Bakıda inanılmaz hadisə: Prokuror oğlu evi kirayə götürdü, sonra isə... - FOTOLAR

Bakı sakini Mehriban Rəhmənova evini kirayə verdiyi şəxs tərəfindən aldadılıb.

Mehriban xanım deyib ki, kirayənişini evdəki bütün əşyalarını satıb.

Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxsə güvənib evini kirayə verən M.Rəhmənovanın sözlərinə görə, o, evdəki bütün əşyaları satıb, boş evdə bomj kimi yaşayıb:

"İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 dekabr tarixində mənzilimi 1979-cu il təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü keçmişdə Ali Məhkəmə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışan Südabə Həsənovanın qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı.

Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə, belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim.

Yalçın Həsənov məni əmin etdi ki, mənzilimdə həyat yoldaşı ilə uzun müddət yaşayacaq, mən də evimi ona kirayə verdim. Onun sözlərinə əsasən, iki övladı anası ilə yaşayır və yalnız həftəsonları mənzilə gələcəklər.

Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim etdi, mən isə ona mənzilin açarını verdim. Bir neçə ay ərzində mən Votsap vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu bir neçə ay vermədilər, telefonlarımı açmırdılar, daha sonra isə mənim nömrəmi qara siyahıya əlavə etdilər.

2018-ci il 25 yanvar tarixində mən bir neçə şahid ilə mənzilimə daxil olub ev əşyalarımın oğurlandığını gördüm. Polisə müraciət etdim. İki gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənzilimdə həbs etdilər. O, son günədək heç nə olmamış kimi mənzildə yaşamağa davam edib bomj kimi döşəmədə yatırmış, çünki evdəki bütün əşyaları satıb".

Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə bilməyib: "Onu həbs etdikdən sonra 19 nömrəli Polis bölməsinə onun atası Rəşid Həsənov gəldi. Atası əvvəllər Bakı şəhərinin prokuroru olub. Onun oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər vurublar. Hazırda ona 177.2.4 maddəsi ilə cinayət işi açılıb, ancaq onu hələ ki tapa bilmirlər.

Sonradan bildim ki, Yalçın Həsənov əvvəllər narkotik ticarətinə görə məhkum edilib".

Mehriban Rəhmənovanın fırıldaqçılıqda ittiham etdiyi Rəşid Həsənov həqiqətən də vaxtı ilə Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur.

2009-cu il 17 aprel tarixli hökmü ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və daha 11 nəfərlə birgə narkotik istifadəsi və satışısına görə həbs edilən Rəşid Həsənov 2011-ci ildə azadlığa çıxıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. /Minval.info
Bakıda inanılmaz hadisə: Prokuror oğlu evi kirayə götürdü, sonra isə... - FOTOLARBakıda inanılmaz hadisə: Prokuror oğlu evi kirayə götürdü, sonra isə... - FOTOLARBakıda inanılmaz hadisə: Prokuror oğlu evi kirayə götürdü, sonra isə... - FOTOLARBakıda inanılmaz hadisə: Prokuror oğlu evi kirayə götürdü, sonra isə... - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3404   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021