Ölüb daha sonra müəmmalı şəkildə dirilən 15 insan - VİDEO

Ölüb daha sonra müəmmalı şəkildə dirilən 15 insan - VİDEOÖlmək hər bir canlının qaçılmaz sonudur. Fəqət bu yazıda və videoda öldüyü sanılan və ya həqiqətən, ölü olaraq məzara girən, elmin belə izah edə bilmədiyi bir şəkildə yenidən həyata dönən insanlarla tanış olacaqsınız. Tarixdə bəzi insanlar da olub ki, onlar öldükdən sonra dirilməyi bacarıblar.

15. Xanım Borqr, Amerika. 1893-ildə Pensilvaniyada yaşanan hadisə zamanı Borqr adlı bir qadın qəflətən vəfat edir. Həkimlər ölümü təsdiqləyir və qadın basdırılır. Əri Çarlz Borqr arvadını basdırıldığı gün axşam yuxuda görür. Qadını ona ölmədiyini söyləyir və ərindən gəlib onu xilas etməsini istəyir. Çarlz Boqr gecəykən bir dostu ilə qəbristanlığa gedir. Dostlar birlikdə məzarı gizlicə qazırlar. Gördükləri isə şokedicidir. Xanım Borqr məzarında qan içində tərsinə yatmaqdadır. Qəribə olan isə, qadının əl barmaqlarının heç birinin yerində olmamasıdır. Bu hadisədən sonra ər Çarlz havalanaraq, özündən gedir. Onun acı aqibəti bu gün də naməlumluğunu qoruyur.

14. Danion Brinkley, ABŞ, Cənubi Karolina – 1975. Bu sırada bir ildirım çaxması ilə ölüb yenidən dirilən Danion Brinkleydən bəhs edəcəyik. 28 dəqiqəlik ölümü dadan Danion 17 iyul 1975-ci ildə fırtınalı havada telefonla danışırdı. Hər şey çox normaldı. Ta ki ildırım zamanı onun başına minlərlə Voltluq elektrik çaxanadək. Həmin an ürəyi dayanan və ölən Brinkleyin morqda həyata qyenidən qayıtdıqdan sonra anlatdıqları insalar tərəfindən çaşqınlıq və heyrətlə qarşılanmışdı. Bəlkə doğru, bəlkə yalan. Amma əmin olun, eşidəcəkləriniz çox əcaibdir.

Gəlin, bundan sonrasını Danionun öz fiirlərindən dinləyək: "Sonrasında eşitdiyim ilk səs bir yük qatarınının səsinə bənzəyən bir səsin qulağıma gəlməsi idi. Elektrik şokları 1 dəqiqənin içərisində bütün vücuduma yeridi və hər hüceyrəmin əridiyini hiss etdim. Ayaqqabımın mismarları yerə yapşmışdı. Dolayısıyla, havaya fırlatdığımda ayaqqalarım ayaqqabılarımdan çıxdı. Gözümün önündə tavanı gördüm. Və yatağımın üzərinə düşərkən necə bir gücün 1 dəqiqəlik bu əzaba səbəb ola və məni bu formada tuta bildiyini təxmin edə bilmədim. 1 saniyənin belə yarısı qədər olan bir müddət 1 saat kimi idi. Qorxunc bir iztirabdan sonra özümü sabit və sakitverici bir tarazlıq içərisində hiss etdim. Daha öncə heç bilmədiyim və o anadək də heç hiss etmədiyim bir hiss idi. Sanki çox gözəl bir sakitlik içərisində vanna qəbul etmək kimi idi. Nə olduğuna dair heç bir fikrim yoxdu. Amma bu qədər sakitlik içərisində olmağima rəğmən, harada olduğumu bilmək istəyirdim. Ətrafıma baxmağa başladım. Havada fırlanırdım. Aşağıda çarpayımın üstündə tullanılmış vücudum vardı.Ayaqqabılarım tüstüləyirdi və telefon əllərimdə ərimişdi. "

13. Aşton Qreys, 2011. 2011-ci ildə 57 yaşındakı Aşton adlı bir ingilis oğlan özündən gedərək, xəstəxanaya qaldırılmışdı. Səhiyyə işçiləri qasıqlarında əməliyyat aparakən ürəyi dayanmışdı. Beləcə, beyninə gedən oksigen kəsilmiş və Aşton ölmüşdü. Sonra üst tavanda qəribə bir qadın görmüş və öz bədənindən ayrılaraq, onun yanına qaxlmışdı. İngilis Aşton xatirələrini bu cür izah edir: "Sanki məni tanıyırdı, sanki ona güvənə bilərəm kimi gəldi. Yuxarıdakı bədənimə baxdım, mənimlə tibb bacısı və keçəl başlı bir həkim uğraşırdı". Xəstəxana qeydləri Aştonun yaddaşını itirərkən gördüyü insanların həqiqətən də, orada olduqlarını və Aştonun anlatdığı əməliyyatları etdiklərini təsdiq edir. Halbuki bu 3 dəqiqəlik mərhələdə Aştonun yaşananları sezə bilməsi mümkün deyildi.

12. Valter Vilyams, Amerika – 2014. Valter Vilyams 78 yaşındaykən ürək çatışmazlığı keçirərək, həyatını itirir. Tibb bacısı adamın onun nəbzinin atmadığını müəyyən edir Ölüm şəhadətnaməsi hazırlanır. Və Vilyamsın cəsədi ölüm torbasına yerləşdirilərək, cənazə evinə yollanılır. Cənazəni hazırlamaq istəyən şəxs amerikalının ayaqlarının hərəkət etdiyini görür. Dərhal Təcili Tibbi Yardım çağrılır və 78 yaşlı qoca xəstəxana otağında yenidən həyata qayıdır.

11. Angelo Hayz, Fransa – 1937. 1937-ci ildə 19 yaşındakı Anqela Hayz velosipedini divara çırpır. Xəstəxanaya götürüldüyündə çoxdan ölmüşdü. 2 gün morqda gözlədilərək, basdırılır. Fəqət Hayz ölməzdən öncə həyatını sığorta etdirmişdi. Bundan şübhələnən sığorta şirkəti hadisəni araşdırıb 1 gün sonra məzarı geri açdırır. Ölümünü isbatlamaq üçün oradakı həkim bədəni tədqiq edərək, vücudun hələ də isti olduğunu və ürək döyüntüsünün atdığını söyləyir. Təbiblər yeniyetmənin bu vəziyyətini digərləri kimi oksigen çatışmazlığından ölmədiyini, onun komada və ya yuxuda olduğu ilə əlaqələndirirlər. Anqela Hayz bu hadisədən sonra normal bir insan kimi həyatına davam edir və ölən insanların yenidən diriləcəyi halda xilas ola bilməsi üçün tabutların içərisinə iplər yerləşdirərək, yeni tabutlar dizayn edər. Öldükdən sonra yenidən həyata qayıdan Hayz bu kəşfi ilə bütün Fransada məşhur bir şəxsə çevrilir.

10. Valdelusio de Oliviera Qonçalves. Braziliyada 54 yaşlı bir qadın rəsmən ölü elan edildikdən 2 saat sonra morqdakı cəsəd torbasından sağ çıxarıldı. Tibb işçiləri 2 dəfə ürək çatışmazlığı keçirən Valdelusionun yaxınlarına onun öldüyünü açaıqlayır. Ailəsi ölü cəsədə paltar geyindirib götürmək üçün morqa gəldiyində cəsəd çuvalının hərəkət etdiyini və Qonçalvesin əslində, nəfəs aldığını kəşf etdi. Ailə üzvləri qaçaraq, morq yetkililərinə xəbər verərək, bədəni bağlanan, qulaqları və burnuna pambıq tıxanan Oliviera Valdelusionun xilas edilməsinin təmin edir. Bahia ştatının paytaxtı Salvador şəhərindəki Menandro de Faria Xəstəxanasında yaşanan hadisədən sonra cinayət işi açılıb. Ştatın Səhiyyə Nazirliyindən edilən açıqlamada "Xəstəxananın müdirləri xəstəyə baxan heyətlə görüşəcək" ifadəsinə yer verildi. Qonçalves Valdelusionun qardaşı oğlu Cintra hadisədən sonra "24 Horas" qəzetinə verdiyi açıqlamada "Tabutumuzu belə almış, cənazə üçün depozit ödəmişdik", – deyib.

9. Oktavia Smith Tetçer, Amerika – 1890-cı illər. 1890-cı illərdə ABŞ-ın Kentukki ştatında yoluxucu bir xəstəlik ortaya çıxır. Xəstəliyin ilk qurbanı isə, Oktavia Smith Tetçer olur. Qadın öldükdən sonra dərhal basdırılır. Ardından epidemik xəstəliyə düçar olan bir çox insan komaya düşür və 2-3 gün sonra öz-özünə düzəlir. Yəni, bu xəstəlikdən kimsə ölmür. Oktavianın əri arvadının da koma vəziyyətində basdırıldığından şübhələnir. Ertəsi gün yerli camaatla məzarı açan adamın şübhəsi haqlı çıxır. Qadın əslində, canlı-canlı basdırılmış və məzarında oyanmışdır. Tabutun hər yeri onun dırnaq izləri ilə doludur. Heyrətlənən insanlar qadın dırnaqlarından və burnundan qan gələn şəkildə tabutun içərisində 2-yə bükülərək yatdığını görürlər. Bu hadisədən sonra qadın yenidən basdırılır və başdaşına bu heykəl inşa edilir.

8. Carlos Camejo, VENESUELA – 2007. Carlos Camejo 33 yaşında ikən Venesuelada bir avto magistralda qəza keçirir. Öldüyü elan edilir və morqa yerləşdirilir. Arvadı hadisədən xəbərdar edilir. Qadın ərinin ölü olmasını gözləri ilə görür. Bu vaxt morq işçiləri Karlos Kameyonun bədəninin yarılmasına hazırlaşırdı. Bunun üçün çənəsində kəsiklər açırdılar. Fəqət bunu edərkən kəsiyin qanadığını görürlər. Dərhal cırığı tikməyə başlayırlar. Kameyo ağrıya dözə bilməyərək, oyanır və şiddətli iztiraba reaksiya verir. Dərhal arvadı hadisə yerinə gələrək, ərini canlı görərkən hər halı ilə böyük bir sevinc yaşayır. Həkimlər belə bir şeyin tibbi olaraq mümkün olmadığını söyləsələr də, gördüklri ortadaa idi. Hazırda Karlos həyatdadır və öz ölüm hesabatları ilə nümayişlər etdirir.

7. Yohanesburq, CAR – 2011. 2011-ci ilin iyulunda Cənubi Afrikalı bir ailə morq anbardarına telefon açaraq, 80 yaşlı atalarının öldüyünü bildirir. Morq işçisi şəxsin nəbzinin vurmadığını və nəfəs almadığını yoxladıqdan sonra adamı morqa götürür və dolabın içərisinə qoyur. Lakin 21 saat keçdikdən sonra qoca kişi oyanaraq, ucadan çığırmağa başlayır. Yaşlı kişini bu halda görən işçilər onu kabus və ya qarabasma sandılar. Bundan qorxan morq müdiri Ayanda Maqolo polisə zəng edərək, asayişçilər gələnədək gözləyir. Nə ilə qarşılaşdığını anlamayan Maqolo hətta silahına sarılaraq, hazır vəziyyətdə gözləyir. Polislərin gəlməsindən sonra dolabdan çıxarılan adam xəstəxanaya yerləşdirilir. Amma morq sahibi öldükdən sonra təkrar dirilən qoca kişinin bu halından çox ciddi bir həyat travması alır.

6. Luiz Miraqlos Veron. 2013. Analia Boter 5-ci uşağına hamilə olduğu vaxt doğuma vaxtından 12 həftə öncə, 6 ay yarımında girdi. Doğuş bitdikdən sonra həkimlər qadına və ərinə 8 kq-lıq körpələrinin ölü dolduğunu söylədilər və onları evlərinə bir ölüm şəhadətnaməsi ilə yolladılar. 12 saatdan sonra ana və ata övladlarını görmək üçün geri qayıtmaq qərarı verdilər. O vaxt körpə morqda soyuq bir otaqda saxlanılırdı. Bir çox mütəxəssis tərəfindən araşdırmalar zamanı uşağın ölü olduğu bildirilmişdi. Lakin morqda uşağın siyirtmə qutusunu açdıqda körpə ağlamağa başladı və ölü olmadığı anlaşıldı. Buna görə də, bəbəyə Luiz Miraqlos – yəni, "İşıq Möcüzəsi" adı verildi. Miraqlos hazırda sağlam və güclü bir uşaqdır.

5. Faqilyu Muqametzyanov, Rusiya – 2014. Faqilyu (fotoda solda) da Vilyams kimi ürək çatışmazlığı keçirərək həyatını itirir. Onu dərhal morqa götürürlər. Faqilyu bu zaman tabutda yenidən canlanır bə görənləri heyrətə salır. 2 dəqiqədən sonra ölən Muqametzaynov ətrafdakıları yenidən təəccübləndirir. Ərinin hələ də yaşadığını və ehtiyatsızlığın qurbanı olduğunu söyləyən arvadı hələ də məhkəmə davalarını davam etdirir.

4. Kelvin Santos, Braziliya – 2012. Braziliyada yaşayan 2 yaşlı Kelvin Santos keçirdiyi sətəlcəmdən sonra ölür. Uşaq havakeçirməz cəsəd torbasına qoyulur. Ailəsi dərhal cənazə işlərinı başlayır. Sabahı gün uşaq tabutta ikən xalası uşağı görməyə gəlir. Onun hərəkət etdiyini görür. Kütləyə oyanan uşaq atasından su istəyir. Dərhal istə tabutuna yatır və yenidən ölür. Atası uşağı üçün nə qədər cəhdlər etsə də, körpədə həyat əlamətləri yox idi. Valideynlər bundan sonra övladlarının 2-ci dəfə öldüyünü elan etdilər. Dərhal xəstəxanaya çatdırılır. Həkimlər uşağın ölü olduğunu və belə bir hadisənin mümkün olmadığını bildirsələr də, mərasimdə olanlar qorxu içərisində hadisəni gördüklərinə and içirdilər. Atasının geriyə bu ifadələr qalır: "Hər kəs fəryad etməyə başladı. Biz gözlərimizə inana bilmədik.Sonra düşündük ki, bir möcüzə baş verdi və oğlumuz həyata qayıtdı. Ardından Kelvin arxası üstə olduğu yerə uzandı. Biz onu qaldıra bilmədik. O, yenidən ölmüşdü".

3. Mandlo, Zimbabve – 2013. 2013-cü ilin martında Bulovayo – Zimbabvedə Mandlo adlı qadın müştərisi ilə cinsi əlaqə zamanı ölür. Səlahiyyətlilər qadının cansız bədənini almaq üçün otelə gəlirlər. Maraq səbəbindən otelin ətrafına axışan kütlə polisi tam da qadını dəmir tabuta qoyarkən dirilməsi ilə böyük şok yaşayır. Eşqbaz Mandlo "Məni öldürmək istəyirsiniz" deyə bağırmağa başlayır. Dirilən bir qadını təbii olaraq görmək xaosa səbəb olur. İnsanlar qaçışmağa başlayır. Qadın dostları tərəfindən evə aparılır və o gecə birlikdə olduğu müştərisi xələvətcə oteldən qaçır.

2. Li Xiufeng – 2012. 2012-ci ildə qonşusu Li Xiufenqi nəfəs alabilməz halda tapır. Li 2 həftə öncə başından zədələnmişdi. Onu oyatmağa çalışsa da, bacarmır. 6 gündür ölü olduğu anlaşılır. Qadın bir tabuta qoyulur və evində insanların gəlib ziyarət etməsi üçün adəti üzrə bir neçə gün gözlədilir. Tabut qadının evində gözlədilərkən qonşusu təkrar baxmaq üçün gəldiyində, tabutu boş görür. Ölən qadın naməlum bir şəkildə oyanıb tabutundan çıxaraq, acdığından, mətbəxə yemək hazırlamağa getmişdi.

1. Lyudmila Steblitskaya, Rusiya – 2012. Ölümü öldürən bu 15 qəhraman arasında ən heyrətləndiricisi xanım Lüdmila Steblitskayadır (fotoda sağda). Lyudmila Steblitskaya da ölü elan edilib morqa qoyulan, sonradan canlananlardandır. Amma o, morqda tam 3 gün keçirir. 2011-ci ildə anasının yanına gələn qızına Lyudmilanın ölü olduğu deyilir. Həmin gün cümə günü idi və qız anasının üzünü bazar ertəsinədək görməyəcəkdi. Çünki morq həftəsonları işləmirdi. Cənazə və dəfnetmə işlərinə start verilir. 2 gün sonra meyidi almağa gələn qıza bir qadın morqda onun anası ilə danışdığını söyləyir. Ansənın olduğu otağa girən qız onu diri görən zaman çığıraraq otaqdan çıxır. Xəstəxana bu iş barəsində şərh vermədi. Bundan da qəribəsi qadın sonrakı il yenidən öldü və yenidən dirilir.

Şimali Azərbaycanda isə bu cür hadisələrdən birinin aktrisa Gülşən Qurbanovanın başına gəldiyi yazılan xəbərlər arasındadır (milli.az). 56 yaşlı Gülşən Qurbanovanın ölüb-ölmədiyi dəqiləşməsə də, onun müəmmalı vəfatı ilə bağlı iddialar bu gün də səsləndirilməyə davam edir. "Gülüş – mənim müdafiə reaksiyamdır", – deyən aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də, aktrisa iş yoldaşlarına və yaxınınlarına həmişə deyərmiş ki, "əgər mən ölsəm, bir-iki gün saxlayın, sonra basdırın. Ola bilər ki, mən dirildim".
Aktrisanın ölüm əhvalatınının hansi səbəbdən baş verməsini yalnız ona çox yaxın olan adamlar dəqiq bilirlər. 4 dəfə infarkt keçirdiyi deyilən aktrisanın bu çırpıntısı da tibdə nadir hadisələrdən sayılır. Çünki adətən bir adam 2-3 dəfə infarkt olandan sonra dünyasını dəyişir. Allah rəhmət eləsin!


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3042   Tarix: 20 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021