Papa xeyir-dua verdi, üzr istədi, ağladı - VİDEO

Papa xeyir-dua verdi, üzr istədi, ağladı - VİDEORoma Papası 1-ci Fransiskin Çiliyə rəsmi səfəri kütləvi etiraz aksiyalarına və iğtşaşlara səbəb olub. Səbəb ölkədə 80 katolik keşişin uşaqbazlıq etməsi ilə bağlı məsuliyyətə cəlb olunmasıdır.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, keşişlərin təcavüz etdikləri, yetkinlik yaşına çatmamış şəxslər illərdən bəri polisə şikayətlənsələr də, onları dinləyən olmayıb.

Roma Papasının Çilinin paytaxtı Santyaqoya səfərindən üç gün əvvəl şəhərdəki 3 katolik kilsəsinin yaxınlığında partlayışlar olub. Yayılmış vərəqlərdə deyilir: "Növbəti bombanı Papa öz paltarında tapacaq".

Roma Papası 1-ci Fransisk İkike şəhərində olarkən təhlükəsizliyi təmin edən süvari polislərdən biri atdan yıxılıb. Pontifik "papamobil"i saxlatdırıb, maşından düşüb və yıxılmış qadın zabitə yardım edib.

Daha sonra o, polislə söhbətləşib, hadisə yerinə çağırılan təcili yardım maşınını gözləyib.

Daha sonra pontifik Çilinin paytaxtı Santyaqoya yollanıb.

Şəhərdəki La Moneda prezident sarayında o, dövlət başçısı Mişel Baçeletlə görüşüb. Görüşdən sonra Papa keşişlərin təcavazlərinə məruz qalmış şəxsləri qəbul edib. Bu şəxslərdən üzr istəyən pontifik "ağrı və utanc hiss etdiyini" söyləyib.

Vatikanın mətbuat xidmətinin rəhbəri Qreq Berk bağlı qapılar arxasıda keçmiş görüş barədə belə deyib: "Görüşün təfərrüatları barədə danışa bilmərəm. Orada yalnız təcavüz qurbanları və Papa vardı. Pontifik onları dinlədi, ürək-dirək verdi, sonra bu insanlarla birlikdə ağladı".

O-Hiqqins parkındakı messada 400 min insan iştirak edib.

Papanın Çiliyə apostol səfəri Santyaqodakı kafedral kilsədə din xadimləri ilə görüşlə başa çatıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 704   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qızıl bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,24% artaraq 2 348,2 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,91% artaraq 27,89 ABŞ dollarına bərabər olub

26 aprel
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28 aprel
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27 aprel
.

O indi 15 yaşlı böyük oğlandır - "Filosof Atakan"ın son halı - FOTO

Türkiyədə 10 yaşı olarkən "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. xarici mətbuata istinadən xəbər verir ki, 10 yaşında ikən 5 ayda 250 fəlsəfə kitabı oxuyan və açıqlamaları ilə gündəmə gələn Atakan Kayalar indi 15 yaşındadır. Atakanın son 5 ildək

26 aprel
.

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI

Dünyanın müxtəlif yerlərini görmək və yeni mədəniyyətlərlə tanış olmaq üçün çoxlu pul xərcləməli olduğumuzu düşünürük. Ancaq bu tam olaraq belə deyil. Əgər məqsəd yeni yerlər kəşf etməkdirsə, o zaman büdcənizə uyğun ölkələrə baş çəkə bilərsiniz. Çünki elə şəhərlər var ki, oralara ucuz qiymətə gedə v

26 aprel
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

28 aprel
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

28 aprel
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28 aprel
.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

27 aprel