Dəhşətli cinayət: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü

Dəhşətli cinayət: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdüDaşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən Raqif Ələkbərov onu özünə məxsus tərzdə cəzalandırmaq qərarına gəlib.

Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını Rafiq Ələkbərov Kamilə Məmmədovaya bağışlamayıb. O qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb.

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən Raqif Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb.

Rafiq Ələkbərovun bununla ürəyi soyumayıb. Qadını sürüyərək evə gətirib və taxta parçasıyla döyməyə davam edib. Raqif Ələkbərov Kamilə ilə birgə onun qucağındakı 35 günlük körpəsini də döyüb.

Raqif Ələkbərov ana və balanın öldüyünə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb. Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Raqif Ələkbərov hadisədən bir gün sonra həbs edilib.

Bu dəhşətli mənzərə Kamilə Məmmədovanın birinci nikahdan olan 5 yaşlı qızı Fatimənin gözləri önündə baş verib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşayan Raqif Ələkbərov rəsmi və qeyri-rəsmi 5 dəfə ailə qurub. Bundan öncə həbsə düşməsinə səbəb də ailə münaqişələri olub. Həyat yoldaşları tez-tez evdə dava salan Raqif Ələkbərovla bağlı polisə şikayət ediblər.

Raqif Ələkbərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Raqif Ələkbərov özünü qismən təqsirli bilib. O, deyib ki, arvadını onun sözünə qulaq asmadığı və evdən qaçdığı üçün öldürüb: "Kamilə sözümə baxmırdı. Bir deyirdim, iki cavab verirdi. Hər dəfə mübahisəmiz olanda evdən qaçırdı. Qaçdığına görə məndə məcbur olaraq onu döyürdüm. Onu döyəndə hər dəfə içki içirdim. Sərxoş olub o dərəcəyə çatırdım ki, bunu öldürəcəm, vuracam deyirdim. Özüm-özümə danışırdım. Hamı mənə dəli kimi baxırdı".

Qeyd edək ki, qətli törədən Raqif Ələkbərovun atası Əliş Ələkbərov illər öncə öz dogma qardaşını öldürüb. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2191   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021