Azərbaycanda doğuş faciəsi: ana və körpəsi öldü

Azərbaycanda doğuş faciəsi: ana və körpəsi öldüTovuzda ana və uşaq ölümü baş verib.

Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb.

Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu, A.Dadaşovanın ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Hadisə   Baxılıb: 972   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR