"Bunlar giriş səhnələri idi, böyük müharibəyə hazır olun!" – Açıq-açıq elan etdilər

"Bunlar giriş səhnələri idi, böyük müharibəyə hazır olun!" – Açıq-açıq elan etdilərSuriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər.

İsrailin "Yerusalem Post" qəzetində dərc olunan məqalədə İsrail və İran arasında açıq bir döyüşün başlandığı deyilir.

Fevralın 9-da Suriyanın cənubunda İrana məxsus pilotsuz uçuş aparatı İsrail tərəfindən vuruldu. Ardınca Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin F-16 qırıcısını vurdu.

"Yerusalem Post" qəzetində Yaakov Katzın qələmə aldığı məqaləyə görə, Suriyada "kölgə döyüşü" davam edir. Katz hesab edir ki, döyüşün bəzi detalları ictimaiyyətə məlum olsa da, böyük qismi sirr olaraq qalmaqda davam edir.

"Şənbə günü baş verən hadisə, İran ilə İsrail arasındakı birbaşa döyüşün başlanmasıdır. İsrail üzərində pilotsuz uçuş aparatının, ardınca İsrailə aid F-16 qırıcısının vurulması və dərhal sonra İsrailin Suriya və İrana qarşı hücumları İranın Suriyada hərbi mövcudluğu davam edəcəyi halda bölgəni partladacaq daha geniş qarşıdurmanın yalnız giriş səhnələridir. İranın dərs alıb-almadığını öyrənmək çox tezdir. Yolu kəsilsə də, İrana aid pilotsuz uçuş aparatı İsrailə sıza bildi. Müttəfiqi olan Suriya isə İsrailin qırıcısını vurdu. İsrail 1982-ci ildən - Suriyanın hava hücumundan müdafiə sisteminin tamamilə məhv edildiyi vaxtdan bu yana ən geniş hava hücumunu həyata keçirdi", - müəllif yazıb.

Onun sözlərinə görə, İsrailin aviazərbələri iki səbəbə görə vacib idi: "Birincisi, F-16-nı düşürən Suriya qüvvələri zərərsizləşdirilməli idi. İkincisi isə, pilotsuz uçuş aparatını idarə edən mərkəzi bombalayaraq İrana ciddi mesaj verilməli idi. İsrailin hücumları İranın qarşısını almaqda effektiv ola bildimi? Bu sualın cavabını İranın qarşıdakı addımda axtarmaq lazımdır. İran Suriyadakı hərbi gücünü artıracaqmı? Yaxud da yaxın günlərdə İsrailin suverenliyi yenidən pozulacaqmı?"

Daha əvvəl İsrail "Kanal 10" telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib ki, İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib.

Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub.

Fevralın 11-də İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.

"Bölgədə gərginlik yaratmaq, İraq və Suriyanı parçalamaq istədilər. Livanda uzunmüddətli xaos yaratmaq istədilər. Amma bizim köməyimizlə bu siyasət çökdü", - İranın prezidenti vurğulayıb.

Fevralın 11-də həmçinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirinin müavini Hüseyn Səlami ABŞ-ın bölgədəki bütün bazalarını məhv etmək iqtidarında olduqlarını deyib. ABŞ-ın Suriyadakı hərbi mövcuğluğuna toxunan SEPAH-ın rəsmisi bunun qeyri-qanuni olduğunu və ABŞ-ın mütləq məğlubiyyətə düçar olacağını qeyd edib: "ABŞ bölgəni məğlub olmadan tərk edərsə, özü üçün də yaxşı olacaq".

O həmçinin İranı atəşlə oynamaqda təhdid edən İsrailə cavab verib.

"Bölgəni sionistlər üçün cəhənnəmə çevirə bilərik", - Səlami bildirib.

İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani isə Suriya-İsrail sərhədində baş verən hadisədən sonra "cəzasız qalan hücumlar dövrü"nün başa çatdığını bildirib. Onun sözlərinə görə, Suriya xalqı hər hansı bir təcavüzə cavab verəcəyini sübut etdi.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1870   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel