Məhkəmə "Piter Elçin"in qardaşını öldürən şəxs barəsində QƏRAR VERDİ

Məhkəmə "Piter Elçin"in qardaşını öldürən şəxs barəsində QƏRAR VERDİKriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu qətlə yetirməkdə günahlandırılan Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadənin barəsində olan məhkəmə qərarından verilən protestə baxılıb.

Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə prokurorun verdiyi protest əsasında qərar elan edilib.

Qərara görə, prokurorun protesti təmin edilib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İttihama görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb.

Murad Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu öldürmək qərarına gəlib. Həmin cinayəti törətməyə hazırlıq tədbirləri çərçivəsində 1 dekabr 2016-cı il tarixdə VAZ-2106 markalı avtomaşını etibarnamə əsasında 1300 manata alıb.

İstintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi, atəş üçün yararlı, yivli odlu silah olan 9 mm kalibrli, İsraildə istehsal olunmuş "Mini Uzi" markalı səsboğucuya malik tapança-pulemyotu və istifadəyə yararlı eyni kalibrli 32 patrondan ibarət döyüş sursatını maşında saxlayıb.

Daha sonra Murad Quluzadə Masallı şəhəri, Qarabağ küçəsi, 2/4 ünvanında yerləşən fərdi yaşayış evini bir aylıq 200 manata kirayə götürüb. Həmin evdə müvəqqəti yaşamaqla Masallı rayonu ərazisində müşahidə aparıb, Fariz İsmayılovu izləyərək, onun hərəkət marşrutunu müəyyən edib.

Fariz İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib. Tapança-pulemyotdan Fariz İsmayilova fasiləsiz olaraq 24 atəş açıb.

Fariz İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Murad Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Quluzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Murad Quluzadə 14 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya protesti ilə müraciət edib.

Qeyd edək ki, Fariz İsmayılovun 4 qardaşı olub. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovdur. İki qardaş isə kriminal davada öldürülüblər.

İlk olaraq qardaşlardan Maarif 2015-ci ilin iyununda Sankt-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilib. Bu hadisədən bir il keçməmiş isə Fariz İsmayılov güllələnib.

Piter Elçindən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

Onu da qeyd edək ki, Piter Elçin Rövşən Lənkəranski ilə düşmən münasibətdə olub. Rövşən Lənkəranskiyə yaxın olan avtoritetlərdən biri Piter Elçinin qardaşını Rusiyada döyməkdə suçlanıb.

publika.az


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1190   Tarix: 12 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

10 il sonra qətlə görə tutulmuşdu - Hökm oxundu

Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədova hökm oxunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. Bildirilib ki, cinayət hadisəs

27 noyabr
.

9-cu sinif şagirdi faciəvi şəkildə həlak oldu

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub. Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqda

19 dekabr
.

İtkin düşən balıqçılardan birinin meyiti tapıldı

Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 199-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilər

19 dekabr
.

Naxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya

8 dekabr
.

Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı - Cəzasını ciddi rejimdə çəkəcək

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Mələk Zeynalova barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə M.Zeynalovanın şikayətini təmin etməyib, prokurorluğu

19 dekabr
.

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma

1 dekabr
.

DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların

28 noyabr
.

Vidadi Mustafayev Yekaterinburqda saxlanıldı

Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə " "ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib. Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirak

1 dekabr
.

İtkin balıqçıların axtarışına helikopter göndərildi

Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu

11 dekabr