Azərbaycanda bu şəxslər evlənə bilməyəcəklər?

Azərbaycanda bu şəxslər evlənə bilməyəcəklər?Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.

M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir.
Səhiyyə Nazirliyi Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov bildirir ki, müayinənin heç bir ziyanı yoxdur:

"Hepatit B insana cinsi yolla keçə bilər, C virusu isə bu yolla keçmir. Ona görə, müayinənin heç bir zərəri yoxdur".

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova isə bildirir ki, bu virus insanı həmin an öldürmür:

"70-80% hallarda bu virus təsadüf nəticəsində öyrənilir. Məncə Milli Məclisdə təklif edilən qərar olduca vacib və düzgündür. Hepatit B 90% hallarda cinsi yolla yoluxur. C virusunun isə cinsi yolla yoluxması 2%-dir.Hepatit qaraciyərin virusudur. Ona təsir edir və sıradan çıxarır. Onun qaraciyərin inkişafına təsir edib sıradan çıxarması hardasa 10 il ərzində baş verir. Ailədə problem yaratmır. Sadəcə virusa yoluxmuş şəxsdə qaraciyər serrozu yaradır. Virus yemək, qan və damcı yolu ilə keçmir. Hepatit virusu ancaq cinsi yol, qan, sterlizə olunmayan ləvazimatlardan keçir. Uşağa da ana vasitəsilə doğuş zamanı keçir. Ona görə hepatiti olan xəstələr qeysəriyyə əməliyyatına götürülür. Belə yolla dünyaya gələn uşağın hepatitə yoluxma faizi çox aşağıdır. Amma normal doğuşla uşaq anadan bu virusa yoluxa bilər".

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3345   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27 aprel
.

Dövlət orqanlarına girib hamını güllələmək istəyib - Fazil Mustafaya sui-qəsd edənlərin İŞİ

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi il

27 aprel
.

Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". Bu barədə "Reuters" xəbər yayıb. Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir. "Sülhməramlıların bütün zirehli texnikası, o cümlədə

27 aprel
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27 aprel
.

Əhalinin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...

Sabah saat 11:00-dan etibarən Hacıqabul - Bəhrəmtəpə - Mincivan - Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobi

27 aprel
.

Peskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"

"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə

27 aprel
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

27 aprel
.

Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyir

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 19-u 2024-cü ilin 1-cü rübü üçün maliyyə hesabatını açıqlayıb. xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında yalnız "AFB Bank" zərər edib. Səhmlərinin 99,6%-i fiziki şəxs İsmayılov Hikmət Əbuzər oğluna məxsu

27 aprel
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28 aprel