Bakı metrosundan istifadə edən sərnişinlərə şad xəbər

Bakı metrosundan istifadə edən sərnişinlərə şad xəbər"Bakı Metropoliteni" QSC ilə "Transmaşholdinq" QSC-yə daxil olan "Metrovaqonmaş" ASC arasında müqavilə imzalanıb.

Sonxeber.az-ın verdiyi xəbərə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin məlumatında qeyd olunur.

Məlumata görə, hər biri 5 vaqondan ibarət qatar müasir texnologiyaların ən son nailiyyətlərinə söykənir:

"İstismar müddəti 31 il olan "81-765/766" modelli qatarlar iki baş və üç aralıq vaqondan ibarətdir və texniki innovasiyalar baxımından bu qatarlar 4-cü nəslə mənsubdur. Müqavilənin icrası 2018-ci il ərzində nəzərdə tutulub".

Qeyd edək ki, "Moskva" adı verilmiş bu hərəkət tərkiblərinin istehsalına 2017-ci ildən başlanılıb və həmin qatarlar Moskva metropoliteni xətlərində hərəkət edir. Yeni vaqonların əsas üstünlüklərindən biri, qapıların əvvəlki modellərə nəzərən daha geniş olmasıdır. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm-dir. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Bu mənada, qapıların açılıb-bağlanarkən yeni tipli işıqsiqnallı xəbərdarlıq sistemi ilə təchiz olunmasını da qeyd etmək lazımdır.

Ümumən, yeni vaqonlar bir çox innovativ üstünlükləri ilə də seçilir. Vaqon konstruksiyasında müasir asinxron dartı ötürücüsündən istifadə olunub, bu da qatarın əvvəlki nəsil analoqları ilə müqayisədə, daha etibarlı, ekoloji cəhətdən daha təmiz olmasını, daha keyfiyyətli səs və istilik izolyasiyasını təmin edir, istismar xərclərinin azalmasına səbəb olur. Bu mənada, məhz bu qatar üçün səsboğucu konstruksiyalı yeni alçaq gərginlikli təkər cütlərinin hazırlanmasını da qeyd etmək lazımdır. Bu da hərəkət edən qatarın səsinin kifayət qədər azalmasına təsir edir.

Onu da əlavə edək ki, yeni texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət edilməsi də mümkün olacaq. Yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var. Bu xüsusda, daha etibarlı və uzunömürlü diodlu işıqlanma sistemi salonun mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Döşəməsi yeni kompozit materiallardan hazırlanıb, bu da vaqonun çəkisinin azaldılmasına kömək edir.

Baş vaqonlarda arabalar, hətta velosipedlər üçün yer də ayrılıb. Bundan başqa, sərnişin salonu daha da təkmilləşdirilib və əvvəlki modellə müqayisədə, 15 faiz genişləndirilib, oturacaqları və tutacaqları sərnişinlər üçün daha münasib edilib və artırılıb. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri də yeniliklərlə zənginləşdirilib. 2015-ci ildə Bakı metropoliteninə gətirilmiş yeni tipli qatarlar kimi, bu hərəkət tərkiblərində də vaqonlar arasında keçid var.

1967-ci ildən "Metrovaqonmaş" ASC Bakı metropoliteninin vaqon təchizatında əsas tərəfdaşıdır. Bakı metropoliteninə 2015-ci ildə gətirilmiş "81-760.B/761.B/763.B" modelli vaqonlar da "Transmaşholdinq" QSC-nin bloklayıcı paketinin sahibi olan Fransanın "Alstom" şirkətilə əməkdaşlıq şəraitində bu müəssisədə istehsal olunmuşdu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4992   Tarix: 21 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel