Bakıda endirimli "Qızlıq pərdəsi" əməliyyatları

Bakıda endirimli "Qızlıq pərdəsi" əməliyyatlarıElon Maskın Marsa raket göndərdiyi bir dönəmdə Azərbaycanda hələ də öz aktuallığını qoruyan bir sıra məsələlər var. Hansı ki, onların mövcudluğu insanların həyatında başlıca problemə çevrilib.

Bunlardan biri də cəmiyyətdə mədəni mənalar yüklənmiş, əslində, bioloji baxımdan son dərəcə sadə bir orqan olan qızlıq pərdəsidir.

Mentalitetə görə, qızların bəkarəti yalnız halal əri tərəfindən cinsi əlaqə zamanı pozula bilər. Nikahdankənar münasibətlərdə qadının bəkarəti pozularsa, onun üzvü olduğu ailə və nəsil üçün böyük utanc və faciə hesab olunar. Hətta bu hal cinayətə belə səbəb olacaq qədər mühümdür.

Azərbaycanda bu problemləri aradan qaldırmaq üçün əvvəllər gizli şəkildə həkimlərə müraciət olunurdusa, artıq himenoplastika əməliyyatı açıq-aşkar həyata keçirilir.

Belə ki, bu günlərdə cərrah, mama-ginekoloq Ramilə Abbaszadə bu və digər əməliyyatları keçirmək üçün doctorramila.az adlı saytını yaradıb.
Saytda himenoplastikanın qiyməti, əməliyyatdan əvvəl və sonrakı bütün prosedurlar barədə məlumatlara yer ayrılıb.
Qeyd edilir ki, əməliyyatlar uzunmüddətli və ya üçgünlük olur. Həmçinin, saytda hər iki əməliyyatdan sonra cinsi əlaqə zamanı qanın normadan artıq olması, əməliyyatın xüsusi texnika ilə aparılması və əməliyyat zamanı müasir sovrulan incə saplardan istifadə edilməsi barədə məlumatlar var.
Bildirilir ki, əməliyyatın izləri hətta peşəkarlar üçün də görünməz şəkildə olur və əməliyyata 100 faiz zəmanət verilir.

Sayt vasitəsilə qeydiyyatdan keçib, endirim də əldə etmək olur. Belə ki, normal halda qiyməti 1000 manat olan əməliyyat, saytdan qeydiyyatdan keçənlərə 150 manat endirimlə təklif olunur.

Məsələni daha dərindən öyrənmək üçün saytda yer alan nömrələrlə əlaqə saxladıq. Özünü oxu.az-a Ramilə Abbaszadənin köməkçisi kimi təqdim edən Elnarə adlı şəxs qeyd olunan məlumatları təsdiqlədi:
"Əməliyyatlarımızın hamısının zəmanəti var. Ömürlük ediriksə, ömürlük zəmanət, üç günlükdürsə, üç gün zəmanət veririk. Əgər toyunuz ay yarım sonradırsa, ömürlük bakirəlik əməliyyatı etdirməlisiniz, yox, əgər on gün sonradırsa, üçgünlük əməliyyat etdirmək lazımdır. Üçgünlük zəmanət müddəti olan əməliyyatın qiyməti 500 manat, ömürlük olanın qiyməti isə 1000 manatdır".

Qeyd edildi ki, əməliyyatlar iki xəstəxanada həyata keçirilir:
"Əməliyyatlarımız Əhmədlidə Diaqnostika Mərkəzində və Bakıxanovda "Stimul" Hospitalda reallaşır. Əməliyyata girməmişdən bir gün öncə qəbula yazılmaq lazımdır. Ayın 10-u toyundursa, doqquzu, ya da səkkizi əməliyyat edə bilərik".
Məlumat üçün bildirək ki, sözügedən əməliyyatlar Türkiyədə 900 və 2700 manat arası dəyişir. Bu əməliyyat üçün Türkiyəyə gedən vətəndaşlarımızın sayı da az deyil. Onların bu addımı isə həkimlərin daha yaxşı və peşəkar olması ilə əlaqədardır.
Müasir cəmiyyətdə və son 70.000 illik insan təkamülündə insan zəkasının olduqca irəliləməsinə baxmayaraq, qızlıq pərdəsinin hələ də xüsusi məna kəsb etməsi cəhalətdən irəli gəlir. Lakin "qız" olmadığı halda aşkarca etirafdan, cəmiyyətin qınağına tuş gəlməkdən çəkinib sevgilisini və həyata yoldaşını aldadan, bir ömür boyu yalan üzərində özünə həyat quran qadın gələcəkdə də riyakar övladlar yetişdirər.
Ya bu "qız"lar onu hər halı ilə qəbul edən bir bəy tapmalı, ya da özlərini "qız" adı ilə sırımaqdan əl çəkməlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5579   Tarix: 09 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah

Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkə

19 iyun
.

Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi BƏLLİ OLDU

Məlum olub ki, beynimiz saxta gülüşləri dərhal tanıyır və qəbul etmir. İnsanları saniyələr içində valeh edən əsl "Duchenne" effekti və göz kənarındakı o kiçik qırışların arxasındakı təkamül sirri nədədir?. xəbər verir ki, sosial psixologiyanın sübut olunmuş bir faktı var: Olduğu yerdə həqiqətə

21 iyun
.

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtaları bişirərkən çatlamaması üçün bəzi sadə, lakin effektiv üsullardan istifadə etmək olar. yumurtaların bütöv qalmasını təmin edəcək 5 vacib tövsiyəni təqdim edir:. Yumurtaları otaq temperaturuna gətirin. Yumurtaları soyuducudan çıxaran kimi birbaşa qaynar suya atmayın. Soyuq yumurta qaynar s

20 iyun
.

İspaniyada buğa matadoru ağır yaraladı - VİDEO

İspaniyanın paytaxtı Madriddə keçirilən Copa Chenel turnirində dəhşətli hadisə yaşanıb. Moralzarzal arenasında 24 yaşlı matador Tomas Anqulo buğanın hücumuna məruz qalaraq ağır yaralanıb. xarici mediaya istinadla xəbər verir ki, buğa gənc matadoru iki dəfə buynuzlayaraq havaya qaldırıb və bir neçə met

22 iyun
.

Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu

Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma

21 iyun
.

Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər

Çin zooparkının əməkdaşları uzunqulağı rəngləyərək ona zebra görünüşü veriblər. xəbər verir ki, bu barədə "Need to Know" nəşri məlumat yayıb. Boyanmış heyvan Antsyu şəhərində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda uzunqulağın tükünün zebranın rəngini təqlid edən qara zolaqlarl

23 iyun
.

Paltaryuyan maşındakı pis qoxudan necə qurtulmaq olar?

Paltaryuyan maşından gələn xoşagəlməz qoxu əksər hallarda cihazın özündən deyil, onun daxilində yığılan rütubət, yuyucu vasitələrin qalıqları, kir və liflərdən yaranır. Qoxunun əsas mənbəyi adətən rezin manjet, yuyucu vasitə bölməsi, drenaj filtrı və ya baraban olur. bu problemdən qurtulmağa kömək edəcə

23 iyun
.

Sevgiyə baxışınızı dəyişəcək 4 unudulmaz film

Romantik filmlər adətən sevinc və xoşbəxt sonluqla assosiasiya olunsa da, əsl sevgi çox vaxt kədər, ağrı və daxili mübarizə ilə müşayiət olunur. Güclü hisslər, taleyin gözlənilməz dönüşləri və psixoloji sarsıntılar haqqında bəhs edən bu filmlər sevgiyə baxışınızı dəyişə bilər. xarici KİV-ə istinadl

23 iyun
.

İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi

Yüzlərlə ürək tutmasından sağ çıxan şəxsin son yeməyi ilə bağlı aparılan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bildirib ki, tədqiqata cəlb olunan və ürək tutmasından sağ çıxan şəxslərin əksəriyyəti hadisədən bir neçə saat əvvəl ağır qidalar qəbul etdiklərin

21 iyun