"Quli" iyirmi min borca görə borclunu dizindən güllələdi

"Quli" iyirmi min borca görə borclunu dizindən güllələdiKöhnə kamera yoldaşının dediyinə görə, onsuz da doğuşdan ürəkli, cəsarətli olan Qulini 20-22 yaşında daha da ötkəm edən iki amil idi.

Keçmiş məhbusun söhbəti: "Onda silah da vardı, pul da. Bunlar olan yerdə insan, xüsusilə də gənc adam daha da cəsarətli olur. Elə bilir ki, şəhərin yiyəsi özüdür. Mən onu ilk dəfə o vaxt "Narkoz" deyilən universitetin önündə küçədə görmüşəm. Belindəki silahı göstərə-göstərə gəzirdi. Açığı o zaman məndə də silah vardı, amma həmişə gödəkcəmin altında olardı və heç vaxt da heç kimə göstərməzdim. Quli isə silahının kiminsə görəcəyindən çəkinmirdi. O, və ən yaxın dostları (biz həbsxanada dostlaşdıq) riski sevirdilər, heç kimdən çəkinmirdilər.

Bəzi kriminallar kiminsə "yükləyəndə", yəni "dolya" tələb edəndə (onu da deyim ki, "xərac" sözü bizim aləmin adamlarına xoş gəlmirdi) deyirdilər ki, pulu gətir filan yerə qoy, yaxud filankəsə ver, o, bizə verəcək. Çoxları çalışırdı ki, "dolya" verənlərlə birbaşa kontakta girməsinlər. Amma Quligil birbaşa, çəkinmədən kontakta girirdilər. Cavan uşaqlar idilər, çox cəsarətli və qətiyyətliydilər. 1993-cü ildə kiminsə başqasından 20 min alacağı olur, amma ala bilmir. O vaxt artıq adı bu işlərin ustası kimi çıxmış olduğu üçün Qulidən yardım istəyir. Həmin vaxt Quli 21 yaşın içindəydi, özü də indiki kimi dolbədənli deyildi, cüssəcə də, sifətcə də yeniyetmələrə bənzəyirdi. Heç kim deməzdi, onun 21 yaşı var. Amma həmin şəxs Qulinin bacarığı haqda eşidibmiş deyə, ondan yardım istəyir. Quli həmin işi götürür və söz verir ki, pulu alıb qaytaracaq. Pulu qaytarmayan şəxslər "Azneft" meydanı tərəfdə, yaşlı və pullu adamların oturduğu bir məkandaymışlar. Quli həmin yerə gəlib içəri girir və deyir ki: "Mən Quliyəm, filankəsin pulunu almağa gəlmişəm".

O adamlar baxıblar ki, uzağı onuncu sinif şagirdinə bənzəyən bir yeniyetmədir, düşünüblər ki, bu kimdir, o boyda pulu buna verək aparsın. Quli deyəndə ki, 20 min mənə çatacaq, onlar gülüblər. Bu kişilərin yanındakı cangüdənləri və silahlı adamları da varmış. Biri gülə-gülə Qulidən soruşur ki, sən kim olduğunu dedin, bir də de, bilək. Onların gülüşmələri Quliyə xoş gəlməyib və söhbəti uzatmayıb. Tapançasını çıxarıb onların birini dizindən güllələyib. Adamlar görüblər ki, bu, uşaq olsa da, qorxusuz uşaqdı, dərhal pulu çıxarıb veriblər. O, adını bizim aləmdə bu cür hərəkətləri ilə tanıtdı, o vaxt gənc idi, dəliqanlı idi, birbaşa "taran"a gedirdi. Bu səbəbdən də onu bizim dairədə "canavar" adlandırırdılar". (moderator.az)


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2542   Tarix: 30 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin

19 noyabr
.

Gecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs aldı

Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiha

4 dekabr
.

Müəllimini aldadıb ona 355 min "atdı" - Atası bulvarda intihar etmişdi...

Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Bildirilib ki, Nihad Lənkərand

20 noyabr
.

10 il sonra qətlə görə tutulmuşdu - Hökm oxundu

Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədova hökm oxunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. Bildirilib ki, cinayət hadisəs

27 noyabr
.

"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə

4 dekabr
.

Evinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı

Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak

13 dekabr
.

Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr

17 noyabr
.

21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman

5 dekabr
.

"Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib" - Fotolar+Video

Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:. "Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbu

1 dekabr