"İçki içmirəm, siqaret çəkmirəm, nə intizamsız hərəkətim olub?" - Kamran Ağayev

"İçki içmirəm, siqaret çəkmirəm, nə intizamsız hərəkətim olub?" - Kamran Ağayev"Keşlə"nin və Azərbaycan millisinin qapıçısı Kamran Ağayev "Zirə" ilə yoxlama oyunundan (2:1) sonra brifinq keçirib.

Təcrübəli qolkiper jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı düşüncələriniz necədi? Çox aqressiv görünürdünüz...
- Baş məşqçi nə tapşırıq verirsə, o cür addım atırıq. Əvvəlki yoxlama matçlarında fərqli tapşırıq vermişdi. Bu dəfə isə başqa taktika ilə oynadıq.

- Nəticə nə dərəcədə önəmli idi?
- Əlbəttə, hər bir idmançı qələbəni arzu edir. İnsanda istər-istəməz bu hiss var. Adi öz aramızda futbol oynayanda da qələbəni arzu edirsən, aqressiv olursan. Bu, təbii haldır.

- "Keşlə"də "İnter" adlanan vaxtda çıxış etmisən. Həmin komanda ilə indikini necə müqayisə edərdin?
- Fərq hər zaman olur. Qalxmaq da olar, düşmək də. Hələ ki, nəsə danışmaq tezdir.

- Bu komanda ilə nəyə ümid etmək olar?
- Ümumiyyətlə, adam Azərbaycan çempionatına baxanda üzülür. Ancaq nə qədər üzüləsi olsaq da, doğma vətənimizdi və əlimizdən gələni edirik. İnşallah, çempionata bütün futbolçular hazır olarlar.

- Milli komandamızın Antalyada toplanışı olacaq. Dəvət gözləyirsənmi?
- Milli komanda ilə bağlı heç nə danışmaq istəmirəm. Yığma hamımızındı və qapısı üzümüzə açıqdır. Futbolu bilənlərə qapı açıq olur. Milliyə dəvət alsaq, gedəcəyik. Almasaq yox.

- Baş məşqçi Qurban Qurbanov bildirib ki, futbol biliklərindən daha vacib olan oyunçuların xarakterləridi...
- İndi bu nə deməkdi? Bu sözü mənə aid edirsiniz? Mənə nə aidiyyatı var axı?

- Ölkənin əsas qapıçısı olsan da, haqqında çox söz-söhbətlər gəzir...
- Konkret nədirsə, onu da deyin. Mən də Qurban Qurbanovun həmin müsahibəsini oxumuşdum. Hələ Çexiyada oynayarkən. Sualı ona belə ünvanlamışdılar ki, siz bunu Kamran Ağayevə aid edirsiniz? İçki içmirəm, siqaret çəkmirəm. Başqa nə istəyə bilərsiniz?

- Söhbət içki və siqaretdən getmir. İntizamsız futbolçular çoxdu...
- Axı nə intizamsız hərəkətim olub?

- Söhbət yalnız səndən getmir...
- Qurban Qurbanovun müsahibəsində konkret olaraq mənim adımı çəkiblər. Siz də həmin sualı mənə ünvanlayırsınız. Konkret danışaq. Bu, hamımızın millisidi, tək yalnız və başqasının deyil. Çağırsalar, oynayacağıq. Dəvət gəlməsə də, kənarda dayanacağıq. Üzüləsi nə var ki? Azarkeş yenə milliyə dəstək göstərəcək. Necə ki, futbolda bizi alqışlayırlar, biz də güləşdə və digər idman növlərində idmançılara dəstək göstəririk. İndi də kənardan futbolçularımıza dəstək göstərəcəyik. Üzüləsi heç nə yoxdu. Əsas heyət anlayışı yoxdu. Çalışmaq, peşəkarlıq lazımdı. Bir də qaydalara əməl etmək. İndi bilmirəm ki, siz hansı intizamsızlıqdan danışırsınız. Həyatda olduğu kimi, meydanda da hadisələr olur. Zədələrdən qorunmaq lazımdı. Bir futbolçunun zədələnməsi intizamsızlıq deyil. Qırmızı vərəqə alanda kiməsə yumruq ataraq qovulmaq başqa şeydi. Biri də var komandanın qələbəsi üçün çalışaraq vaxt uzadırsan və cəzalanırsan. Bunlar fərqli anlayışlardı.

- "Mlada Boleslav"a gedişini səhv addım kimi qiymətləndirmirsən?
- Səhv addım deyildi. Sadəcə, artıq çəki ilə getmişdim. Formaya sonradan düşə bildim. Baş məşqçi də bunu açıqlamışdı. Yenidən zədələndim. Azərbaycan futbolu deyil ki, üstündən keçsinlər. Ora Avropadı. Yolumuza davam edəcəyik. "Keşlə"ylə 6 aylıq müqaviləm var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1192   Tarix: 21 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 36-cı turunda "Tottenhem"lə görüşdə vurduğu qol və məhsuldar ötürməsi ilə Ueyn Runinin tarixi rekorduna çatıb. Məlumata görə, misirli futbolçu Premyer Liqanın cari mövsümündə 18 qol və 10 məhsuldar ötürmə edib. İngiltər

7 may
.

Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb. "Report"un məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb. Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıql

12 may
.

Mariya Stadnikə ağır itki

Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin atası Vasili Stadnik vəfat edib. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Qeyd edək ki, Mariya Stadnik 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avrop

13 may
.

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərinin "Maksima Stables" atçılıq mərkəzində keçirilən dressaj növü üzrə beynəlxalq "Qələbə Kubokunun Finalı" yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbua

11 may
.

14 yaşında Maradonanın rekordunu qırdı

Argentinalı futbolçu, 14 yaşlı Mateo Apolonio "Deportivo Riestra" klubunda debüt edib. xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb. Apolonio bununla Dieqo Maradona və Serxio Aqueronun rekordunu təzələyib. Futbolçu Argentina kubokunun 1/8 final mərhələsində Lionel Messini

18 may
.

Bu ilin ən cox qazanan idmançısı o oldu

Portuqaliyalı hücumçu Kiştiano Ronaldo 2024-cü ildə ən çox qazanan idmançı olub. "Qafqazinfo" xəbər verir ki, "Forbes" jurnalı onun ildə 260 milyon dollar maaş aldığını yazıb. Siyahıda 2-ci pilləni qolfçu Con Ram tutub (218 milyon ABŞ dolları). Lionel Messi isə 3-cü mərtəbəyə layi

17 may
.

Qurban Qurbanov Premyer Liqaya dair təklif irəli sürüb

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasını istəyir. -a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis gələn mövsüm də əcnəbi senzinin indiki kimi (7+4) qalmasına tərəfdardır. Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Qurbano

7 may
.

Həbib Nurməhəmmədovun milyonlarla borcu var

Həbib Nurməhəmmədov bir çox mükafatlar qazanıb və yüngül çəkidə UFC çempionu titulu sayəsində bütün dünyada məşhurlaşıb. Karyerası ərzində Nurməhəmmədov 29 döyüş keçirib və heç vaxt məğlub olmayıb. İdmandan ayrıldıqdan sonra isə o, bizneslə məşğul olub. Bildirilir ki, idmançının nəzarətində olan şirkətlə

12 may
.

Makron Kilian Mbappenin atasına zəng edib

Fransanın Prezidenti Emmanuel Makron Kilian Mbappenin atasına futbolçunun komandada qalması üçün zəng edib. Məlumata görə, Makron Mbappenin atasına zəng edib və ulduz futbolçunun PSJ-də qalması üçün xahiş edib. Kilian Mbappenin atası isə futbolçunun "Real Madrid"ə transfer olmaq istədiyin

6 may