Əxlaqsız şagirdin cəmiyyətə "mesajı": 18+ saytlar...

Əxlaqsız şagirdin cəmiyyətə "mesajı": 18+ saytlar...Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində çəkilən və əxlaqsız şagir tərəfindən yayılan görüntülər son günlərin cəmiyyəti narahat edən əsas müzakirə mövzusudur. Ölkə ictimaiyyəti, ekspertlər, ziyalılar yetkinlik yaşına çatmayan şagirdlər arasında bu cür halların yaşanmasının qarşısının alınması üçün təkliflər səsləndirirlər. Bir çoxu hesab edir ki, azyaşlılar arasında pornoqrafiyanın, intim hərəkətlərin yayılması həm də ölkədə 18+ saytlara girişdə məhdudiyyətlərin tətbiq olunmamasından qaynaqlanır. Bəzi ölkələrdə yetkinlik yaşına çatmamış şəxslərin belə saytlara girişi ilə bağlı məhdudiyyətlər tətbiq olunsa da, ölkəmizdə bu sahədə tənzimlənmə yoxdur.

Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, azyaşlıların psixikasına təsir edən saytlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən addımların atılması çox vacibdir.

"Elə internet resursları var ki, uşaqlar üçün qadağan olunsa da, tədqiqat və digər məqsəd üçün faydalı ola bilirsə, bağlanması o qədər də məqbul sayılmır. Artıq ötən il İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununda bu cür internet resurslarının bloklanması ilə bağlı müəyyən dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, uşaqların psixologiyasına mənfi təsir göstərən, pornoqrafiyanı, ektremist davranışları, təhlükəli oyunları təbliğ edən internet saytları məhkəmənin qərarı olmadan bloklana bilər. Bu sahədə səlahiyyətli qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Elektron Təhlükəizlik Mərkəzi (ETM) bu istiqamətdə sistemləşdirilmiş işlər aparmalıdır", - O.Gündüz vurğulayıb.

Ekspertin sözlərinə görə, belə problemlərin aradan qaldırılması üçün valideynlər arasında maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var:

"Valideynlər kompüterdə və digər mobil qurğularda bəzi informasiyalara girişin məhdudlaşdırılması üçün provayderlərə müraciət edə bilər. Bu barədə nazirliyin məsuliyyəti öz üzərindən atması düzgün deyil. Nazirlik ötən il xeyli sayda media qurumunu bloklayıb. Xəbər resursları bloklanırsa, bu saytlar niyə bloklanmasın?! Bu barədə hər hansı tərəddüd yaranarsa, nazirlik məhkəməyə müraciət etməlidir. Bu sahədə ETM-nin işini qənaətbəxş hesab etmək olmaz".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə ETM məşğul olur və məhkəmə qərarı, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında belə saytların bloklanması mümkündür:

"Qanunvericiliyin tələblərinə görə, bu saytlar bağlana bilər, amma belə internet resurslarının tamamilə bloklanması istifadəçi hüquqlarının pozulması deməkdir. "Aztelekom" və "Baktelekom" iki ən böyük internet provayderi hesab olunur. Hər iki provayderin filter proqramları var. Məbləği də o qədər yüksək olmayan filter proqramları bütün abunəçilərə təklif olunur. Valideynlər həmin xidmətə qoşulmaqla istədikləri informasiya resurslarına girişi məhdudlaşdıra bilər.

Birmənalı şəkildə ölkədə bütün 18+ saytların bloklanması düzgün olmazdı. Adətən belə resursların bağlanması məhkəmənin və hüquq-mühafizə orqanlarının, güc strukturlarının müraciəti əsasında baş verir. Nazirlik özbaşına qara siyahı tərtib etmir. Bəzən texnoloji dünya hüdudsuz kimi görünsə də, əslində, bu proqramlaşdırma məsələləri texniki imkanlardan asılıdır. Texnologiya üzərindən istifadəçinin azyaşlı olmasını müəyyənləşdirmək o qədər də asan deyil. Bəzi sosial şəbəkələrdə yaş məhdudiyyəti olsa da, konkret olaraq kateqoriyalaşdırmaq mümkün deyil".

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsi R.C. barəsində istintaq müddətində 3 aylıq həbs qərarı çıxarıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5303   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

20 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel
.

Bakıda əyləncə mərkəzində yanğın - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb. Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, yanan obyekt "Atrium Kids park" əyləncə mərkəzi kimi fəaliyyət göstərir

20 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel