Bayramqabağı əhaliyə çörəklə bağlı xəbərdarlıq

Səhiyyə Nazirliyi: "Yoxlamalar aparılmadığından bəzi sahibkarla istər çörəyin daşınması, saxlanması, istehsalı sahəsində nöqsanlara yol verirlər".

Çörəyin hazırlanma qaydası tərkibinə zərərli maddələr qatılması xüsusən də mayanın miqdarı çox olması və digər problemlərlə bağlı dəfələrlə yazılsa da məsələ ilə bağlı problem hələ də qalmaqdadır. Bu da sonradan insan səhhətində problemlərə gətirib çıxarır. Çünki çörək hazırlanan zaman mayanın tərkibindəki maddələr bağırsaqda uzun müddət qalır və oradakı yaxşı bakteriyaları məhv edə bilir. Bu cür problemlər bayram günlərində tələbatın artdığına görə dah geniş vüsət alır. Çörəyin keyfiyyəti, istehsal yerləri, qanunsuz sexlər, işçilərin gigiyenası, çörəyin daşınması ilə bağlı problemlər üzə çıxır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açıqlamasında bildirib ki, çörəyin tərkibində yapışqanlığı artıran maddələrin qatılması ilə bağlı hər gün şikayətçi zəngləri daxil olur. Ən yaxşı ekspertiza ictimai rəydir. Çörək bişirilən biznes bazarın ən liberal biznesidir. Kim harada istəsə çörək bişirə bilər. Lakin bu hər kəsin harada istəyir çörək bişirməsi demək deyil.

Bayramqabağı əhaliyə çörəklə bağlı xəbərdarlıqOnun sözlərinə görə, Hər bir müəssisə sahibi gigiyenik qaydalara riayət etməlidir və ağıllı sahibkar heç vaxt özünün istehsal etdiyi məhsulu qəsdən xarab edə bilməz. Lakin belə hallar var. Çörəklərə kimyəvi maddələr qatılaraq istehlakçıalra satılır.

"Məlumdur ki hər bir məhsulun daşınma saxlanma şərtləri var. Çörəklər antisanitar şəkildə daşınır. Qida Təhülkəsizliyi Agentliyi bu məsələləri həll edəcək. Əhalinin isti çörəyə tələbatı var. Bu düzgün olmayan tələbatdır. Nazirlər Kabinetinin 91 saylı qərarına görə ölkənin əmtəə bazarında satılan hər bir ərzaq malı o cümlədən çörək bükülməlidir. Zavod çörəyi , təndir çörəyi adı ilə satılan çörəklər açıq formada satılır. Yararlılıq müddətində istehlakçılar çörəyi dəyişdirə yaxud qaytra bilərlər. Bayramqabağı bu cür şikayətlərin artacağına münasibət bildirən ekspert qeyd edib ki, istehlakçılar onun sertifikatını tələb etsinlər, bükülmüş çörək alsınlar".

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov isə Sonxeber.az-a açıqlamasında bildirib ki, çörəyin istehsalında , daşınmasında, satışında da problemlər var. Lakin, bunların aradan qaldırılması üçün ilk növbədə ictimai mübarizə aparmaq lazımdır:

Bayramqabağı əhaliyə çörəklə bağlı xəbərdarlıq"Yoxlamalar aparılmadığından bəzi sahibkarla istər çörəyin daşınması, saxlanması, istehsalı sahəsində nöqsanlara yol verirlər. Bu baxımdan hər bir istehlakçı hüquqlarının qorunması haqqında qanuna müvafiq olaraq hüququnu qorumalıdır. Vətəndaş problemlə rastlaşdığı halda müdövlət orqanlarının müvafiq qaynar xəttlərinə müraciət etsinlər".

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7116   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel