Rütbəli idmançılarımız - SİYAHI

Rütbəli idmançılarımız - SİYAHIAzərbaycanda idmançılar karyeralarını bitirdikdən sonra müxtəlif işlərlə məşğul olurlar. Kimisi öz biznesini açaraq kölgəyə çəkilir, kimisi məşqçiliyə başlayır, kimisi isə dövlətdə müəyyən vəzifəyə sahib olmaqla kifayətlənir.

Sizə III kateqoriyaya məxsus idmançılar barədə məlumat verəcəkik.

Firdovsi Umudov – Sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir. Hazırda sərbəst güləş üzrə millimizin baş məşqçisi işləyən Umudov 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir. Rütbəsi polkovnikdir.

Related image

Namiq Abdullayev – 1996-cı il Atalanta Olimpiadasında Azərbaycana sərbəst güləşdə gümüş, dörd il sonra qızıl medal qazandırmış Namiq Abdullayev ölkəmizin idman tarixinə düşüb. Azərbaycana ilk qızıl medalı qazandırmış üçqat Avropa çempionumuz Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların Baş İdarəsinin (DQBİ) idman komandasının rəisidir, rütbəsi polkovnikdir.

Zemfira Meftahətdinova – 2000-ci ildə stend atıcılığında Azərbaycana qızıl, 4 il sonra isə bürünc medal qazandırmış Meftahətdinova da Namiq Abdullayevlə eyni qurumda çalışır. O, DİN-in İdman Cəmiyyətinin sədridir, polkovnikdir.

Related image

Xəzər İsayev – Milli Olimpiya Komitəsinin vitse-prezidentlərindən biri olan İsayev həm də Dövlət Gömrük Komitəsində (DGK) çalışır. O da polkovnikdir.

Mövlud Mirəliyev – 2008-ci il Pekin Olimpiadasında cüdoda bürünc medal qazanmış Mirəliyev Şəmkir Olimpiya İdman Kompleksinin rəhbəridir. Özbəkistanda doğulmuş sabiq idmançı eyni zamanda Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşıdır, polis mayorudur.

Zülfiyyə Hüseynova – Sambo üzrə 5 dəfə dünya, 2 dəfə isə Avropa çempionu olmuş xanım idmançımız 2 dəfə də Azərbaycanı Olimpiadada təmsil edib. Ancaq cüdoda. Hüseynova DGK-da Qaçaqmalçılıqla Mübarizə şöbəsində müfəttişdir, rütbəsi də mayordur.

Elnur Məmmədli – hazırda Cüdo Federasiyasının vitse-prezidenti işləyən Məmmədli 2008-ci ildəki Olimpiadada rəqiblərinə asanlıqla qalib gələrək qızıl medal qazanması ilə yaddaşlara yazılıb. O əvvəlcə Dövlət Yol Polisində (DYP) kapitan olsa da, sonradan işlədiyi qurumu dəyişib. Olimpiya çempionumuz hazırda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) mayordur.

Related image

Ceyhun Məmmədov – Samboda 9 dəfə dünya çempionu olmuş Məmmədov 2003-cü ildən Sambo Federasiyasının prezidentidir. O, polis polkovnik-leytenantıdır.

Niyaməddin Paşayev – Taekvondoda dünya və Avropa çempionu olmuş Paşayev hazırda bu idman növü üzrə federasiyanın milli komandalara nəzarət üzrə vitse-prezidentidir. O eyni zamanda Sumqayıtda gömrük xidmətinin mayoru rütbəsini daşıyır.

Nazim Hüseynov – 1992-ci il Barselona Olimpiadasında cüdo üzrə çempion olub və bununla da Olimpiadada müstəqil Azərbaycanın ilk qalibi kimi tarixə düşüb. O, DGK-da mayordur.

Mehman Əzizov – Avropa çempionatının mükafatçısı cüdoda Azərbaycanı Olimpiadada da təmsil edib. Əzizov DİN-in mayorudur.

Vitali Rəhimov – 2008-ci il Olimpiadasında gümüş medal qazansa da, sonradan dopinqə görə ikinciliyi əlindən alınmış Rəhimov Vergilər Nazirliyinin zabitidir.

Ancaq karyerasını davam etdirən idmançılardan da rütbəyə artıq indidən sahib olmuşlar var. Onlardan bəzilərini təqdim edirik:

Eduard Məmmədov – Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Eduard 2008-ci ildə Polis Akademiyasını bitirib. "Ağ canavar" ləqəbli idmançımız bunun nəticəsində hazırda polis polkovnik-leytenantıdır.

Related image

Rəsul Çunayev – Güləş üzrə dünya çempionumuz DSX-da işləyir. O, leytenantdır.

Fəridə Abıyeva – Karate üzrə Avropa çempionumuz daha çox İslamiadada qızıl medal qazanmaqla diqqətləri özünə çəkib. O da DSX-da baş leytenantdır.

Nicat Şıxəlizadə - Bakıda keçirilmiş İslamiadanın qalibi olmuş cüdoçumuz Sərhəd Qoşunlarının kapitanıdır.

Rüstəm Orucov – İslamiadanın daha bir qalibi olmuş bu cüdoçumuz da Sərhəd Qoşunlarındadır və gizirdir.

Image result for Rüstəm Orucov gizir

Rafael Ağayev – Beş qat dünya çempionu olmuş karateçimiz DGK-da zabitdir.
Rütbəli idmançılarımız - SİYAHIRütbəli idmançılarımız - SİYAHIRütbəli idmançılarımız - SİYAHI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2260   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021