Səs yazısı yayılan direktor: Elə-belə adam deyiləm - VİDEO

Səs yazısı yayılan direktor: Elə-belə adam deyiləm - VİDEOMən elə-belə adam deyiləm. İlqar Əlfioğlunu tanıyırsınız yəqin, o mənim qrup yoldaşım olub. Dövlət məmuru işləmişəm. İxtisasım tərcüməçidir - fars dili və ədəbiyyatı müəllimi. İranda tərcüməçi işləmişəm. Müharibə veteranıyam, ehtiyatda olan kapitanam. Uzun müddət dövlət orqanlarında çalışmışam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevin işçisi olmuşam.

Bu sözləri Axar.az-a Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev məktəbin pedaqoji şurasının iclasında müəllimlərindən rüşvət tələb etdiyini əks etdirən səs yazısı barədə danışarkən deyib. Direktor iddia edib ki, yayılan səs yazısı ona məxsus deyil:

"Səs yazısından xəbərim var. Xəbərdəki şəkil mənimdir, ancaq səs yazısı mənə aid deyil. Bu məsələ ilə bağlı nazirlik müdiriyyətlə danışıb. Mənim xəbərim yoxdur. Mənə heç kəs heç nə deməyib. Mənə sadəcə izahat yazdırdılar ki, kiməm, nəçiyəm".

L.Seyfullayev vurğulayıb ki, yayılmış səs yazısı ona qarşı başladılmış kampaniyadır:

"Məktəbimizdə müəllim kimi çalışan ər-arvad var. Onlar mənə qarşı belə bir addım atıblar. Mən 2014-ci ildən bu məktəbdə direktor vəzifəsini icra edirəm. Hazırda məktəbimizdə 3 fizika müəllimi var. Ancaq belə balaca məktəbdə 3 fizika müəlliminin olması çoxdur. Düzdür, hər üç müəllim yüksək balla müəllimlik edirlər, lakin bu müəllimlər arasında problem olmaması üçün dərsləri aralarında bölmüşük. Bu bölgüdən razı olmadıqlarına görə mənim haqqımda dayanmadan şayiələr yayırlar".

Direktorun sözlərinə görə, ondan şikayət edənlərdən biri də məktəbin fizika-riyaziyyat müəllimi Azad Dadaşovdur:

"Azad Dadaşov hazırda məktəbimizdə işləyir. Ancaq ona müəllim demək olmaz, düz-əməlli ərizə də yaza bilmir. O məktəbdə işə mənim direktorluğumdan əvvəl qəbul olunub. Mənim haqqımda şikayət məktubu yazıb. Məktubda qeyd edib ki, guya o, məktəbin yeganə fizika-riyaziyyat müəllimidir. Halbuki ondan başqaları da var. Daha sonra qeyd edib ki, 9-10-11-ci siniflərdə keçirilən fizika-riyaziyyat fənlərinin dərs saatları yalnız ona məxsusdur və əgər bu dərs saatlarını ona verməsəm, məndən yuxarı instansiyalara şikayət edəcək.

Amma bayaq "Speys" kanalı çəkilişə gəlmişdi. Azad müəllim özü də kanala açıqlama verdi ki, bu səs yazısı yalandır. Belə bir şey olmayıb".

Qeyd edək ki, Yeniçağ.az saytında Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayevə aid olduğu iddia edilən səs yazısı yayılıb. Həmin səs yazısında o, müəllimi təhqir edərək, rüşvət istəyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3878   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

6 may
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

7 may
.

Güclü dolu yağdı: Toy yarıda dayandı - VİDEO

Azərbaycanda may ayının əvvəlindən başlayan qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bir çox bölgələrə leysan xarakterli yağışlar yağıb, bəzilərinə isə dolu düşüb. Belə ki, sosial şəbəkələrdə hətta güclü dolunun "palatka" toyunu yarımçıq dayandırması ilə bağlı görüntülər də yayılıb

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTAT

Xəbər verdiyimiz mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü Almatı şəhərində keçiriləcək:. "Bu gü

7 may
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

6 may
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

7 may
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

6 may