Bakıda ərəb turisti "öldürən" fahişələr - Onları "Ariva" otelinə necə buraxıblar?

Bakıda ərəb turisti "öldürən" fahişələr - Onları "Ariva" otelinə necə buraxıblar?Xəbər verdiyimiz kimi, yanvarın 8-də Bakının Nərimanov rayonu ərazisində yerləşən "Ariva" otelində 56 yaşlı küveytli ərəb Məsfər Oma Alshelahi vəfat edib. Araşdırma zamanı məlum olub ki, ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısındaca dünyasını dəyişib. Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər.

Bakıya son vaxtlar ərəb turistlərin axını birmənalı qarşılanmır. Çünki ərəb turistlərin Bakıya fahişələrin xidmətindən istifadə etmək, şəhərin gecə barlarında əylənmək üçün gəldikləri barədə ictimai rəy formalaşıb. Bundan əvvəl də dəfələrlə Bakıda ərəb turistlərin fahişələrin toruna düşməsi və pullarının oğurlanması kimi kriminal hadisələr qeydə alınmışdı.

Bu cür xoşagəlməz halları necə qiymətləndirək? Ümumiyyətlə bu, otellərdə nikah kağızının tələb olunmasını gündəmə gətirə bilərmi?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, baş verən hadisəni insan alveri kimi qiymətləndirmək olmaz:

"Həmin şəxs seks xidmətindən istifadə etmək üçün qadınları dəvət edib və bu, könüllü prosesdir. Bəlkə o qadınları dəvət etmək üçün vasitə ola bilər. Amma adətən şəxs özü danışıqlar aparır. Bu hadisə mənəvi-əxlaqi məsələdir. Bir çox hallarda qadınlar müəyyən ölkələrə fahişəliklə məşğul olmaq üçün gedirdi. Lakin indi onlar özləri bura gəlir və bu xidmətdən istifadə edir. Adətən bu proses ərəb ölkələri üçün xarakterikdir".

M.Zeynalova bu cür proseslərlə mübarizə aparmaq yollarından da söz açıb:

"Əslində dünyanın heç bir yerində otellərdə nikah kağızı tələb olunmur. Bu, bir müddət bizdə aktivləşdi. Otellər biznes sahəsidir, onlar müştəridən qazanc götürməlidirlər. Ölüm hadisəsi olub deyə bu məsələyə diqqət yetirilir. Hansısa ölkəyə gedəndə qohumluğu və ya nikahı sübut edən kağızın alınması absurddur. Bəlkə elə oteldə qalan qadınlar arasında da cinsi münasibətlərdə olanlar var. Yəni qadınlar da eyni otaqda qala bilər, amma onların orientasiyasının nə olduğunu bilmirsən axı. Əgər əxlaqi-mənəvi dəyərdirsə, o zaman kişi kişi ilə qalanda da hansısa hadisənin baş vermə ehtimalı var. Dünya qlobal biznesində nikah kağızı gülməli məsələdir. Biz tam İslam dövləti deyilik. İslam ölkələrinə xas olan məsələlərin şərt kimi qoyulması biznesin inkişafına maneə törədir.

Bilirsiniz, belə vəziyyətlərdə bəzən fahişəliyin leqallaşması məsələsini ortaya atırlar. Bu xəbərdən sonra leqallaşma gündəmə gələcək. Amma düşünürəm ki, başqa yolu seçməliyik. Fahişəliyin leqallaşması hər hansı formada bu biznesin daha da çiçəklənməsinə gətirib çıxara bilər. Yaxud ümumiyyətlə biznesə çevrilə bilər. Bu baxımdan qadınların iqtisadi imkanlarını gücləndirməyə çalışmalıyıq. Təbii ki, fahişəlik həmişə olacaq. Lakin qadının iqtisadi gücü artdıqca, bu problemlər aradan qalxacaq".

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, hər bir sahədə hüquq müstəvisindən çıxış etmək lazımdır:

"İstəyir ərəb, ya da başqa millətdən olsun, əgər onun mehmanxanaya "qonağı" gəlirsə, buna mehmanxana işçiləri cavabdehdir. Bu baxımdan nəsə fikir bildirmək, qiymət vermək çətindir. Amma hüquq-mühafizə orqanları mütəmadi olaraq otelləri yoxlayırlar. İnsan alverinə qarşı mübarizə idarəsi bir çox otellərə bu baxımdan nəzarət edir. Onlar hansı otellərin fahişəlik və ya bu işlərlə məşğul olduğunu bilirlər. Açığı, bu məsələ turizm sahəsini əhatə etmir.

Nikah kağızına qaldıqda isə əgər bu, qanunverilicilikdə varsa, tələb olunsun, yoxdursa, olunmasın. Otellərin müdirləri, menecerləri öz hüquq və səlahiyyətlərini bilmirlərsə, biz buna nə edə bilərik ki?! Bu məsələdə otel işçilərinin səhvi nədir? Bəzən onlar anketi doldurmurlar, sənədsiz insan qəbul edirlər. Bu, qanuna ziddir. Kim olur-olsun, sənədsiz heç kimi mehmanxanaya qəbul etmək olmaz. Belə olan halda problemlər yaranır. Bəlkə otelə gələn insan terrorçudur, düşməndir. Hər bir otelə insan qəbul edəndə, mütləq onun şəxsiyyət vəsiqəsi, ya da başqa sənədi olmalıdır. Fahişələri də otelə buraxırlarsa, onlar da qeydiyyatdan keçməlidirlər. Əgər keçməyiblərsə, bu, inzibatçının səhvidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6734   Tarix: 09 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021