Amerika əsgərləri "Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz özünü doğruldur

Amerika əsgərləri "Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz özünü doğruldur"Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil".
Bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib.

Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK terrorçuları normalda gizlətmir.

"Afrinə sonuncu dəfə keçənlərin demək olar ki, hamısı üzlərini bağlamışdı. Paltarları və bədən quruluşları baxımından onlar klassik terrorçular deyil. Afrinə yüksək fiziki məşqlər edən, təlim görən və bir yerlərdə təcrübə keçmiş qrup keçdi. Son keçən qrup tamamilə peşəkar əsgərlərdən ibarətdir. İstifadə etdikləri silahlar da tamamilə Amerika silahlarıdır", - o bildirib.

Qeyd edək ki, ötən həftə Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir – red.) PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib. Türkiyə KİV-inin xəbərinə görə, PKK terrorçuları Münbiç və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə "vətəndaşlara həmrəylik ziyarəti" adı altında Afrinə gətirilib.

Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.

Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.

Türkiyə KİV-inin yazdığına görə, terrorçuların Afrinə keçidləri davam edib. ABŞ-ın müdafiə naziri Ceyms Mettis də PYD terrorçularının Afrinə keçdiyini etiraf edib. O, "Suriya Demokratik Gücləri"nin (əsas hissəsini PYD terror təşkilatı təşkil edir –red.) tərkibindəki bəzi kürdlərinin "İŞİD-lə mübarizədən diqqətinin dağıldığını" və bəzi qrupların Afrinə keçdiyini bildirib. ABŞ Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, "Suriya Demokratik Gücləri"ndən ayrılaraq Afrinə gedən qruplara dəstəyini kəsəcəklər.

Türkiyə və ABŞ əsgərləri arasında qarşıdurma riskinə toxunan Pentaqonun sözçüsü Erik Pahon ötən həftə bildirib ki, bunun baş verməməsi üçün davamlı şəkildə Türkiyə ilə təmasdadırlar. Lakin Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.

Təhlükəsizlik üzrə mütəxəssis Mete Yararın Afrində Amerika əsgərlərinin keçdiyini söyləməsi də bu qorxunc proqnozların reallaşma ehtimalını artırır.

Qeyd edək ki, Türkiyə ordusu və ASO Afrində yanvarın 20-da "Zeytun budağı" əməliyyatına başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, bu günə qədər Afrində 1300-ə qədər terrorçu öldürülüb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1867   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel