"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQ

"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQXəbər verdiyimiz kimi Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rauf Oruclu köynəyinin üzərindən gödəkçə geymədiyi üçün direktor tərəfindən döyülüb.

Sonxeber.az bildirir ki, bununla bağlı BiG.AZ saytı 22 nömrəli orta məktəbin direktoru Azər Ələkbərovla əlaqə saxlayıb.

Azər Ələkbərov bu barədə danışmaq istəmədiyini söyləyib.

"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQTəhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, 2011-ci ildə qəbul olunmuş orta məktəblərin nizamnaməsinə görə hər bir məktəbin forma təyin etmək hüququ var: "Tabeliyində olan şagirdlərə həmin formanı geyinməyi tövsiyə edilir. Heç bir qanunvericilikdə göstərilməyib ki, şagirdin məktəbli formasında gəlməyi məcburi və zərurudir. Sadəcə qanunvericilikdə tövsiyə edilir. Şagirdə qarşı hər hansı bir zorakılığın törədilməsi yolverilmızdir. Direktorun şagirdi döymək hüququ yoxdur. Bu 22 saylı orta məktəb üçün birinci hal deyil. Bununla bağlı mənə dəfələrlə müaciət daxil olur. Məktəbin idarə edilməsi lazım olan qanunvericilik çərçivəsindən çıxıb".

Kamran Əsədov vurğulayıb ki, statistika göstərir ki, neqativ hallar son vaxtlar təyin olunmuş direktorların məktəbində baş verir: "Çünki onların idarəçilik təcrübəsi yoxdur. 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik davranış qaydalarına görə nə müəllimin, nə də məktəb rəhbərliyinin hüququ yoxdur ki, şagirdə qarşı fiziki zorakılıq tətbiq etsin və yaxud da onun şəxsiyyətini alçaltsın. Buna yol verən şəxs birbaşa Əmək Məcəlləsinin 72-74-cü maddəsi ilə işinə xitam verilməli, heç bir halda məktəbdə işləməməlidir. Şagirdə qarşı zorakılıq edən direktor əqidəsiz, şərəfsiz və mənəviyyatsızdır. Çünki Azərbaycanın gələcəyi olan şəxsə fiziki zorakılıq tədbiq edib. Qanunvericilikdə kifayyət qədər cəza tədbirləri var. Heç bir halda direktorun fiziki zorakılıq və şəxsiyyəti alcaldacaq addımlar atmağa ixtitiyarı yoxdur . Bundan əlavə direktorun ixtiyarı yoxdur ki, məktəblinin formasını yoxlasın. Bununla bağlı müavini və təlim-tərbiyyə ilə məşğul olan şəxslər var. Bəlkə şagirdin jileti çirklidir və yaxud da o geyim ona sıxıntı verir. Bu bir daha sübut edir ki, məktəblərin idarə olunması ilə bağlı ciddi problemlər var. Bu artıq 22 saylı orta məktəbdə baş verən ikinci hadisədir. Buna da səbəb o şəxsin heç vaxt təhsil sahəsində işləməməyidir. Qanunvericilikdə göstərilir ki, direktor olacaq şəxs ən azı 5 il məktəbdə işləməlidir. İşləmədiyi halda müsabiqə ilə direktor seçilib. O. dirktorun vəzifədə qalması Azərbaycan gələcəyi üçün təhlükəlidir. Bu gün direktorlar guya işlədiklərini sübuta yetirmək üçün şagirdlərin və müəllimlərin razılığı olmadan sosial şəbəkələrdə şəkillərini paylaşırlar. Əslində kiminsə şəkillərini icazəsi olamadan paylaşmağın özü bir qanun pozuntusudur. Hesab edirəm ki, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsi bununla bağlı məsuliyyət daşıyır. Həmin direktoru şiddətli töhmətlə işdən azad olunmasa bununla bağlı məsuliyyətli qurum həmin idarədir. Onlar həmin şəxsi təhsil müəssisəsindən uzaqlaşdırmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3744   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021