Xocalı soyqrımından 26 il keçir

Xocalı soyqrımından 26 il keçirErmənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 26 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1431   Tarix: 26 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizo

28 noyabr
.

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

10 dekabr
.

Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcə

4 dekabr
.

Prezident onu rektor təyin etdi - Sərəncam

Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslı

27 noyabr
.

Türkiyənin Azərbaycana təyin edilən yeni səfirinin DOSYESİ

Türkiyə mediasında yayılan məlumata görə, ölkənin XİN rəhbəri Hakan Fidan Azərbaycana yeni səfirin təyinatını açıqlayıb. Bildirilir ki, diplomatik missiyanın yeni rəhbəri əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün olub. onun dosyesini təqdim edir:. Professor Birol Akgün 1968-ci ildə Manis

3 dekabr
.

"Fransa Ermənistandan Türkiyə və Azərbaycan əleyhinə bir kart kimi istifadə edir" - AÇIQLAMA

Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zaman

11 dekabr
.

"Ermənistandan deportasiya olunarkən qətlə yetirilən azərbaycanlılara şəhidlik statusu verilə bilər - AÇIQLAMA

"Ermənilər onilliklər boyu Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürüdüblər. Bu soyqırım siyasətinin qurbanlarının sayı ümumi nəzərə aldıqda onminlərlərdir və onların hər biri Azərbyacan xalqının nəzərində şəhid statusuna sahibdirlər". Bunu -a politoloq Elçin Xalidbəyli danışıb. O, açıqlamasınd

2 dekabr
.

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri AÇIQLADI

"Delimitasiya başlanılsa da, ekspert qruplarının məsləhətləşmələri hər ay bir neçə dəfə davam etsə də, təəssüf ki, erməni tərəfi hələ də prosesin dayandığı nöqtədən davam etməsinə razı olmur". Bu sözləri jurnalistlərə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. "Erməni tərəfi

24 noyabr
.

Prezident Qanun imzalayıb

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsin

11 dekabr