dair izahat verməyə məcbur olub. Vəkil Aşot Apresyan onun hüquqlarını müdafiə etməyə başladıqdan sonra zor tətbiq edilməsinə ara verilib. İlkin araşdırma zamanı bəzi ifadələrində D.Artur günahını etiraf edərək, qumbaranı partlatdığını təsdiq edib. İşlətdiyi nalayiq ifadələrinə görə şəxsi heyət tərəfindən tənqid edildiyi və aralarında gərginliyin olduğunu etiraf edib. O, ilkin izahatında bildirib ki, qumbaranı partlatmaqda məqsədi döyüş növbətçiliyi zamanı yatan şəxsi heyəti qorxutmaq və təhlükəni hiss etdirmək olub.

Məhkəmə D.Arturun törətdiyi cinayəti sübut edərək, 2 nəfərdən artıq şəxsi öldürməyə cəhd etməkdə günahkar bilərək onu 13 il müddətinə azadlıqdan məhrum edib. Cəzanın başlanma müddəti 27 noyabr 2013-cü ildən etibarən nəzərdə tutulur. Digər adları qeyd edilən hərbi qulluqçuların 13 il azadlıqdan məhrum edilən D.Davitə qarşı zorakılığa yol verdiklərinə görə, 2 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. D.Artura qarşı məhkəmənin qərarından şikayət edilib. Vəkil ona qarşı ədalətin bərpa olunmasını tələb edib.

Lakin dövlət ittihamçısı D.Daviti həm də döyüş növbətçiliyi qaydalarını pozduğuna görə və şəxsi heyətə qarşı nizamnamə tələblərini pozduğuna görə təqsirli bilməyi tələb edib. Bununla da dövlət ittihamçısı müttəhimin 17 il azadlıqdan məhrum edilməsini tələb edib. D.Davitin vəkili Apresyan ilkin araşdırmanın düzgün aparılmadığı və appelyasiya məhkəməsinin növbəti 15 fevral 2018-ci ilə təyin olunan iclasınadək həll ediləcəyinə dair ümid etdiyini bildirib./Ordu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1933   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021