"Səsləndirilən iddialar həqiqəti əks etdirmir" - "Azərişıq" rəsmisi ilə - MÜSAHİBƏ

"Səsləndirilən iddialar həqiqəti əks etdirmir" - "Azərişıq" rəsmisi ilə - MÜSAHİBƏ"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Sonxeber.az-a müsahibəsi:

Tanrıverdi müəllim sosial şəbəkələrdə elektrik enerji borcunun sayğacda göstərildiyi rəqəmdən çox olması haqda məlumatların yayılması həqiqətə uyğundurmu?

Bu cür problemlərin olması yolverilməz və inandırıcı deyil. Bu sadecə sayğacın problemi ola bilər. Əgər kimdə belə bir fakt aşkar edilibsə, fərdi qaydada bizə müraciət etsin. Biz həmin müraciət əsasında məsələni ünvana gedərək araşdıracağıq. Yəni vətəndaşın gəlməsinə ehtiyac yoxdur. Sadəcə abonent bizə müraciət etsə, kifayətdir. Biz özümüz ünvana gələrək, kimin nə narahatlığı varsa, sayğacın göstəricisinə əsasən məsələni yerində araşdıracağıq. Vətəndaşlardan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar.

Bəzi hallarda sayğacda işıq pulu borclarının artıq göstərilməsi Mənzil Kommunal İdarələrinin daxili problemlərindən irəli gəlir. Verilən bildirişdə müəyyən problem ola bilər. Abonentlərin elektrik enerjisinə görə borclarının artıq hesablanması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Lakin, Azərişıq "ASC" tərəfindən MTK –lar inşa olunmuş və qeydiyyata düşməyən evləri satarkən bu problemlər üzə çıxır. Biz isə məcbur olub sakinlərin qaranlıqda qalmaması üçün MTK-nın müraciəti əsasında həmin məznillərə sayğac quraşdırırıq. Bu cür problemi olan abonent fərdi qaydada Azərişq "ASC"-yə müraciət edə bilər. Ay ərzində istifadə olunmuş elektrik enerjisi labarotoriyalrımızda yoxlanılır. "Azərişıq ASC"-də sayğaclar məsafədən idarə olunduğuna görə, problemli avadanlıqların olması mümkünsüzdür.
Sayğaclar dəyişdirilib quraşdırılarkən onların dövlət standartlarına uyğunluğu laborotoriyalarda yoxlanılır. Sonda isə Azərişıq "ASC"- nın möhürü vurularaq quraşıdrılır. 3 – 5 il istifadə olunmuş sayğaclarda qüsur olarsa yenidən qanuni qaydada aktlaşdırılır. Sayğacın qapağında və daxilində qüsuru varsa, yaxud müdaxilə olunubsa qanuni qaydada yenidən aktlaşdırılır.

Bakıətrafı ərazilərin sakinləri tez-tez işıqların sönməsindən şikayətlənirlər Bu nə ilə əlaqədardır?

Bəzən müəyyən ərazilərdə tikinti yaxud qazıntı işləri aparan qurumlara həmin yerdən elektrik xətti keçməsi ilə bağlı xəbərdarlıq edilsə də buna məhəl qoyulmur. Bunun nəticəsində il ərzində vaxtaşırı olaraq bəzi ərazilərdə sakinlərin elektrik enerji təminatında problemlər yaranır. Bəzən də yol infrastrukturunu bərpa etmək üçün aidiyyatı qurumların əməkdaşlarının apardığı qazıntılar nəticəsində bu hallar ortaya çıxır. Digər strukturlar bərpa işləri aparan zaman diqqətli olmalıdırlar. Çünki, bəzi hallarda həmin ərazidən "Azərişıq ASC"-nin elektrik naqilləri keçir. Ehtiyatsızlıq nəticəsində isə sakinlər işıqsız qalır.

Tikinti prosesi zamanı Azərişıq "ASC"ya dəymiş ziyan hansı qurum tərəfindən ödənilir?

Azərişıq "ASC"də yaradılmış nəzarət komissiyası tərəfindən araşdırılma aparılır. Dövlət strukturları Azərsu ASC, Azəravtoyol ASC tikinti bərpa işləri aparan zaman əvvəlcədən Azərişıq ASC yə məktub göndərərək məlumat verir. Məktub əsasında biz onlara hansı ərazilərdən elektrik xəttlərimizin keçdiyini bildiririk. Ola bilər bu sadecə yeri qazan traktorçunun işidir. Elektrik enerjisindən istifadə qaydalarında bu cür problemlərin hamısı öz əksini tapır.

Azərbaycan bir neçə il sonra dizel və benzindən imtina edərsə "Azərişıq ASC" nın bütün avtomobilləri elektrik enerjisi ilə təmin edə bilərmi?

Bu gün Azərbaycan artıq ölkə xaricinə ixrac edir. Bu gün Azərbaycanda vətəndaşların elektrik enerjisi ilə təmin olunması yüksək səviyyədə həyata keçirilir. Gələcəkdə Azərbaycan dizel və benzindən imtina edərsə "Azərişıq ASC" nın bütün avtomobilləri elektrik enerjisi ilə təmin etmək imkanı var. Hələlik bu məsələ gündəmdə deyil.

Aysel Kərimova
"Səsləndirilən iddialar həqiqəti əks etdirmir" - "Azərişıq" rəsmisi ilə - MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3507   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel