Cəllad ata və ana: 13 övladı kölə, qul kimi saxladılar - FOTO

Cəllad ata və ana: 13 övladı kölə, qul kimi saxladılar - FOTOABŞ-ın Kaliforniya ştatında 17 yaşlı qızın çağırışı ilə hadisə yerinə yollanmış polis evdə soyuqdan titrəyən, bir dəri-bir sümük olan, aclıqdan səndirləyən 13 "əsir"i aşkarlayıb. Onların bəziləri zəncirlərlə çarpayılara bağlanmışdılar.

Bu uşaqları və yeniyetmələri valideynləri ev dustağı etmişdilər.

Kaloiforniya ştatındakı Perris şəhərində yaşayan ərlə arvad 13 övladını əsir saxlayıblar. Polis 57 yaşlı Devid Allen Tyorpini və 49 yaşlı Luiza Anna Tyorpini həbs edib.

Riversayd bölgəsinin şerif idarəsindən verilən məlumata görə, ərlə arvad belə manyak, qəddar davranışının səbəblərini izah edə bilməyiblər.

Polisin hesabatında bildirilir ki, yanvarın 14-də evdəki köləlikdən qurtulmağı bacaran 17 yaşlı qız polis idarəsinə zəng vurub.

"O, evdə telefonu tapıb və zəng vura bilib. Qız dedi ki, valideynləri 12 bacı və qardaşını zorla evdə saxlayır, əsir kimi davranırlar", - hesabatda deyilir.

Hadisə yerinə yollanmış polislər 12 uşağı və yeniyetmənin qaranlıq şəraitdə, antisanitar vəziyyətdə kölə kimi saxlandığını görüblər. Onların 8 nəfəri çarpayıya zəncirlə bağlanmışdılar.

Onlar həddən artıq arıq, çəlimsiz olduqlarından polislər bacı-qardaşların hamısının yetkinlik yaşına çatmayanlar olduğunu düşünüblər. Lakin sonradan bəlli olub ki, yaşları 2-29 arasında olan "əsir"lərin yalnız 6-sı uşaqdır: yerdə qalanların hamısının yetkinlik yaşı tamam olmuşdu.

Köləlikdən xilas edilən Tyorpin bacı-qardaşlarına yemək verilib, onlar xəstəxanaya aparılıb.

KTLA telekanalının məlumatına görə, Tyorpinlərin evində "özəl məktəb" rəsmi qeydiyyata alınıbmış. Məktəbin "direktor"u isə Devid Allen Tyorpinmiş.

Ailənin qonşularının dediklərinə görə, onlar Tyorpinlərin evində nə baş verməsindən bixəbər olublar.

Ər və arvad Tyorpinlər işgəncə verməkdə, uşaqların həyatını təhlükəyə atan hərəkətlərdə suçlanıblar. Onların pullu zaminə buraxılma məbğəli 9 milyon dollar müəyyənləşdirilib.

milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 985   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021