Fahişələr küçəsi, çiy köftəcidə kuryer, inşaatlarda fəhlə, küçələrdə siqaret satıcısı… – İndi isə milyonlar sahibi və sevimlisi

Fahişələr küçəsi, çiy köftəcidə kuryer, inşaatlarda fəhlə, küçələrdə siqaret satıcısı… – İndi isə milyonlar sahibi və sevimlisi"Möcüzə", "Günəşi gördüm", "Nyu-Yorkda 5 minarə" kimi filmlərlə rejissor olaraq özünü doğruldan Mahsun Kırmızıgül etnik kimliyinə, sözlərinə, düşüncələrinə görə Türkiyənin ən çox müzakirə edilən məşhurlarından biridir.

1969-cu il təvəllüdlü əsl adı Abdullah Mazencir olan Zaza əsilli rejissor, ssenarist, bəstəkar, müğənni Kırmızıgül 4 dəfə evlənmiş atasının 22 övladından biridir.

Dolanmaq üçün ailənin hər bir üzvü işləmək məcburiyyətində idi və indiki adı ilə Mahsun da bir çox sahədə çalışıb: çiy köftəcidə kuryer, inşaatlarda fəhlə, küçələrdə siqaret satıcısı… O günlər barədə danışarkən polisdən necə qaçdığını belə izah edib: "O vaxtlar xarici siqaretləri satmaq qadağan idi. Polislər arxamca düşürdü, amma uşaq olduğum üçün onlardan sürətli idim. Sonra 12 sentyabr dövlət çevrilişi oldu, bu dəfə də əsgərlər məni qovalamağa başladı. Onlardan qaçmaq daha çətin idi".

Mahsun Kırmızıgül öz dövrünün ən təhlükəli məhəllələrindən birində böyüyüb: "Diyərbəkirin Kore məhəlləsində seks işçisi qadınlar çox idi. Hələ çox balaca olsam da, o qadınlar üçün pis olurdum. Bizim məhəllənin uşaqları balacalıqdan həyatın hər üzünü görürlər. Oğurluq, cibgirlik bizim məhəllədəki hamının bacarığı idi. Bu gün Türkiyədə cinayət əməli törətmiş Diyərbəkirlinin 80 faizi bu məhəllədən çıxıb. Mən Allahdan qorxduğum üçün belə şeylərdən uzaq qaldım".

Əvvəlcə Diyərbəkir Qarpuz festivalında tanınan Mahsun, daha sonra toylarda türkülər oxumağa başlayıb. Öz yazdığı kaseti turizimçi Hacı Tahirlə İstanbula göndərən Kırmızıgül 1984-cü ildə İstanbula dəvət edilir. 5 il sonra Gölgem adlı xanımla evlənsə də, bu birlik uzun sürməyib.

Kırmızıgülün özündən 15 yaş kiçik aktrisa Bade İşçillə olan eşq yaşaması çox böyük səs-küy yaratmışdı. Ayrıldıqdan sonra İşçil aralarında ciddi düşüncə fərqləri olduğunu bildirib: "Mahsunla sevgili olanda mənim 15, onun isə 30 yaşı vardı. 7 il birlikdə olduq, ancaq bir-birimizdən çox fərqli idik. Mən Qərb təfəkkürlü qızam, onun aid olduğu Şərq mədəniyyətində isə qadınların hətta kişilərin yanında danışması belə düzgün deyil".

Çox sevilən "Aşka sürgün" serialından sonra Mahsun Kırmızıgülü ölkəmizdə də tanımayan qalmadı. 2004-cü ildə "Ay aman" mahnısına Bakıda çəkilmiş video kliplə bir çox azərbaycanlının könlünü fəth etmişdi.

2002-ci ildə çıxan "Ağ mələk" filmi ilə rejissorluğa addım atan Kırmızıgül 2012-ci ildə musiqini tamamilə atmasına belə açıqlıq gətirib: "Ölkəmizdə bu günlərdə yaşanan musiqi kirliliyi bir çox adamı musiqidən uzaqlaşdırıb. Bu qədər pis səsin olduğu başqa bir ölkə yoxdur dünyada".

Bir çox tənqidlərə baxmayaraq Mahsun Kırmızıgül rejissor kimi fəaliyyətinə davam edir və Nurgül Yeşilçayla birlikdə teleserialda rol alacağını açıqlayıb.

minval.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3745   Tarix: 30 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel