Hər şeyi bir-bir ETİRAF ETDİ - Türkiyə qarşı müharibə bu tarixdə BAŞLAMALI İDİ

PKK terror təşkilatından qaçaraq Silopidə polisə təslim olan "Avesta" kod adlı terrorçu D.K PKK terror qruplaşmasının bütün planlarını etiraf edib.

PKK-nın "Xüsusi Qüvvələr" adlı sui-qəsd və təxribat qrupunun üzvü olduğunu iddia edən terrorçu təşkilatın liderlərindən olan Murad Karayılan ilə keçirdikləri görüşlərdə planlaşdırılan sui-qəsdlərin, təxribatlarınvə hədəflərin üstünü açıb.

O bildirib ki, Murad Karayılanın bəzi terrorçuları xüsusi üz maskası sistemi üzərində çalışırlar. Sistemdən Türkiyədəki üz tanıma sisteminə qarşı istifadəsi nəzərdə tutulur. Onun sözlərinə görə, bir qrup terrorçu bu maskalardan istifadəni öyrənmək üçün Avropa ölkələrinə göndərilib. Təhsili uğurla başa vuran terrorçular kamikadze hücumlarını həyata keçirmək məqsədilə Türkiyəyə girəcəklər.

D.K İraqın Şenqal bölgəsində xüsusi təlim keçmiş 210 nəfərin olduğu, xüsusi hazırlanmış terrorçuların 5 qrupa daxil edildiyini və özünün də daxil olduğu bir qrupun bu ilin aprel ayında Türkiyədə təxribat törətmək üçün göndərilməsinin planlaşdırıldığını bildirib. Terrorçunun sözlərinə görə, tPKK kompüter vasitəsilə idarə edilən bombalı avtomobillərlə həyata keçiriləcək terror aktları üzərində işləyirlər.

Qeyd edək ki, Suriyadakı PKK\YPG\PYD terror qruplarına qarşı həyata keçirilən "Zeytun Budağı" hərəkatı çərçivəsində fevral ayından İraqın şimal hissəsində yerləşən terror düşərgələrindən qaçan xüsusi hazırlanmış bir qrup terrorçu Şırnak vilayətinin Silopi mahalında hüquq-mühafizə orqanlarına təslim olublar. Hazırda terrorçuların verdiyi məlumatların nə dərəcədə dəqiq olub-olmadığı araşdırılır.

Daha əvvəl Böyük Britaniyanın "Qardiyan" nəşrinin Yaxın Şərq üzrə müxbiri Martin Çulov iddia etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) Suriyanın Afrin bölgəsində məğlub olan PYD (PKK-nın Suriya qolu -red.) terror təşkilatı partizan savaşı ilə cavab verməyə hazırlaşır.​​​​​​​ Afrinin şəhər mərkəzinin 48 saatdan qısa müddətdə ələ keçirilməsinə diqqət çəkilən xəbərdə qeyd edilirdu ki, şəhərin uzunmüddətli və çətin mühasirədən sonra alına biləcəyi barədə proqnozlar da özünü doğrultmadı.
Hər şeyi bir-bir ETİRAF ETDİ - Türkiyə qarşı müharibə bu tarixdə BAŞLAMALI İDİHər şeyi bir-bir ETİRAF ETDİ - Türkiyə qarşı müharibə bu tarixdə BAŞLAMALI İDİMənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1312   Tarix: 23 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel