Problemli kreditlərlə bağlı mühüm TƏKLİFLƏR

Problemli kreditlərlə bağlı mühüm TƏKLİFLƏR"Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı üçün çox önəmli olduğuna görə, məhz 2018-ci ildə bu məsələyə çox ciddi diqqət yetirilməlidir. Qeyri-neft sektorunun inkişafındə artım templərinin gücləndirilməsində bankın da rolu artsın. Təkcə, bank sisteminin sağlamlaşdırılması Beynəlxalq Banka şamil edilməməlidir. Ümumilikdə bütün bank sisteminə şamil edilməsi istiqamətində addımların atılmasını təklif edirəm. Ənənəvi surətdə yüksək faizlər hesabına bankların nəsə qazanmasının perspektivi yoxdur".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli deyib. Deputat bildirib ki, problemli kreditlər problemini həll etmədən Azərbaycanda bank sisteminin sağlamlaşdırılması mümkün deyil.

"Bununla əlaqədar olaraq biz xüsusi təkliflər hazırlayıb aidiyyatı orqanlara göndərmişik. Burada mahiyyət ondan ibarətdir ki, bir qurumun üzərinə ağırlıq düşməsin. Xarici valyutada olan kreditlərin problemlərinin yumşaltmaqdan ötrü dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali bunun bir hissəsini öz üzərinə götürsün.

Bu riskin 4 yerə bölünməsi hesab edirəm ki, problemin həlli istiqamətində irəliyə doğru ən mühüm addımdır. Martın 6-da Milli Məclisin iclasında cənab prezident tərəfindən parlamentə göndərilmiş "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinə baaxıldı. Hesab edirəm ki, problemli kreditlərlə bağlı da belə bir addım atılmalıdır. Ümid edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər orqanlar bizim bu təklifimizə cavab verəcəklər".

Deputat deyib ki, bu il sosial proseslərin tənzimlənməsi üçün 6 faizdən yuxarı inflyasiyaya imkan verməmək üçün aidiyyatı qurumlar addım atmalıdır.

"Dövlət başçısı tərəfindən maaşların artırılması müsbət haldır. Hesab edirəm ki, bu artımlardan sonra təhsil haqqı və digər sahələrdə süni qiymət artımının olmaması da vacibdir".

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2051   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel