Ərdoğandan SƏRT XƏBƏRDARLIQ
"Hesab etməyin ki, Kipr sahillərində təbii qaz axtarışları və Egey dənizindəki qayalıqlardakı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kipr və Egeydə həddini keçənlərə buradan xəbərdarlıq edirik".
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.
"Kipr sahillərində fəaliyyət göstərən şirkətlərə yunan tərəfinə güvənməməsini tövsiyə edirik. Afrin bizim üçün nədirsə, Egeydəki və Kiprdəki haqlarımız da odur. Cənub sərhədlərimizdə yanlış hesablama aparanların ssenarilərini "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatları ilə pozduğumuz kimi, onların ssenarilərini də pozacağıq. "Zeytun budağı" əməliyyatının nə qədər əhəmiyyətli olduğu bölgədə atdığımız hər addımda görünür. Hərbi gəmilərimiz və hava qüvvələrimiz hər hansı müdaxilə etmək üçün yaxından təqib edirlər", - Ərdoğan deyib.
Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların "3-cü bölgə" adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.
Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. İki gün əvvəl İtaliyanın ENİ şirkətinə aid "Saipem 12000" platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən "3-cü bölgə"yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirklətin fəaliyyətinə maneə olub.
Egey dənizində Kardak adası isə Ankara və Afina arasında mübahisə yaradan məsələdir. Bu gün Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Egey dənizində Kardak adası yaxınlığından Türkiyə sularına daxil olub.
Bu zaman Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi hərəkətə keçib və yunan gəmisinə xəbərdarlıq edib. Olay zamanı yunan və türk gəmiləri toqquşub. Hadisə nəticəsində Yunanıstana məxsus gəmi zərər çəkib./publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1648 Tarix: 13 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAna 7 aylıq körpəsini yolun ortasına atdı
Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb
25 aprelO indi 15 yaşlı böyük oğlandır - "Filosof Atakan"ın son halı - FOTO
Türkiyədə 10 yaşı olarkən "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. xarici mətbuata istinadən xəbər verir ki, 10 yaşında ikən 5 ayda 250 fəlsəfə kitabı oxuyan və açıqlamaları ilə gündəmə gələn Atakan Kayalar indi 15 yaşındadır. Atakanın son 5 ildək
26 aprelŞagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü
Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı
24 aprelGüclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək
Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə
25 aprelVenesiyaya giriş ödənişli oldu
Aprelin 25-dən İtaliyanın ən məşhur şəhərlərindən biri olan Venesiyaya turistlərin birgünlük səfəri ödənişli olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Associated Press" agentliyi yayıb. Məlumata görə, dünəndan etibarən Venesiyada şəhərə birgünlük ekskursiyaya gələ
26 aprelXəstəxanada dəhşət: Çubuqla döyərək öldürdü
Türkiyədə axşam saatlarında diş sağlamlığı mərkəzində mühafizə rəisi təhlükəsizlik işçisi arasında mübahisə yaranıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə zamanı mühafizəçi dava etdiyi təhlükəsizlik rəis müavini çubuqla döyərək öldürüb. Növbə müzakirəsi tez bir zamanda davaya çevrilib. Xəstəxananı
26 aprelAna 3 yaşlı qızını caduya görə öldürdü
ABŞ-da floridalı qadın bir qızını öldürüb, digərini isə şikəst etməkdə ittiham olunur. xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Joan Zefir 2022-ci ilin mayında həbs edilib. Qadın Painsian kəndindəki kilsənin yanında avtomobilində huşsuz vəziyyətdə tapılıb. Onun səkkiz yaşlı qızı yolun kənarında
26 aprel