Zəhra ilə bağlı açılan cinayət işinə daha bir maddə artırıldı

Zəhra ilə bağlı açılan cinayət işinə daha bir maddə artırıldıÖtən gün Moskvada uşaq bağçasında 3 yaşlı azərbaycanlı qızın müəmmalı şəraitdə ölməsi ilə bağlı açılan cinayət işinə daha bir maddə əlavə edilib.

İstintaq Komitəsinin rəsmi nümayəndəsi bildirib ki, "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsinə "səhlənkarlıq" da əlavə edilib.

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin hər iki işin istintaqını şəxsi nəzarətinə götürüb.

Qeyd edək ki, 3 yaşlı Zəhra Rzayevanın donvurmadan ölməsi barədə ilkin ehtimal təsdiqini tapmır. Çünki uşağın bədənində onun soyuqdan donduğunu göstərən əlamətlər olmayıb. Habelə zorakılıq əlamətlərinə də rast gəlinməyib.

Qızın atası da bildirib ki, uşağın səhhəti il bağlı problemi olmayıb: "O, uşaq bağçasına həmin il ilk dəfə idi gedirdi. Əvvəlcə normal gedirdi. Daha sonra isə deyirdi ki, bağçaya getmək istəmir, orada uşaqları incidirlər". (Qafqazinfo)

Hadisə   Baxılıb: 2401   Tarix: 18 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR