Azərbaycanın yüksək vəzifəli məmuru dünyasını dəyişdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.
A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"nın mühəndisi kimi başlayıb.
Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" trestində mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy", layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunun baş mühəndisinin müavini, "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.
A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.
Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri olub, "Şərəf Nişanı" ordeni, "Xalqlar Dostluğu" ordeni, "Şöhrət" ordeni ilə təltif olunub, 1987-ci ildə "Azərbaycanın əməkdar mühəndisi və 2007-ci ildə "Azərbaycanın əməkdar memarı" fəxri adları verilib.
Allah rəhmət eləsin!
Mənbə: APA
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 6910 Tarix: 19 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞəkidə avtomobillər toqquşub: Xəsarət alan var
Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay
21 aprel2 ildir COVID-dən əziyyət çəkirdi, öldü
Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd
20 aprelŞəkidə avtomobil aşıb, xəsarət alanlar var
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə
21 aprelZaqatalada 76 yaşlı qadın intihar edib
Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm
21 aprelSalyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106
27 aprelBakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm
27 aprelBakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb - FOTO
Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib. Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb. Daha sonra həmi
28 aprelGəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb. Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alara
21 aprel