Azərbaycanlı Rusiya vətəndaşlığı üçün 71 yaşlı qadınla evləndi
Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında saxta nikah faktını aşkarlayıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir.
Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini müvafiq dövlət orqanına təqdim etdikdən sonra yoxlama aparılıb.
Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub. Onlar 2009-cu ildə Çerepovsk VVAQ idarəsində nikaha daxil olub.
"Qanuna görə, xarici vətəndaş Rusiya vətəndaşı ilə ailə quran zaman ona kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi verilir. Sonra o, Rusiya vətəndaşlığı almağı planlaşdırıb və buna nail olub.
Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına saxta nikah qurmağı təklif edib, bunun müqabilində isə "həyat yoldaşını" maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, bu vədini yerinə yetirib. Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıb, birgə təsərrüfatla məşğul olmayıb və nikahdan övladları yoxdur.
Nikah ailə qurmaq məqsədilə bağlanmayıb. Ona görə də Ailə Məcəlləsinə əsasən etibarsız hesab olunur", - deyə prokuror köməkçisi Anton Upadışev bildirib.
Məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb. Hazırda kişinin Rusiyadan deportasiya olunacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1060 Tarix: 15 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü
Əfqanıstanın Badqis vilayətində yaşayış evinin damının çökməsi nəticəsində dörd uşaq və bir qadın olmaqla ailənin beş üzvü həlak olub. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən məlumat yayıb. Hadisə bu gün səhər saatlarında bölgənin inzibati mərkəzi olan Qala-e-Na
25 aprelFransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır
Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib. xəbər verir ki, bu barədə o, "Le Journal du Dimanche" qəzetinə müsahibəsində danışıb. Generalın sözlərinə görə, Fransa aviasiyasının müxtəli
26 aprelMalinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb. xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb. Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizli
25 aprelApollodan Artemisə: 58 ildə Dünya necə dəyişdi?
Apollodan Artemisə: 58 ildə Dünya necə dəyişdi? 1968-ci ildə çəkilən məşhur "Earthrise" (Yerin doğuşu) fotosu bəşəriyyətin öz planetinə baxışını kökündən dəyişmişdi. 2026-cı ilin aprelində, NASA-nın "Artemis II" heyəti bənzər bir kadr yaxaladı: "Earthset" (Yerin batışı)
24 aprelİsrail ordusu Qəzzada silahlı qruplaşmanı məhv etdi
İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsində silahlı dəstəni məhv ediblər. -ın məlumatına görə, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti yayıb. Bildirilib ki, terrorçu qruplaşmanın irəliləməsinə şərait yaradan silahlılar zərərsizləşdirib
25 aprel