Ölən ərəb şahzadəsinin həyat yoldaşı Azərbaycanlıdır
Dünya mediası ərəb şahzadəsinin qəfil ölümündən yazır.
Sonxeber.az-ın məlumatına görə, 34 yaşlı şeyx Rəşid bin Məhəmməd Al Məktumun ürək tutmasından vəfat etməsi ilə əlaqədar atasına başsağlığı verilməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma oğlunun ölümü ilə bağlı başsağlığı verib.
Amma onun barəsində çox məhdud bilgilər var. Görəsən, kimdir bu gənc ərəb şahzadəsi?
Baş nazirin 19 övladından ən böyüyü olan Rəşidin atlara böyük marağı olub. O, elit çaparlardan ibarət bir neçə at tövlələrinə sahib olub.
Ancaq onu Azərbaycana bağlayan faktlar da var. Bir müddət qabaq onun qardaşı Həmdan Azərbaycana səfər etmişdi. Kiçik qardaşı Səid isə əslən azərbaycanlı olan Natalya Əliyeva ilə evlidir.
Şahzadələrin atasına - Məhəmməd ibn Rəşid Əl Məktuma gəlincə, 22 iyul 1949-cu ildə anadan olub. Dubayın 2-ci (1900-1958) əmiri Rəşid ibn Səyid Əl Məktumun dörd oğlundan üçüncüsüdür.
Anası şeyx Lətifə bint Həmdan ben Zaid Əl Nəhyan isə Abu-Dabi əmirliyinin hakim ailəsindəndir. Qardaşları Məktum ibn Rəşid Əl Məktum (Dubayın 9-cu əmiri), şeyx Həmdan ibn Rəşid Əl Məktum (Dubay şəhzadəsi, BƏƏ-nin maliyyə və sənaye naziri ), şeyx Əhməd ibn Rəşid Əl Məktumdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4171 Tarix: 20 sentyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələyib
ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca hakimiyyətini iki ölkə arasında hərbi əməliyyatların dayanmayacağı təqdirdə məhsullarına yeni gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib
14 dekabrErmənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
14 dekabrKamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy
14 dekabrDünyada neçə pişik var? Hesablamalar aparılıb
Pişiklərin sayılması çox təxmini hesablanır, çünki burada siyahıyaalmalar aparmaq mümkün deyil. Pişiklər itlərlə yanaşı ən populyar yoldaş heyvanlardır. Bir çox insan onları mənzillərdə və ya şəxsi həyətlərdə saxlayır. Şəhərlərdə də çox sayda küçə pişiyi var. Bəs planetimizdə nə qədər pişik var? . -ı
14 dekabrTropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb
Şri-Lankada bir neçə həftədir müşahidə edilən "Ditva" tropik qasırğası nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Mərkəzi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində daha 184 nəfər itkin hesab olunur. "Ditva" Şri-Lankad
14 dekabrQəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə
14 dekabr