Azərbaycanda sürücülük vəsiqəsini necə əldə etmək olar? - YENİ QAYDALAR

Azərbaycanda sürücülük vəsiqəsini necə əldə etmək olar? - YENİ QAYDALARSürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bununla bağlı aşağıdakı əsas məqamlara diqqət yetirmək lazımdır.

Sonxeber.az avtosfer.az-a istinadən bildirir ki, beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50 km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tramvayları idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar.

Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız "A1", "A" və "B" kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.

Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.

Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;

2) müvafiq formada tibbi arayış;

3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);

4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Nəzərə almaq lazımdır ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 manat (traktorçu vəsiqəsi almaq istəyənlər 5 manat), növbəti hər dəfə üçün isə 10 manat (traktorçu vəsiqəsi almaq istəyənlər təkrar imtahana görə rüsum ödəmirlər) dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 18 manat (traktorçu vəsiqəsi almaq üçün 5 manat) dövlət rüsumu ödənilir.

Sürücülük imtahanı iki hissədən ibarətdir: nəzəri imtahan və təcrübi imtahan. Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır. Nəzəri imtahan informasiya texnologiyalarından istifadə edilməklə, yəni kompüterdə qəbul olunur. Hər şəxsə 10 test verilir və bu testlərdən ən azı 9-una düzgün cavab verən şəxs təcrübi imtahana buraxılır. Təcrübi imtahanda sürücülüyə namizədin iddia etdiyi kateqoriyaya uyğun nəqliyyat vasitəsində sürmə vərdişləri yoxlanılır. Bunun üçün nəqliyyat vasitəsi ilə konkret manevrlər icra olunur və xüsusi yol şəraitində sürmə həyata keçirilir. Təcrübi imtahan təlimatçının iştirakı ilə qəbul edilir. Amma onun qapalı avtodromda keçirilən birinci mərhələsinə nəzarət kameralarının qeydi əsasında qiymət verilir. Sürücülüyə namizəd konkret manevrlərin yerinə yetirilməsi zamanı kobud qayda pozuntularına yol verdikdə və imtahan götürən təlimatçının müdaxilə etməsinə səbəb olan qəza şəraiti yaratdıqda imtahandan qeyri-məqbul qiymət alır.

Sürücü olmaq istəyənlərə bildirirəm ki, yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur və istənilən şəxs 1,5-2 ay müddətinə həmin qaydaları lazımi səviyyədə öyrənərək uğurlu imtahan verə bilər. Sadəcə sürücülük imtahanına çox diqqətlə hazırlaşmaq lazımdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3514   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel