Azərbaycana daş kömür gətirilməməsinin səbəbləri

Azərbaycana daş kömür gətirilməməsinin səbəbləriKömürü açıq və yeraltı (şaxta) üsulu ilə çıxarırlar. Açıq üsul daha ucuzdur. Ən iri kömür hövzələri Çin, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, Hindistan, Avstraliya, CAR və Polşadadır.

ABŞ, Avstraliya və CAR-da kömür acıq üsulla çıxarılır. Daş kömür hasilatına görə Çin 1-ci yer tutur. Metallurgiyada istifadə olunan kokslaşan kömürün əsas idxalçıları Yaponiya və Qərbi Avropadır. Idxal olunan kömürün ucuz başa gəlməsi Qərbi Avropada daş kömür istehsalının azalmasına səbəb olub. Daş kömürün başlıca ixracatçıları – ABŞ, Avstraliya, Rusiya, Kanada və Polşadır.

Sovet dövründə Rusiyadan, Ukraynadan Azərbaycana vaqonlarla daş kömür gətirilərək xüsusilə də rayonlarda əhaliyə satılırdı. Daş kömürün qiyməti həm ucuzdur, həm də istilik tutumu çox yüksəkdir. Əhalinin böyük hissəsi evlərində istilik sistemini kömür üzərində qurmuşdular. Lakin, müstəqillik əldə edildikdən az sonra daş kömür yoxa çıxdı.

Daş kömürün yoxa çıxmasının səbəbi nədir?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məzəddin Eyyubov Modern.az-a açıqlamasında bildirib ki, daş kömürün Azərbaycana gətirilməsi biznes maraqlarından asılıdır:

"Əgər daş kömür burada satıla bilərsə, ucqar rayonlarda əhalinin onu almağa pulu varsa, biznesmenlər sizsiz də, mənsiz də daş kömürün idxalını təmin edəcək. Lakin əksidirsə, onu kim gətirəcək?

Ümumiyyətlə daş kömürdən sovet dövründə istilik vasitəsi kimi sobalarda istifadə edirdilər. Sonradan onları yanacaqla işləyən sobalar əvəz etdi. O cümlədən kəndələrdə qazlaşdırma, elektrik təchizatı işləri aparıldı. Bu səbəbdən daş kömürün istilik vasitəsi kimi ölkəyə gətirilməsi sual altındadır. Bu, ancaq dediyim kimi biznes maraqlarında ola bilər. Sovet dövründə dövlətin əsas məqsədi əhalini bu və ya digər istilik vasitələri ilə təmin etmək idi. İstəyir daş kömür, elektrik vasitəsilə, istəyir istilik sistemləri vasitəsilə. Ancaq bu gün SSRİ dövləti yoxdur və Azərbaycan kapitalist ölkədir. Əgər hər hansı firma, şirkət rayonlarda əhalinin gəlirlərinin kifayət qədər olduğunu və özlərini daş kömür vasitəsilə isidə bilməsini müəyyən etsə, o cümlədən daş kömürə sərf edilən pullar elektrikdən qazdan sərfəli olsa, əhalinin daş kömürə tələbatı yaranacaq".

M.Eyyubov qeyd edib ki, daş kömürdən istifadə həm də ətraf mühitə ziyan vurur:

"Bilirsiniz, bu gün regionlarımızın çoxu qazla təmin edilib. Həmçinin alternativ olaraq kombi sistemləri qurulub və bunun vasitəsilə evlər qızdırılır. Əgər ucqar kəndlərdə də qaz varsa, kombi sistemindən istifadə edilə bilər. Bildiyim qədərilə kombi sisteminin ödəniş pulu aylıq təxmini 60-80 manatdır. Əgər bir ailə daş kömür almaqla, 20-30 manat qənaət edə biləcəksə, bundan istifadə edəcək. Amma kombi sisteminin bir üstünlüyü də ondadır ki, isti sudan da istifadə etmək olur. Lakin daş kömürlə yalnız evi qızdıra bilərsən.

Digər tərəfdən daş kömürü yandıran zaman ətrafa yayılan zərərli qazların olması gündəmdədir. Hər bir halda daş kömürün Azərbaycana gətirilməsi, deməzdim ki, dövlət maraqlarındadır. Yalnız maddi bazası olan təşkilat, şirkət marketinq aparıb daş kömür bazarı formalaşdıra bilər. Lakin bu gün elə bir bazar yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1597   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021