Yeni vergi islahatları: Yaşlılar pensiya, müəllimlər maaş alacaq...

Yeni vergi islahatları: Yaşlılar pensiya, müəllimlər maaş alacaq...Sabiq təhsil naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər təyin edildikdən sonra insanların düşüncəsində Vergilər Nazirliyinin imici dəyişməyə başlayıb. Daha çox sahibkarlar bu təyinatdan məmnun görünürlər. Əsas gözləntilər iş adamları və sahibkarların fəaliyyətinə Vergilər Nazirliyinin süni maneçiliyinin, əsassız müdaxilələrinin birdəfəlik aradan qaldırılacağı ilə bağlıdır.

Məhz Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə "Narxoz" kimi tanınmış Azərbaycan Dövlət İqtisad Universitetinin bütün neqativlərdən uzaqlaşaraq, nəinki ölkədə, hətta beynəlxalq səviyyədə böyük nüfuz qazanması insanlarda Vergilər Nazirliyinin də tamam dəyişəcəyi ümidini yaradıb.

Vergilər Nazirliyində aparılacaq islahatlar çərçivəsində kirayə mənzillərlə bağlı da qərar qəbul ediləcək.

Artıq bu məsələ ilə bağlı Vergilər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müvafiq dəyişikliklərin aparılması üçün müraciət olunacağı söylənilir.

Məlum olduğu kimi hazırda Bakıda və bölgələrdə şəxsi mənzilini yüksək qiymətə hüquqi və fiziki şəxslərə kirayə verənlər var.

Amma aylıq hətta 10 min manata qədər kirayə haqqı alan mənzil sahibləri belə, həmin məbləğdən vergi ödəmir. Hökumətdəki mənbələrdən bildirlir ki, ilkin mərhələdə hüquqi şəxslərə obyektlərini kirayə verənlər vergiyə cəlb ediləcək.

Bildirilir ki, ilk növbədə Vergilər Nazirliyinin sahibkarlardan pul yığan qurum kimi deyil, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan nazirlik kimi qəbul edilməsi üçün cəmiyyətdə maarifləndirmə işləri aparılacaq.

Vergi ödəyiciləri süni yaradılan əngəllərdən tam azad ediləcək, eyni zamanda onlar biləcəklər ki, ödədikləri vəsait şəxsi ciblərə getməyəcək. Vergilər hesabına yaşlı insanlar pensya, müəllimlər maaş alacaq, Vətənin keşiyini çəkən əsgərlərə daha yaxşı şərait yaradılacaq.

Ona görə də bu məsələdə vətəndaşların da könüllü olaraq qeydiyyata düşməsi vacibdir.

Gəlir mənbəyi kimi daşınmaz əmlakdan vergi hesablamaq və onu dövlət büdcəsinə ödəmək vergi ödəyicilərinin vəzifələrindədir. Bu vəzifələrin lazımınca yerinə yetirilməməsi qanunvericiliyə əsasən məsuliyyətə cəlbetməyə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 124-cü maddəsinə görə, daşınan və daşınmaz əmlak üçün icarə haqqında bu məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir. İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa və onun tərəfindən vergi ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Qeyd edək ki, daşınmaz əmlakdan ödəmə mənbəyində vergini hesablamaq və dövlət büdcəsinə ödəmək qaydalarının pozulmasına görə vergi ödəyiciləri müəyyən sanksiyalara məruz qala bilərlər. Belə ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə görə, bu məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən nəzərdə tutulan məbləğin 0,1 faizi tutulur. Evlərini kirayə verənlər risklərin yaranmaması, hər hansı maliyyə ­itkilərinə məruz qalmamaq üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Mənbə: modern.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3050   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

"Behin məbləğindən asılı olmayaraq, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır" - AÇIQLAMA

"Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Beh anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlə

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı

Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd

20 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr