Bahar Muradova: "Qətnamə azərbaycanlılar üçün təhqirdir"

Bahar Muradova: "Qətnamə azərbaycanlılar üçün təhqirdir""Avropa Parlamentinin qəbul etdiyi qətnamə bütün azərbaycanlılar üçün təhqirdir. Kimsə bundan istifadə etməyə çalışırsa, bilin ki, onların arasında əlaqə var".

Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirilən növbədənkənar plenar iclasda deyib.

O, ilk olaraq soydaşlarımıza səslənib: "Mən ictimai qurumlara, vətəndaşlara, hər bir azərbaycanlıya səslənirəm. Bu məsələdə Azərbaycanın mövqeyindən çıxış etməyə çalışın. Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyin. Azərbaycan bunda maraqlı deyil".

Vitse-spiker qeyd edib ki, Azərbaycan illər ərzində çox tribunalarda çıxışlar, çağırışlar edib: "Beynəlxalq tribunalarda çıxışlarımızın, çağırışlarımızın əsasında beynəlxalq hüququn prinsipləri dayanıb. Ancaq bizə qarşı qərəzli mövqe nümayiş olunur".

O, bu tipli sənədlərin qəbulunda görünən və görünməyən tərəflərə diqqəti yönəldib: "Bu qətnamənin axasında çox gizli hədəf və məqsədlər gizlənib. Nəyə görə BMT-nin Dağlıq Qarabağla bağlı sənədlərinin icrasına belə qəti çağırış edilmir. Son illərdə baş verən hadisələr göstərir ki, Avropanı heç də dövlətlərin ərazi bütövlüyü narahat etmir. Bu təşkilatlar qarşılarına dövlətlərin müstəqilliyinin sarsılması və ərazi bütövlüyünün pozulması kimi məqsəd qoyublar. Belə hadisələr onların işilərinə yarayır. Əsl mənada fundamental insan haqlarına düzgün yanaşan təşkilatları bu qurumlarla bir sıraya qoymamalıyıq. Bunu təkcə Azərbaycan tipli ölkələrə yönəlmiş qərəz kimi qəbul etmirəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamə cinayətkarcasına bütün Avropa xalqlarına yönəlmiş qərardır. Bu, ilk növbədə avropalıların həyatına təsir edəcək. Avropalılara üzümü tutub deyirəm ki, özünüzü bu məsələlərdən kənarda bilməyin. Bu, dini, irqi və etnik ayrı-seçkiliyə gətirib çıxaran siyasətdir".

B. Muradova hər bir Azərbaycan vətəndaşını məsələyə daha qlobal yanaşmağa, bunu bəşəri bir problem kimi qəbul etməyə çağırıb: "Bu məsələdə əlbir olsaq, dünyanı xilas edəcəyik. Dünya təhlükədədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 733   Tarix: 14 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel