Ucuz təyyarə bileti almağın YOLLARI

Ucuz təyyarə bileti almağın YOLLARIArzuladığınız bütün yerlərə maşınla getmək mümkün deyil. Elə yerlər var ki, ora təyyarə ilə gedirsiniz. Üstəlik təyyarə sərnişinləri mənzil başına tez çatdırır. Ancaq uçuş heç də ucuz başa gəlmir. Hava yolu şirkətləri ildən-ilə qiymətləri qaldırırlar. Amma səfəri qabaqcadan planlaşdıranda uçmağa daha az xərc çəkmək olur.

UCUZ BİLET ALMAĞIN YOLLARI

Hava yolu şirkətləri biletləri satışa çərşənbə axşamı çıxarır. Həmin gün ucuz bilet tapmaq üçün ən yaxşı gün sayılır.
Həftənin uçuş üçün populyar olmayan günlərində uçun. Çərşənbə axşamı, çərşənbə və şənbə günləri uçuşların ən az olduğu günlərdir. Sübh tezdən olan reyslərə də ucuz biletləri daha rahat tapmaq olur. Çünki çox adam gün çıxmamış yerindən durub aeroporta getməyi xoşlamır. Sübh tezdən uçan təyyarələrin başqa reyslərin gecikməsi səbəbindən, ya da mexaniki məsələlərə görə gecikmək ehtimalı xeyli az olur.

Təyyarədəki yerinizi qabaqcadan seçməyin. Bəzi şirkətlər onlayn bilet alanda təyyarədəki yeri seçməyə görə rüsum tuturlar. Uçuş günü aeroporta bir az tez gəlin. Belədə münasib yeri pulsuz tapa bilərsiniz. Təyyarədəki ən yaxşı yerlərin bir çoxu – nə qədər ki, onları böyük rüsum ödəyib alan olmayıb, uçuş gününə kimi sahibsiz qalır. Çox pul verib əvvəlcədən bu yerləri alanlar isə çox az olur.
Bilet almaq üçün nə çox yez tərpənin, nə də son dəqiqəyə kimi gözləyin. Səyahət edənlərin çoxu münasib qiymətə bilet almaq üçün uyğun zamandan xəbərsizdir. Bileti uçuşdan xeyli qabaq, yaxud uçuşa çox az qalmış almaq sizə baha başa gələcək. Bilet almaq üçün ən yaxşı vaxt uçuşdan 3 ay əvvəldən tutmuş 6 həftə qalanadək olan müddətdir.

ƏLAVƏ RÜSUMLARDAN UZAQ DURUN

Hava yolu şirkətləri az qala hər şeyə görə sərnişindən əlavə pul tuturlar. Elələri var ki, hətta aeroportun tualetlərindən istifadəyə görə də əlavə rüsum tutmağa cəsarət edir. Söz yox ki, bütün həmin əlavə rüsumlar üst-üstə gələrək sizin uçuş xərcinizi artırır. Ona görə ehtiyacınız yoxdursa, həmin xidmətlərə görə rüsum ödəməyin.

arxiv fotosu
arxiv fotosu
Aeroporta çatandan sonra pulunuzu mümkün qədər cibinizdə saxlaya bilmək üçün bunlara diqqət edin:

-Zəruri deyilsə, uçuş sinfinizi dəyişməyin. Əksər şirkətlərdə ekonom sinifdən biznes sinfinə keçmək olduqca baha başa gəlir.

-Özünüzlə sadəcə əl yükü götürün. Məbləğ ayrı-ayrı şirkətlərdə fərqlidir. Ancaq onların hamısı baqaja görə rüsum tutur. Özü də bu rüsum az olmur. Nəyə görə paltarlarınızın da sizinlə uçmasına görə pul ödəyəsiniz ki?

-Səfər çantanızdakı əşyalarınızı azaltmağa çalışın. Götürdüyünüz bütün paltarların bir-birini tamamladığına əmin olun . Onda paltarlarınızdan daha çox istifadə edə biləsiniz. Tualet əşyalarının yalnız səfər ölçüsündə olan növlərindən yararlanın.

-Özünüzə qəlyanaltı götürün. Əgər uçuşunuz beynəlxalq uçuş deyilsə, çətin ki, hanısa havayolu şirkəti daxili reysdə sizə pulsuz yemək versin. Təyyarədəki yeməklər ucuz olmur. Ən əsası sağlamlıq üçün faydalı olmur. Yaxşı olar ki, evdən özünüzə yeməyə nəsə götürəsiniz. Bu, həm ucuz başa gələr, həm də daha sağlıqlı olar.//azadliq.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3101   Tarix: 28 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr