"Mercedes" sürücüsü "Lexus"u qəzaya saldı - VİDEO

"Mercedes" sürücüsü "Lexus"u qəzaya saldı - VİDEOMartın 10-da paytaxtın Yusif Səfərov küçəsində qəza baş verib.

Qəzanın başvermə adnı Avtosfer.az-ın kamerasına düşüb. Həmin küçənin sağ zolağıyla hərəkət edən 90-UP-906 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qəfildən sol zolağa keçib geriyədönmə yerinə daxil olmaq istəyərkən sol zolaqda hərəkət "Lexus" markalı avtomobilin qarşısına çıxıb. Bu vaxtı "Lexus"-un sürücüsü qəzadan yayınmaq üçün sükanı sola burub, lakin qəza qaçılmaz olub. O, ayırıcı zolağın üzərinə çıxaraq əks istiqamətə keçib. Qəzaya səbəb olan sürücü isə heç nə olmamış kimi dərhal hadisə yerindən yayınıb.

Hadisə şahidlərinin sözlərinə görə "Lexus" markalı avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.

Mənbə: unikal.org

Hadisə   Baxılıb: 1006   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR